Məhkəmə qərarları › İş №e-2(012)-3353/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3353/2022

03.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3353/2022 03.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil3, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2, eyni zamanda, cavabdehin vəkili Vəkil4 iştirakları ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 354 saylı sərəncamı ilə Saray qəsəbəsinin inzibati ərazisində çoxmərtəbəli yaşayış evlərinin tikintisi üçün ayrılmış 3.5 ha torpaq sahəsinin hüdudlarına düşən hissədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh verilmiş 0.10 torpaq sahəsinə dair reyestr nömrəsi **********90 olan çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil3 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin “üçüncü şəxs” qismində əvəz edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh öz növbəsində, cavabdeh İddiaçı MTK-ya qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Saray qəsəbəsində yerləşən ona məxsus **********90 reyestr nömrəli 0.10 ha torpaq sahəsinin 0.0655 ha hissəsində cavabdeh İddiaçı MTK-nın inşa etdiyi çoxmərtəbəli yaşayış binası və digər tikililərin onun hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndələri və vəkilləri Vəkil1, Vəkil3, ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi-vəkili Vəkil2, eyni zamanda, vəkili Vəkil4 izahatlarında aralarında olan mübahisənin barışıq yolu ilə həll edildiyini bildirmiş, hər biri barışıq sazişini məhkəmədə imzalayaraq təqdim etmiş və sazişin təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, barışıq sazişinin şərtlərini nəzərdən keçirib, eləcə də, mülki işin digər materiallarını araşdırıb belə nəticəyə gəlir ki, məhkəmə iclasında tərəflərin imzaları ilə təsdiq edilmiş barışıq sazişinin şərtləri tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini, habelə, üçüncü şəxslərin hüquqlarını pozmur və həmin şərtlər onların qarşılıqlı münasibətlərinə uyğun gəlir. Bu səbəbdən də, göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və şərtləri təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin: 52.3. maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5. maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və X2 qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2. maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və X2ni təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya X2ni təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı MTK-nın Cavabdeh qarşı çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə X2 aşağıdakı şərtləri ilə təsdiq edilsin: Abşeron rayon Məhkəməsinin (bundan sonra “məhkəmə” adlandırılacaq) icraatında olan e-2(012)-3353/2022 saylı mülki iş üzrə Tərəflər, bir tərəfdən, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın (VÖEN: **********) (bundan sonra müvafiq olaraq “İ Tərəf”) nümayəndəsi və vəkili Vəkil1 (AA*******) şəxsində və digər tərəfdən, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (AZE № *******) (bundan sonra müvafiq olaraq “İİ Tərəf”), aralarında yaranmış ilk iddia və qarşılıqlı iddia üzrə məhkəmə mübahisəsinin uzun müddət davam etməməsi və mümkün olan ən qısa müddət daxilində, yalnız qarşılıqlı güzəştlər və razılaşmalar yolu ilə həll edilməsinin bütün tərəflərin mənafeyinə daha çox xidmət etdiyini və daha asan həll ediləcəyini əsas götürərək və Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsini rəhbər tutaraq, aşağıdakı şərtlərlə “X2”ni (bundan sonra müvafiq olaraq “Saziş”) imzalamaq yolu ilə həll edilməsi barədə razılığa gəldilər: Barışıq sazişinin şərtləri:

1. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK (VÖEN: **********) ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı verdiyi “çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi tələbinə dair” ilk iddiasından imtina edir.

2. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-ya (VÖEN: **********) qarşı verdiyi “torpaq sahəsinin boşaldılması tələbinə dair” qarşılıqlı iddiasından imtina edir.

3. Tərəflər arasında bağlanmış və Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 15 sentyabr tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi”nə əsasən, Satıcı Cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa (Reyestr nömrəsi: **********90; Qeydiyyat nömrəsi: **********; Qeydiyyat tarixi: xx.xx.2021-ci il) əsasən, özünün (Cavabdeh) adına, tam pay üzrə, xüsusi mülkiyyət hüququ əsasında, Daşınmaz əmlakın dövlət reyestrində 1037 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.10 ha ölçülü torpaq sahəsinin 0.07 ha ölçüsündəki hissəsini Alıcı-İddiaçı MTK-ya (VÖEN: **********) 35000 manat qiymətinə satmış, Alıcı İddiaçı MTK (VÖEN:**********) həmin torpaq sahəsini Satıcı-Cavabdeh 35000 manat qiymətinə almışdır.

5. “Tərəflər” bu saziş üzrə öz öhdəliklərinin vaxtında, tam və lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada hüquqi məsuliyyət daşıyırlar.

6. Bu mübahisə predmeti ilə bağlı Tərəflər gələcəkdə bir-birinə qarşı hər hansı bir iddia və digər tələblər irəli sürə bilməzlər.

7. X4 məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir.

8. Mülki Prosessual Məcəllənin 191, 261 və 262-ci maddələrinin tələbləri və yaradacağı hüquqi nəticələr Tərəflərə məlumdur.

9. Bu Saziş 2 (iki) səhifədən ibarət olmaqla, 3 (üç) nüsxədə tərtib olunmuşdur və hər bir səhifəsi imzalanır. 2 (iki) nüsxə bu Sazişi imzalayan “Tərəflər”də saxlanılır, 1 (bir) nüsxə isə işə baxan Abşeron Rayon Məhkəməsinə təqdim edilir. Tərəflər arasında barışıq sazişi bağlandığından Abşeron Rayon Məhkəməsinin e- 2(012)-3353/2022 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar