Məhkəmə qərarları › İş №e-2(012)-3288/2023

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(012)-3288/2023

05.12.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3288/2023 05.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı «pul» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhərinin Bakı-Quba avtomagistralının 14-cü kilometrinin qərb hissəsində 10 bloklu çoxmərtəbəli yaşayış binasının F blokunda 10-cu mərtəbədə sahəsi 77,21 kvm olan mənzilin ona təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia predmetinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdehin elektron qaydada məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, müqavilədə nəzərdə tutulmuş mənzil ondan başqa müxtəlif şəxslərə satılmışdır. Yaranmış vəziyyətdə gələcəkdə qətnamənin icrasının mümkünlüyünü nəzərə alaraq cavabdehə ödədiyi 42465 manat və dövlət rüsumu olaraq ödədiyi 100 manatı tələb etmək zərurəti yaranıb. Cavabdeh müqavilə öhdəliklərinə əməl etməməklə ona əlavə zərər vurmuşdur. İnternet resurslarından əldə etdiyi məlumatlardan görünür ki, ABB illik depozit faizi 6% olmuşdur.Beləliklə il ərzində 42465 manatın illik 6 faizlik dərəcəsinə görə (42465x6%) 2548 manat gəlirdən (əldən çıxmış fayda) məhrum olmuşdur. Ödənişdən 5 il ötdüyünü nəzərə alsaq (2548x5)=12740 manat faydadan məhrum olmuşdur. 12740 manat itirilmiş minumum məbləğdir. Təkcə 2022-ci ilin infilyasiya dərəcəsi 14 faiz olmuşdur. Yəni infılyasiya dərəcəsinə görə 2022-ci ildə ona vurulan zərər 42465*14%=5946 manat təşkil etmişdir. Göründüyü kimi cavabdeh ödədiyi məbləğdən qanunsuz olaraq faydalanmış və ona minimum 42465+12465=54930 manat real zərərin və dövlət rüsumu olaraq ödədiyi 100 manat cəmi 55030 manatın zərər vurmuşdur. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, xx.xx.2018-ci ildəCavabdeh MTK ilə mənzil tikintisi barədə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən Xırdalan şəhərinin Bakı-Quba avtomagistralının 14-cü kilometrinin qərb hissəsində 10 bloklu çoxmərtəbəli yaşayış binasının F blokunda 10-cu mərtəbədə sahəsi 77,21 kvadrat metr olan mənzil tikilib ona verilməli idi. Mənzilin tikintisi üçün hər kvadrat metr 550 manat olmaqla 42465 manat ödəməli idi. Nəzərdə tutulmuş məbləği tamailə ödəmiş,.lakin bu günə kimi cavabdeh mənzili təhvil verməmişdir. Komendant ona zəng vuraraq mənzil üçün nəzərdə tutulmuş kommunal xərcləri ödəməyi tələb etdiyi üçün Bakı şəhərinə gəlmiş komendantla binaya girdikdə mənzilə başqaları tərəfindən qapı qoyulduğunu görmüşdür. Həmin evə qapı qoyan şəxs bildirmişdir ki, 2016-cı ildə bağlanan müqaviləyə əsasən mənzil ona təhvil verilmişdir. Müqavilə öhdəliyinə əməl etsə də cavabdeh müqavilə öhdəliyinə əməl etməmiş, aralarında bağlanmış müqavilədə mənzilin nömrəsi göstərilməmişdir. Bu səbəbdən də həmin mübahisəli mənzildə başqa şəxslərin yaşadığından Çinar-AN” MTK-dan 55030 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının nümayəndəsinin- vəkilinin mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 126 №-li müqavilədən görünür ki, alıcı İddiaçı ümumi sahəsi 77.21 kv.m olan mənzil üçün 42465 manat məbləğində pulu satıcı Cavabdeh MTKya ödəməyi, satıcı Cavabdeh MTK isə alıcı İddiaçı Xırdalan şəhəri Bakı-Quba avtomagistralının 14cü km-nin Qərb hissəsində 10 bloklu çoxmərtəbəli evin F blokunda 10-cu mərtəbəsində yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 77.21 kv.m olan mənzili tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən mənzilin dəyəri 42465 manat müəyyən edilmişdir. Həmçinin müqavilədə göstərilmişdir ki, payçı İddiaçı həmin məbləği ödəmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Xırdalan şəhəri Bakı-Quba avtomagistralının 14-cü km-nin Qərb hissəsində 10 bloklu çoxmərtəbəli evin F blokunda 10-cu mərtəbəsində yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 77.21 kv.m olan mənzilə görə 42465 manatı İddiaçı tərəfindən Cavabdeh MTK-ya tam ödənilmişdir. İş materiallarında olan 30 may 2023 –cü il tarixli ********** saylı qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixli 126 №-li müqavilə bağlanmış, alıcı İddiaçı ümumi sahəsi 77.21 kv.m olan mənzil üçün 42465 manat məbləğində pulu satıcı Cavabdeh MTK-ya ödəməyi, satıcı Cavabdeh MTK isə alıcı İddiaçı Xırdalan şəhəri Bakı- Quba avtomagistralının 14-cü km-nin Qərb hissəsində 10 bloklu çoxmərtəbəli evin F blokunda 10cu mərtəbəsində yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 77.21 kv.m olan mənzili tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin xx.xx.2018-ci il tarixli 126 №-li müqavilənin bağlanmasından 5 ildən çox müddət keçməsinə baxmayaraq, Cavabdeh MTK mənzili iddiaçıya təhvil verməmişdir. Nəzərə alınsa ki, ötən 5 il ərzində mənzil iddiaçıya təhvil verilməmiş, belə olan halda, təhvil verilməsi qeyri-müəyyən müddətə ehtimal olan mənzilə iddiaçının marağının itməsi təbii haldır və buna görə də sifarişçi olaraq iddiaçının müqavilədən imtinası qanuni hesab edilməlidir. Həmçinin müqavilədə göstərilmişdir ki, payçı İddiaçı həmin məbləği yəni 42465 manatı tam ödəsədə, həmin mənzilin başqa şəxslərə satılması müəyyən edilmişdir. Cavabdeh müqavilə öhdəliklərinə əməl etməməklə iddiaçıya əlavə zərər vurduğundan, Cavabdeh MTK-in təqsirli və səbəbli əlaqəli hərəkətləri nəticəsində iddiaçı heçnə əldə etməmiş, ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya ödədiyi məbləğdən qanunsuz olaraq faydalanmış və ona 54930 manat real zərər vurduğundan Cavabdeh MTK-dan tələb etməsi tam qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə görə pullar və qiymətli kağızlar da əşya hesab edilirlər və mülkiyyət hüququnun obyektidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını özgənin qanunsuz sahibliyindən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MTK-dan 54930 manat məbləğində pul və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. HAKİM: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar