Məhkəmə qərarları › İş №e-2(012)-333/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-333/2023

15.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-333/2023 15.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X8ndan miras qalmış ünvan 1 ünvanında yerləşən 41 saylı mənzilə dair mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı ildə X23 ilə Maraqlı şəxs2 Şahsumanlı qızının birgə nikahlarından anadan olmuşdur. ünvan 2 ünvanında yerləşən 41 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında X8na məxsus olmuşdur. X8 16 iyul 2007-ci il tarixdə vəfat etmişdir. Mərhum atası ölən günədək ünvan 1 ünvanında yerləşən 41 saylı mənzildə yaşamışdır. Аtasının vəfatından sonra ondan miras qalan fərdi yaşayış evini faktiki olaraq o qəbul etmişdir. Hazırda da həmin əmlaka faktiki sahiblik etməklə onu idarə edir. Buna görə də məhkəmə qaydasında hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçinin vəkili-nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılıb ərizənin təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi, onun vəkili-nümayəndəsi Nümayəndə ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib onun təmin edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında Maraqlı şəxs3 ərizəyə uyğun izahat verərək bildirdi ki, həqiqətən də mübahisəli ev atasına məxsus olmuş, onun ölümündən sonra isə bacısı Ərizəçi tərəfindən idarə edilmişdir. Bütün bacı-qardaşlar bu faktla razılaşmışlar. O, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. İştirak etdiyi məhkəmə iclasında Maraqlı şəxs2 nümayəndəsi X20 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDKR X24 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi, Maraqlı şəxs5 və Maraqlı şəxs6 səbəbini bildirmədən məhkəmədə iştirak etməmişlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli, 203 saylı arayışdan görünür ki, X23 xx.xx.2007-ci il tarixdə vəfat etmiş və onun adları qeyd edilən İ növ vərəsələri qalmışdır: Maraqlı şəxs2, Maraqlı şəxs3 və Ərizəçi. X23 vəfat edəndən sonra onun ünvan 1 ünvanında yerləşən 41 saylı mənzili Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilmişdir və hazırda da onun tərəfindən idarə olunur. Mənzildə Ərizəçi yaşamaqla, bütün kommunal xərclər onun tərəfindən ödənilir. İşdə olan xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 61,2 kv.metrlik, köməkçi sahəsi 23,3 kv.metrlik 41 saylı mənzilin mülkiyyətçisi X21r. İşdə olan evlənmək haqqında 033566 saylı şəhadətnamənin surətindən görünür ki, X23 ilə X5 xx.xx.1956-cı il tarixdə evlənmişlər. İşdə olan doğum haqqında 027505 saylı şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X8, anası X3r. İşdə olan ölüm haqqında AZ-İ 253467 saylı şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2007-ci ildə ölmüşdür. İşdə olan Abşeron rayon 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 2840 saylı qərarından görünür ki, Ərizəçi xx.xx.2007-ci ildə vəfat etmiş X8ndan miras qalmış ünvan 1 ünvanında yerləşən 41 saylı mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün ərizə İlə Ofisə müraciət etmişdir. Ərizəçi xx.xx.2022-ci il tarixdə notariat ofisinə ərizə ilə müraciət edərək vərəsələr arasında mübahisə yarandığı uçun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməməsini və məhkəməyə müraciət edəcəyini bildirmişdir. Buna görə də, Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat harəkətini aparmaqdan imtina edilmişdir. İşdə olan Abşeron rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X14 ölümü xx.xx.2007-ci il tarixdə 201 nömrəli aktla Abşeron rayon qeydiyyat şöbəsində qeydə alınmışdır (ölüm tarixi: xx.xx.2007). Maraqlı şəxs3 doğumu xx.xx.1969cu ildə Yasamal RQŞ-də 1211 nömrəli aktla qeydə alınmışdır (doğum tarixi: xx.xx.1969). X6 doğumu xx.xx.1962-ci ildə Yasamal RQŞ-də 5805 nömrəli aktla qeydə alınmışdır (doğum tarixi: xx.xx.1962). X6 nikahı xx.xx.1990-cı ildə Binəqədi RQŞ-də 598 nömrəli aktla qeydə alınmışdır (X4 ilə). Oğlu - Maraqlı şəxs6 doğumu xx.xx.1991-ci ildə Binəqədi RQŞ-də 2328 nömrəli aktla qeydə alınmışdır (doğum tarixi: xx.xx.1991). X7 nikahı xx.xx.2013-cü ildə Abşeron RQŞ-də 753 nömrəli aktla qeydə alınmışdır (X15 ilə). Oğlu - X11 doğumu xx.xx.1992-ci ildə Abşeron RQŞ-də 88 nömrəli aktla qeydə alınmışdır (doğum tarixi: xx.xx.1992). Oğlu - X9 doğumu xx.xx.2003-cü ildə Abşeron RQŞ- də 17 nömrəli aktla qeydə alınmışdır (doğum tarixi: xx.xx.1999). İşdə olan Azərbaycan Respublikası ƏMDX yanında DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.1974-cü il tarixli, 206 saylı orderin surətindən görünür ki, Xırdalan şəhəri, 27-ci məhəllə, 2 saylı evin 41 saylı mənzili X19 və onun 5 nəfər ailə üzvünə (X5, X13, X16, X17 və Maraqlı şəxs3) verilir. İşdə olan xx.xx.2001-ci il tarixli arayışdan görünür ki, X17 xx.xx.1993-cü il tarixdə Xırdalan şəhəri, 27-ci məhəllə, 2 saylı evin 41a saylı mənzildən pasport qeydiyyatından çıxmışdır. Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşdən görünür ki, X23 xx.xx.2007-ci il tarixdə ölmüş və onun mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 2 saylı evin 41a saylı mənzil miras qalmışdır. X1, Dəvrişova (Hüseynova) Fəridə Lazu qızı, X16, X17 və Maraqlı şəxs3 adlı 5 vərəsəsi qalmışdır (İ növbə). Lakin L.B.Dəvrişovun ölümündən sonra ondan miras qalmış əmlakı vərəsələrdən yalnız Ərizəçi qəbul edərək idarə etmiş, digər vərəsələr buna etiraz etməmiş, vərəsəliklə bağlı notariat orqanına müraciət etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X18 vərəsəsi Ərizəçi onun miras əmlakı olan hazırda barəsində mübahisə qaldırılan ünvan 1 ünvanında yerləşən 41 saylı mənzilə dair vərəsəlik işi açılmasa da, mirası faktiki idarə etməklə həmin əmlaka münasibətdə mirası qəbul etmək niyyətini açıq-aşkar sərgiləməklə faktiki olaraq qəbul etmişdir. Mübahisə məhkəmədə araşdırılarkən digər vərəsələr tərəfindən hüquq haqqında mübahisə edilməsi qeydə alınmamışdır. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi X8ndan miras qalmış ünvan 1 ünvanında yerləşən 41 saylı mənzilə dair mirasın qəbul edilməsi faktı müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 qalmış ünvan 1 ünvanında yerləşən 41 saylı mənzildən ibarət mirasın Hüseynova (Dəvrişova) Fəridə Lazu qızı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar