Məhkəmə qərarları › İş №e-2(012)-3434/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3434/2022

15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3434/2022 15.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdeh MTK-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçının Cavabdeh MTK-ya qarşı «mənzilə istifadə və sahiblik hüququnun tanınması, mənzilin təhvil verilməsi və mənzildən istifadəyə maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62.1 kv.m olan 1 otaqdan ibarət 60 nömrəli və 5-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 62.1 kv.m olan 1 otaqdan ibarət 44 nömrəli mənzillərinə onun istifadə və sahiblik hüququnun tanınması, mənzillərin ona təhvil verilməsi və istifadəsinə maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi ilə bağlı qətnamə qəbul edilməsini etmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil məhkəmədə iclasında izahatında ki, 08 iyun 2019-cu il tarixli 295 saylı müqaviləyə əsasən Cavabdeh MTK Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62.1 kv.m olan 1 otaqdan ibarət 60 nömrəli mənzili payçı İddiaçına satmışdır. 08 iyun 2019-cu il tarixli maliyyə arayışına (və kassa mədaxil qəbzinə) əsasən, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62.1 kv.m olan 1 otaqdan ibarət 60 nömrəli mənzilin dəyəri tam şəkildə ödənilmişdir. 08 iyun 2019-cu il tarixli 296 saylı müqaviləyə əsasən Cavabdeh MTK Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 62.1 kv.m olan 1 otaqdan ibarət 44 nömrəli mənzili payçı İddiaçına satmışdır. 08 iyun 2019-cu il tarixli maliyyə arayışına (və kassa mədaxil qəbzinə) əsasən, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 62.1 kv.m olan 1 otaqdan ibarət 44 nömrəli mənzilin dəyəri tam şəkildə ödənilmişdir. Bundan bir müddət sonra Cavabdeh MTK dəyəri ödənilərək alınmış mənzilin iddiaçıya veriİməyəcəyini və müqaviləni birtərəfli qaydada ləğv edəcəyini bəyan etmişdir. Görünən odur ki, Cavabdeh MTK qeyd edildiyi kimi uydurma bahanələrlə mənzili iddiaçıya verməmək niyyətindədir. Cavabdeh MTK müqaviləni birtərəfli qaydada ləğv edə bilməz. Çünki tərəflər arasında bağlanmış 08 iyun 2019-cu il tarixli 295 və 296 saylı mənzil tikintisi haqqında müqavilənin birtərəlli qaydada ləğvi nəzərdə tutulmamışdır. Yəni Cavabdeh MTK iddiaçıya müraciətində bildirdiyi kimi müqaviləni birtərəlli qaydada ləğv edə bilməz. Bundan başqa müqaviləyə bütün əlavə və dəyişikliklər tərəflərin qarşılıqlı razılığı ilə həyata keçirilir. Odur ki, cavabdehin qeyd edilən əsası və hərəkətləri müqaviləyə zidd olmuşdur. Bundan başqa iddiaçı dəfələrlə cavabdeh MTK-nın səlahiyyətli şəxsləri ilə görüşmək istəsə də, bu mümkün olmamışdır. Yaranmış mübahisəni pretenziya məktubu ilə həll etmək istəsələr də cavabdeh MTK digər müraciətlər kimi bu müraciəti də cavabsız qoymuşdur. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MTK-nın nümayəndəsi X2 xx.xx.2022-ci il tarixinə təyin edilmiş məhkəmə iclasında iştirak edərək, iddia ərizəsi ilə hələ tanış olmadığı üçün mülki işin təxirə salınmasını xahiş etmiş, məhkəmə iclası təxirə salınsada, Cavabdeh MTK-nın nümayəndəsi növbəti məhkəmə iclasında heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan 08 iyun 2019-cu il tarixli, 295 saylı müqavilədən görünür ki, icraçı Cavabdeh MTK Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62.1 kv.m olan 1 otaqdan ibarət 60 nömrəli mənzili pay kimi payçı İddiaçına verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş 08 iyun 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Qarayeva X3 şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62.1 kv.m olan 1 otaqdan ibarət 60 nömrəli mənzil üçün ümumilikdə 40365 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan 08 iyun 2019-cu il tarixli 296 saylı müqavilədən görünür ki, icraçı Cavabdeh MTK Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 62.1 kv.m olan 1 otaqdan ibarət 44 nömrəli mənzili pay kimi payçı İddiaçına verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş 08 iyun 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Qarayeva X3 şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 62.1 kv.m olan 1 otaqdan ibarət 44 nömrəli mənzil üçün ümumilikdə 40365 manat məbləğində pul ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 08 iyun 2019-cu il tarixli, 295 saylı müqavilədən görünür ki, icraçı Cavabdeh MTK Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62.1 kv.m olan 1 otaqdan ibarət 60 nömrəli mənzili pay kimi payçı İddiaçına verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. 08 iyun 2019-cu il tarixli 296 saylı müqavilədən göründüyü kimi icraçı Cavabdeh MTK Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 62.1 kv.m olan 1 otaqdan ibarət 44 nömrəli mənzili pay kimi payçı İddiaçına verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən mənzillərin dəyəri tam ödənilməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən müqavilənin şərtləri pozularaq mənzillər iddiaçıya təhvil verilməmişdir. Həmçinin iş materialları, iddiaçının vəkili-nümayəndəsinin izahatı ilə müəyyən edilir ki, iddiaçının cavabdehlə 08 iyun 2019-cu il tarixli 295 saylı və 08 iyun 2019-cu il tarixli 296 saylı müqavilələr mahiyyətinə görə həmin müqavilələrin mənzilin tikintisi məqsədilə bağlanması, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, mübahisə edilməyən hallarıdır. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə bu normalara istinadən hesab edir ki, Cavabdeh MTK 08 iyun 2019-cu il tarixli, 295 saylı müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62.1 kv.m olan 1 otaqdan ibarət 60 nömrəli mənzili və 08 iyun 2019-cu il tarixli 296 saylı müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 62.1 kv.m olan 1 otaqdan ibarət 44 nömrəli mənzili iddiaçıya təhvil vermək öhdəliyi daşıdığı üçün mübahisəli mənzillər iddiaçıya təhvil verməlidir.Həmçinin məhkəmə mübahisəli mənzillərin iddiaçıya təhvil verilməsi nəticəsinə gəldiyindən və bu hal mübahisəli mənzillərlə bağlı istifadə və sahibliyi də özündə ehtiva etdiyindən,məhkəmə hesab edir ki, iddia tələbinin qeyd olunan mənzillərlə bağlı istifadə və sahiblik hüququnun tanınması hissəsinə qiymət verilməsinə də zərurət aradan qalxmışdır. Bundan başqa məhkəmə iddia tələbinin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62.1 kv.m olan 1 otaqdan ibarət 60 nömrəli və Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 62.1 kv.m olan 1 otaqdan ibarət 44 nömrəli mənzillərin istifadəsinə maneələrin yaradılmasının Cavabdeh MTK-ya qadağan edilməsi hissəsi ilə bağlı qeyd edir ki, hal-hazırda iddia tələbinin bu hissəsi ilə bağlı əsaslar və sübutlar müəyyən edilmədiyindən həmin hissədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 08 iyun 2019-cu il tarixli, 295 saylı müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62.1 kv.m olan 1 otaqdan ibarət 60 nömrəli mənzil və 08 iyun 2019-cu il tarixli, 296 saylı Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 62.1 kv.m olan 1 otaqdan ibarət 44 nömrəli mənzil Cavabdeh MTK tərəfindən İddiaçına təhvil verilsin. İddia tələbinin mənzillərin istifadəsinə maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi hissəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar