Məhkəmə qərarları › İş №e-2(012)-3491/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3491/2022

08.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3491/2022 08.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Rəhram qızına qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Rəhram qızına qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Rəhram qızının ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 saylı evin 42 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Orucova X4 rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 saylı evin 42 saylı mənzilinin mülkiyyətçisidir. Bu barədə xx.xx.2005-ci il tarixli 4Ə8-994 reyestr nömrə ilə çıxarış verilmiş, 76.1 kv.m yaşayış sahəsi, 18.7 kv.m köməkçi sahədən ibarət olan mənzildir. İddiaçı həmin mənzili xx.xx.2005-ci il tarixdə alqı-satqı müqaviləsi ilə X3 almış və özü bu evi idarə etmişdir. İddiaçının oğlu etmiş olduğu cinayət əməli ilə əlaqədar Bakı şəhərində cəza çəkdiyindən, iddiaçı oğlunun həyat yoldaşını və uşaqlarını müvəqqəti olaraq həmin mənzilə yerləşdirmişdir. Burada məqsəd iddiaçının oğlu ilə ailəsini mütəmadi görüşünü saxlamaq, müəyyən olunan vaxtlarda ailəsi tərəfindən yemək və digər sovqatların verilməsini təmin etmək olmuşdur. Bu gün həmin mənzildə hazırki cavabdeh yaşayaraq mənzil üzərində iddiaçının hüquqlarını məhdudlaşdırmışdır. İddiaçı mülkiyyətində olan mənzili satmaq istəsə də cavabdehin qanunsuz hərəkətləri ucbatından gələn alıcılar evə daxil ola bilmir. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzilindən çıxmaması nəticə etibarı ilə, iddiaçının mənzil üzərində konstitusiya ilə nəzərdə tutulan hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçının etdiyi tədbirlər heç bir nəticə verməmişdir. Cavabdeh iddiaçının mənzilindən çıxmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixinə təyin olunmuş hazırlıq məhkəmə iclasında iştirak etmiş Cavabdeh Rəhram qızı iddia ərizəsini qəbul etməyərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, İddiaçı çıxarılmasını tələb etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 saylı evin 42 saylı mənzilin iddiaçıya məxsus olmasını inkar etmir. O, iddiaçının oğlu ilə rəsmi nikah münasibətində olmuş, iddiaçının oğlu 7 il müddətinə azadlıqdan məhrum edilmiş, sonradan nikahlarına xitam verilmişdir. İddiaçının mülkiyyətində olan mənzilə gəlin köçmüşdür. Onun bir oğlu və bir qızı olmaqla, oğlu hazırda, hərbi xidmətdədir, qızı isə nikaha daxil olmuşdur. O, iddiaçının mülkiyyətində olan mənzildə 9 il müddətdir ki, yaşayır. İddiaçı həmin mənzildən ona pay versə bu günki gündə mənzildən çıxmağa razıdır. Əks təqdirdə, onun yaşamağa başqa bir yeri yoxdur. Cavabdeh Rəhram qızı xx.xx.2022-ci il tarixdə teleqram ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında vəkili ilə iştirak edəcəyini bildirib məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hər hansı bir mötəbər sübut olmadan məhkəmə iclaslarının təxirə salınması barədə eyni məzmunlu 2 (iki) teleqram ilə məhkəməyə müraciət etmiş cavabdehin göstərilən teleqramlarını əsassız hesab edib, mülki iş üzrə prosessual müddətləri nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin iddia tələbinə dair münasibətini və mülki iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -X2 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli № 250907 saylı müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 saylı evin 42 saylı mənzilini alıcıya ********* AZMə satmışdır. -Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, mülkiyyət hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 4654 nömrə ilə reyestr kitabında yazılmış qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 saylı evin 42 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında Abşeron rayon 21-ci Dövlət Notariat Kontorunun xx.xx.2005-ci il tarixli 4Ə8-994 reyestr nömrəli müqaviləsinə əsasən qeydə alınmışdır. -Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(039)-1412/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh Rəhram qızı ilə cavabdeh X10 arasında Yevlax rayon Qeydiyyat şöbəsində xx.xx.2002-ci il tarixdə bağlanmış nikah pozulmuş, nikah pozularkən tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X8 adlı uşağın iddiaçı Cavabdeh Rəhram qızının himayəsində saxlanılması qət edilmişdir. -Yevlax RPŞ tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli AZE № 00****** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Yevlax şəhəri M.B.Qasımov küçəsi 15 saylı mənzildə qeydiyyatdadır. -Asan-Bərdə tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Orucova X7 şəhəri Xoyski küçəsi 27 saylı mənzildə qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı oğlu X10 ilə Cavabdeh Rəhram qızı xx.xx.2002-ci il tarixdə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 saylı evin 42 saylı mənzilinə gəlin köçmüş, həmin ünvanda iddiaçının oğlu ilə birlikdə yaşamış, birgə təsərrüfat aparmışlar. Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(039)-1412/2021 saylı qətnaməsinə əsasən iddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahlarından olan azyaşlı uşaq cavabdehin yanında saxlanılmışdır. Nikahın pozulmasına baxmayaraq, cavabdeh uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildə yaşamağa davam etmiş və bu hal iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmış, bu səbəbdən də iddiaçı cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunu”nun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qanunun mətnindən məlum olduğu kimi, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi şəxslərin uçota alınması onların dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məqsədi daşıyır. Şəxs istifadə hüququ əsasında qaldığı yer və adətən yaşadığı yer üzrə qeydiyyata alınır. Şəxsin istifadə etmədiyi və yaşamadığı yerdə qeydiyyatda qalması onun uçot xarakterli qeydiyyatını formal edir. Mülki Məcəllənin:

152. maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Bеləliklə, məhkəmə iş üzrə tоplаnmış sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrib, qanunun göstərilən tələblərini rəhbər tutub hеsаb еdir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilində yaşaması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından iddiа ərizəsi əsаslıdır, ona görə də təmin edilməli, cavabdeh Orucova X6 rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 saylı evin 42 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh Rəhram qızı İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 saylı evin 42 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar