Məhkəmə qərarları › İş №e-2(012)-3436/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3436/2022

04.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3436/2022 04.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Arpaçin (Cəlilova) Qərənfil Oruc qızına qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Arpaçin (Cəlilova) Qərənfil Oruc qızına qarşı mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Arpaçin (Cəlilova) Qərənfil Oruc qızının onun istifadəsində və idarəçiliyində olan ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ev 2A nömrəli 5 mərtəbəli evin 2-ci mərtəbəsindəki 59,85 m2 sahəsi olan 4 otaqlı 68 saylı mənzil 1974-cü ildə X22 İcraiyyə Komitəsi tərəfindən Order əsasında mərhum atası X4 verilmişdir. Anası – X2 xx.xx.1986-cı ildə “Kəskin ürək çatışmazlığı” diaqnozu, atası – X11 isə xx.xx.1999-cu il tarixdə “Xərçəng intoksikasiyası” diaqnozu ilə ölmüşlər. Onlar dünyalarını dəyişdikdən sonra o, faktiki olaraq valideynlərindən qalan miras əmlak kütləsini (mənzili) qəbul edərək qoruyub saxlamışdır. Fasiləsiz və etirazsız olaraq mənzilə sahiblik edir. Valideynlərindən miras qalmış mənzili özəlləşdirmək istəsə də maneələrlə rastlaşır. Belə ki, mənzildə qeydiyyatda olanlardan razılıq ərizəsi əldə edə bilmir. Cavabdeh başqa bütün ailə üzvlərinin hamısının razılığı vardır. 1986-cı il təvəllüdlü Cavabdeh onun qızıdır, ailəlidir və hazırda başqa ünvanda yaşayır. Bundan başqa, Cavabdeh həmin mənzildə 15 ildir ki, yaşamır, onun qeydiyyatı formal xarakter yaşayır, eyni zamanda yaşayış sahəsindən istifadə etmir. xx.xx.2021-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinə Cavabdeh mənzildən qeydiyyatdan çıxarılması barədə müraciət etmişdir. Lakin bu günə qədər Cavabdeh qeydiyyatdan çıxarılmamışdır. Abşeron Rayon Polis İdarəsinin Qeydiyyat və X10 tərəfindən 128-101671C saylı xx.xx.2021-ci il tarixli məktubla bundan imtina edilmişdir. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün əvvəlcə mənzildən istifadə hüququna xitam verilməlidir. Ona görə də, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Abşeron rayon İH Xırdalan 2 saylı MTİİTS tərəfindən verilmiş arayışdan görünür ki, Cəlilov X21 rayonu Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2A, mənzil 68 ünvanında yaşayır. Daimi qeydiyyatda olanlar: X12-qızı 2012-ci il, Cavabdeh-qızı xx.xx.2005-ci il, X16-qardaşı nəvəsi, X13-qardaşı nəvəsi, X5-nəvə, X17-nəvə. X12-qızı, Cavabdeh-qızı, X16-qardaşı nəvəsi, X13-qardaşı nəvəsi, X5-nəvə, X17nəvə. Ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki. X18 xx.xx.2020-ci ildə, X7 xx.xx.2017-ci ildə, X3 xx.xx.1986-cı ildə, X11 xx.xx.1999-cu ildə vəfat etmişdir. Abşeron rayon İH MKTİİTB 2 saylı MTİİTS tərəfindən verilmiş arayışlardan görünür ki, X1 rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2A, mənzil 68 ünvanından xx.xx.1993-cü ildə, X19 xx.xx.1990-cı ildə qeydiyyatdan çıxmışdır. Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır, yaşamır. X8, X9, X20 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, Qeydiyyatda olduqları və Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2A ünvanında yerləşən 68 nömrəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə və onun adına Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və texniki pasport alınmasına etirazları yoxdur, razıdırlar. xx.xx.1974-cü il tarixli 219 saylı orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 ünvan 1 ünvanı verilmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarına, eləcə də, Abşeron rayon İH MKTİİTB 2 saylı MTİİTS tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 201 nömrəli arayışına əsasən, Cavabdeh İddiaçı qızı olmaqla, iddiaçının yaşadığı və qeydiyyatda olduğu ünvan 2 ünvanında xx.xx.2005-ci ildən qeydiyyatdadır, lakin 15 ildən çoxdur ki, türk vətəndaşı ilə ailə qurub, mübahisəli mənzili tərk etməklə on beş ildən çoxdur ki, həmin mənzildə yaşamır. Mübahisəli mənzil iddiaçının atasına order əsasında verilmiş mənzildir.İddiaçının atası X11 xx.xx.1999-cu ildə vəfat etmiş, onun ölümündən sonra iddiaçı həmin mənzildə yaşayır və mənzil –kirayə müqaviləsindən irəli gələn vəzifələri icra edir. Hazırda iddiaçı mənzili özəlləşdirmək istəyir, lakin cavabdehin orada qeydiyyatda olması buna mane olur. Qeyd edilənlərdən göründüyü kimi tərəflər arasında mübahisəli mənzillə bağlı mübahisə 2009-cu ilin 01 oktyabr tarixinədək yarandığından hazırkı mübahisəyə həmin vaxt qüvvədə olan əvvəlki MM-nin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli 2 saylı 4 qərarının 9-cu bəndinə əsasən, Mənzil Məcəlləsinin 87-ci maddəsinə müvafiq olaraq, yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yaşayış sahəsinə köçdükləri gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüququ itirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində göstərilmişdir ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Göründüyü kimi yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mübahisənin hansı normativ-hüquqi aktla tənzimlənməsini məhz mübahisəli hüquq münasibətinin yaranma tarixi ilə əlaqələndirmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh artıq on beş ildən coxdur ki, öz istəyi ilə mübahisəli evi tərk edərək daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüyündən və həmin vaxtdan yaşamaq üçün mübahisəli mənzilə qayıtmadığından, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh mübahisəli mənzilə yaşamaq üçün qayıtmaq niyyətində deyildir.Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Arpaçin (Cəlilova) Qərənfil Oruc qızının ünvan 1 ünvanına olan istifadə hüquqlarına xitam verilsin. Qətnamə həmin şəxsin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar