Məhkəmə qərarları › İş №e-2(012)-3259/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3259/2022

18.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3259/2022 18.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, Ərizəçi vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi miras əmlakın qəbulu faktının müəyyən edilməsinə dair mülki işə 18 iyul 2020-ci il tarixdə Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi miras əmlakın qəbulu faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 miras qalmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən, ev tikmək məqsədi üçün ayrılmış 0,08 ha torpaq sahəsi üzərində olan hüquqlarına dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin Sumqayıt Maraqlı şəxsndə Notariat ofisinin notariusu X12 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 09 sentyabr 2006-cı il tarixdə Rzayeva (Heybətova) Gülpüstə Hüseynəli qızı ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Ailə qurduqdan sonra Abşeron rayonu, Məmmədli kəndində yerləşən, ərizəçiyə məxsus evdə yaşamışlar. Birgə nikahlarından uşaqları olmamışdır. X10 21 dekabr 2020-ci il tarixdə ölmüşdür (ölüm yeri: Abşeron rayonu, Məmmədli kəndi). Həmin günədək ərizəçi ilə rəsmi nikahda olmuş və birlikdə yaşamışlar. X10 öldükdən sonra, birgə nikah dövründə X5 adına aldıqları Abşeron rayonu, Məmmədli kəndində yerləşən, ev tikmək məqsədi üçün ayrılmış 0,08 ha torpaq sahəsi miras qalmışdır. X10 öldükdən sonra, həmin torpaq sahəsi faktiki olaraq Ərizəçi istifadəsindədir və onun tərəfindən miras əmlak kimi qəbul olunmuşdur. Ərizəçi faktiki olaraq əmlakdan istifadə edərək sahiblik edib, idarə etdiyindən, yaşlı olduğundan, qanunu bilmədiyindən və başqa vərəsə olmadığından mirasın qəbulu üzrə qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Məhkəmə iclasında Ərizəçi vəkili-nümayəndəsi Vəkil ərizəni müdafiə edib, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Sumqayıt Maraqlı şəxsndə xüsusi notariat kontoruna məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işin materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X7 arasında 09 sentyabr 2006-cı il tarixdə rəsmi nikah bağlanmış, X4 Rzayeva soyadı verilmişdir. Mülki iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1962-ci ildə Dəvəçi rayonu Rəhimli kəndində anadan olmuş, atası X11, anası X14r. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Mülki iş materiallarında olan Ədliyyə Nazirliyi Sumqayıt Maraqlı şəxsndə Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixli 1180 nömrəli məktubdan görünür ki, X5 xx.xx.2020-ci ildə vəfatı ilə əlaqədar notariat ofisinə miras qoyanın adına vərəsəlik işi açılmış və miras qoyanın vərəsəsi əri – Ərizəçi mirasın qəbulu barədə ərizəsi qəbul edilmişdir. Vərəsəyə Azərbaycan Rspublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün Məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki iş materiallarında olan Abşeron rayon Məmmədli Bələdiyyəsini xx.xx.2007-ci il tarixli qərarının surətindən görünür ki, Abşeron ray Məmmədli kəndinin Bələdiyyənin inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında Abşeron rayon Məmmadİi kəmi sakini X6 ev tikmək məqsədi ilə 0.08 ha torpaq sahəsi satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınması, Abşeron rayon Məmmədli kənd sakini X8 Bələdiyyə inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsrz torpaq sahəsindən ev tikmək məqsədi ilə 0.08 ha torpaq sahəsi satılması qərara alınmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən verilmiş 21.1.2014-cü il tarixli 2187 nömrəli rəydən görünür ki, Məmmədli Bələdiyyəsinin “14” iyun 2007-ci il tarixli 06\228 saylı qərarına əsasən alqı-satqı predmeti olan torpaq sahəsi vətəndaş X8 0.08 hektar olmaqla ev tikmək məqsədi üçün ayrılmış torpaq sahəsi qanuna müvafiqdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd verilməsinə etiraz etmir. Mülki işin materiallarında olan “Torpaqların alqı-satqısına dair” Aktdan görünür ki, ünvan 1i ünvanında yaşayan X2 rayon Məmmədli Bələdiyəsinə “14” may 2007-ci il tarixdə həyətyanı torpaq sahəsi almaq barədə ərizə ilə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Məmmədli Bələdiyyəsinin ərazisindən 0.08 ha torpaq sahəsi barədə 2007-ci il “14” iyun tarixli 06Y228 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində X10 tərəfindən “KapitalBank”ın Abşeron rayon filialındakı **********0 saylı hesabına 240.00 (iki yüz qırx) manat dövlət rusum ödənilmişdir. Mülki iş materiallarında olan Abşeron rayon İHB-ın Məmmədli kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, həqiqətən mərhumə X10 ölən günədək yəni xx.xx.2020-ci il tarixədək Abşeron rayonu Məmmədli kəndində əri Ərizəçi ilə birlikdə qeydiyyatda olmuşlar. X1 övlad və valideynləri yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3.maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu, Məmmədli kəndində yerləşən, ev tikmək məqsədi üçün ayrılmış 0,08 ha torpaq sahəsinin mülkiyyətçisi X10 xx.xx.2020-ci il tarixdə öləndən sonra onun vərəsəsi Ərizəçi həmin əmlakı faktiki qəbul etdiyindən,onun miras qalmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən, ev tikmək məqsədi üçün ayrılmış 0,08 ha torpaq sahəsinə olan hüquqlarına dair mirasın qəbul edilmə faktı tanınmalı,vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsi Sumqayıt Maraqlı şəxsndə Notariat ofisinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən X3 miras qalmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən, ev tikmək məqsədi üçün ayrılmış 0,08 ha torpaq sahəsinə olan hüquqlarına dair mirasın qəbul edilmə faktı tanınsın. Vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsi Sumqayıt Maraqlı şəxsndə Notariat ofisinin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar