Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3314/2024 21.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 927 saylı kredit müqaviləsinə əsasən 172 manat əsas borc, 180,60 manat məbləğində penya və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə, 362,60 manat məbləğində borcun onun xeyrinə tutulması barədə məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, tərəflərindən iş üzrə zəruri məlumatların təqdim edildiyini bildirmiş və təqdim edilmiş sübutlar əsasında məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək, iddianın tam həcmdə təmin edilməsi barədə yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onunla Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 927 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən o, Cavabdeh 710 manat məbləğində 12 ay müddətində xx.xx.2023-cü il tarixədək aylıq 53,33 manat ödəməli idi. Müqavilənin 2.1-ci bəndinə əsasən kreditin verilməsi nağd ödənişlə və ya tələbli əmanət hesabına köçürmə yolu ilə həyata keçirilmişdir. Həmin müqavilənin 2.7-ci bəndinə görə borc alan kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini bu müqavilənin 2.4-cü bəndinə əsasən ödəmirsə, ödəniş yeddi təqvim günündən sonra gecikdirilmiş hesab olunur və hər gecikdirilmiş günə həmin məbləğin 1 faiz miqdarında borc verən tərəfindən hesablanmış penya ödənilməlidir. Həmin müqavilənin 3.2.2-ci bəndinə əsasən tam və vaxtında kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini, həmçinin borc verən tərəfindən hesablanmış penya və cərimə faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2.5-ci bəndinə əsasən kreditin alınması üçün borc verənə təqdim etdiyi sənədlərdə hər hansı bir dəyişiklik baş verikdə (o cümlədən, borc alanın iş yerinin və maaşının (gəlirinin) dəyişməsi, yaşayış yerinin və əlaqə telefonlarının dəyişməsi), həmin dəyişikliyin baş verməsindən sonrakı 3 təqvim günü ərzində bu barədə borc verəni yazılı surətdə xəbərdar etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən bu müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr, fikir ayrılıqları və tələblər tərəflər arasında danışıqların keçirilməsi yolu ilə həll edilir. Tərəflər arasında olan mübahisələri danışıqlar yolu ilə həl etmək mümkün olmadığı təqdirdə onlar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. Cavabdeh tərəfindən son ödəniş 000346 saylı qəbzdən də göründüyü kimi xx.xx.2023-cü il tarixində ödənilmişdir. Eləcə də xx.xx.2024-cü il tarixinə olan maliyyə arayışından da göründüyü kimi ümumilikdə 352,60 manat borcu olduğu öz əksini tapır. Cavabdehə xx.xx.2024-cü il tarixində pretenziya göndərilmişdir, lakin bugünədək borc aktiv olaraq qalmaqdadır. Cavabdeh ona olan borcu aşağıdakı qaydadadır: 172 manat məbləğində əsas borc; 172 manat * 1%* 105 gün = 180,6 manat. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 15 aprel 2022-ci il tarixli, 927 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı (borc verən) Cavabdeh (borc alana) 710 manat məbləğində pulu 12 ay müddətində xx.xx.2023-cü il tarixədək aylıq 53,33 manat ödənilməklə müqavilənin 1.2-ci bəndində göstərilmiş malları vermiş, Cavabdeh (borc alan) isə kreditdən müqavilədə nəzərdə tutulmuş məqsədlər üçün istifadə etməyi, tam və vaxtında kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini, həmçinin İddiaçı (borc verən) tərəfindən hesablanmış penya və cərimə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 28 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 15 aprel 2022-ci il tarixli, 927 saylı kredit müqaviləsinə əsasən 172 manat məbləğində əsas borc və 180,60 manat məbləğində penya borcu olmaqla, ümumilikdə, 352,60 manat məbləğində borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında 15 aprel 2022-ci il tarixli, 927 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 15 aprel 2022-ci il tarixli, 927 saylı kredit müqaviləsi üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin 15 aprel 2022-ci il tarixli, 927 saylı kredit müqaviləsinə əsasən hesablanmış 180,60 manat məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək cərimə pulu 5 manat məbləğində olmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 15 aprel 2022-ci il tarixli, 927 saylı kredit müqaviləsi üzrə 172 manat əsas borc, 5 manat dəbbə pulu, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 207 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-3314/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3314/2024
21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver