Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-353/2023 30.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə barədə iddia qaldıraraq, onun və birgə nikahdan doğulmuş X2 Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehlə ailə quraraq nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Ailə münasibətləri pisləşdiyi üçün nikah Abşeron Rayon Məhkəməsi tərəfindən ləğv edilmiş və birgə nikahdan doğulmuş uşaq onun yanında saxlanılmışdır. Artıq uzun zamandır ki, onu evdən çıxarıblar və övladı ilə həmin evdə yaşamır, halbuki o, sözügedən mənzilə cehiz əşyaları ilə birgə gəlin köçmüşdür. Hazırda bütün cehiz əşyaları və geyim paltarları həmin mənzildədir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-405/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş Ayhan adlı uşağın anası İddiaçı yanında qalması qət edilmişdir. Qətnamədən görünür ki, tərəflər xx.xx.2017ci ildə nikaha girmişlər və bu nikahdan onların xx.xx.2018-ci ildə Ayhan adlı uşaqları doğulmuşdur. İşdə olan AZ-İ 688275 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə Saray qəsəbəsində ölmüşdür. İşdə olan AZE 08882138 saylı, xx.xx.2011-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında qeydiyyatdadır. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında DİN-in ******* saylı arayışının surətindən görünür ki, X3 xx.xx.2004-cü ildən Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında qeydiyyatdadır. İşdə olan ödəmə qəbzlərindən görünür ki, abunə kodu **********00272 olan Xeyrulla Cəfərovun hesabına 2015-2022-ci illər ərzində kommunal ödənişlər edilmişdir. İşdə olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İƏD üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 11 saylı məktubundan görünür ki, Cavabdeh və digərlərinin Saray qəsəbəsində yerləşən torpaq sahəsinin və yaşayış evinin əldə edilməsi barədə nümayəndəlikdə hər hansı məlumat yoxdur. Həmin şəxslərə aid torpaq sahəsini və yaşayış evinin ünvanı olmadığı üçün həmin şəxslər barədə məlumat almaq mümkün olmamışdır. İşdə olan Abşeron Rayonu Saray Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 498 saylı məktubundan görünür ki, Cavabdeh 0,06 ha torpaq sahəsinə dair vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. İddiaçı Saray qəsəbəsi, Yeni məhəllədə yerləşən fərdi yaşayış evində yaşayıb-yaşamaması barədə məlumat yoxdur. İşdən görünür ki, mübahisəli tikintinin yerləşdiyi torpaq sahəsinə və tikintiyə dair heç bir hüquqmüəyyənedici sənəd mövcud deyil, yəni ev hazırda özbaşına tikinti sayılır. İddiaçı iddia edir ki, mübahisəli evin sahibi keçmiş əri Cavabdeh olduğundan o və azyaşlı uşağı oraya köçürülməlidirlər. Mülki Məcəllənin 180-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mübahisə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl məhkəmə hesab edir ki, mübahisənin obyektiv və düzgün həlli üçün mübahisəli əmlakın hüququ statusu müəyyən edilməlidir. İş materialları ilə müəyyən edilir ki, mübahisəli tikintinin yerləşdiyi torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüquqları qeydə alınmasa da, həmin əmlaklar əvvəlcə Cavabdeh atası Xeyrulla Cəfərovun, daha sonra isə anası Xəzəngül Cəfərovanın sahiblik və istifadəsində olmuşdur. Daha öncə qeyd edildiyi kimi, mübahisəli daşınmaz əmlak hər hansı şəxsin adına dövlət reyrestrində qeydiyyata alınmamışdır. İşin faktiki hallarından məlum olur ki, mübahisəli tikintiyə faktiki sahibliyi həyata keçirən və ondan ən azından xx.xx.2004-cü ildən istifadə edən X.Cəfərovanın mübahisəli daşınmaz əmlaka dair qanuni gözlənti hüququ istisna edilmir. Tərəflərin xx.xx.2017-ci ildə nikaha girmələri və xx.xx.2019-cu il tarixdə boşanmaları nəzərə alınarsa, mübahisəli evin onların birgə nikahı zamanı inşa edilməsi məhkəmənin qənaətinə görə istisna edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X5 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. İşin faktiki hallarından da göründüyü kimi, mübahisəli tikintinin iddiaçının özü və ya əri tərəfindən inşa edilməsi barədə işdə hər hansı mötəbər sübut yoxdur. Eyni zamanda, bu tikinti ilə bağlı İddiaçı hər hansı iqtisadi marağının (tikintidə iştirak etməsi və s.) olması iş materialları ilə öz təsdiqini tapmır, mübahisəli tikintinin inşa edilməsində iddiaçının vəsaitinin xərclənməsi barədə işdə hər hansı sübut mövcud deyildir. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı evə köçürülmə barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı mübahisəli əmlaka dair hər hansı hüququnun olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-353/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-353/2023
30.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver