Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-322/2025 11.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və onların vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “tikintilərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “tikintilərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iddiaçıların mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.101 ha torpaq sahəsindən çıxarılmalarına, həmin sahədə cavabdehlərin inşa etdikləri özbaşna tikili olan yaşayış sahələrinin onların hesabına sökülməsinə, torpaq sahəsinin boşaldılaraq iddiaçıların istifadəsinə qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıların vəkili-nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbinin predmeti olan torpaq sahəsinin yerləşdiyi Abşeron rayonu, Saray qəsəbəsində elektron kadastr bazasının məlumatlarında düzəlişlər prosesi getdiyi üçün və belə bir vəziyyətdə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza tədqiqatının nəticəsi olaraq iş üçün zəruri olan rəy verə bilmədiyini nəzərə alaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər və onların vəkili-nümayəndəsi Vəkil2 mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıların vəkili-nümayəndəsi Nümayəndə ərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçıların vəkili-nümayəndəsi Nümayəndə iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “tikintilərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçıların vəkili-nümayəndəsi Nümayəndə hazırkı mülki iş (e-2(012)-322/2025 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı Nümayəndə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul iddiaçılardan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardaddan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-322/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-322/2025
11.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver