Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-352/2023 30.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı tikilinin sökülməsi və maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı tikilinin sökülməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə İddiaçı məxsus olan torpaq sahəsindən cavabdehlərin çıxarılması, onların şəxsi vəsaiti hesabına tikilmiş və ona məxsus torpaq sahəsinin üzərində inşa olunmuş divarların cavabdehlərin vəsaiti hesabına sökülməsi, iddiaçının torpaq sahəsi üzərindəki ümumi istifadədə olan torpaq sahəsinin bağlanmasına cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və cavabdehlərin torpaq sahəsindən iddiaçının torpaq sahəsinə açılan qapıların bağlanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə istinadla məhkəməyə müraciət edərək mülkiyyət hüququ ilə İddiaçı məxsus olan torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılması, onların şəxsi vəsaiti hesabına tikilmiş və ona məxsus torpaq sahəsinin üzərində inşa olunmuş divarların cavabdehlərin vəsaiti hesabına sökülməsi, iddiaçının torpaq sahəsi üzərindəki ümumi istifadədə olan torpaq sahəsinin bağlanmasına cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və cavabdehlərin torpaq sahəsindən iddiaçının torpaq sahəsinə açılan qapıların bağlanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə gedişatında iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddiaçının nümayəndəsinin iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəmə sistemi vasitəsilə ********* saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumunu xx.xx.2022-ci ildə ödəmişdir. MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, iddiaçının iş üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 50 manat vəsait iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı nümayəndəsinin iddia ərizəsinin qaytarılması və mülki işin baxılmamış saxlanması barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı tikilinin sökülməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçı hazırki mülki iş (e-2(012)-352/2023 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (951299593 saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-352/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-352/2023
30.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver