Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-357/2024 18.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilənin ləğvi və mənzilin boşaldılaraq iddiaçıya qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilənin ləğvi və mənzilin boşaldılaraq iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında mənzilin alqı-satqısı haqqında bağlanmış 21 noyabr 2015-ci il tarixli E/0106 nömrəli müqavilənin ləğv edilməsi, bağlanmış 21 noyabr 2015-ci il tarixli E/0106 nömrəli müqavilə üzrə satılmış Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki B kompleksində inşa edilmiş, 6 saylı yaşayış binasında, ümumi sahəsi 72,9 kv.metr olan 2 otaqdan ibarət, 41 saylı mənzilin boşaldılaraq iddiaçı Cəmiyyətə təhvil verilməsi, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100,40 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında mənzilin alqı-satqısı haqqında bağlanmış bağlanmış 21 noyabr 2015-ci il tarixli E/0106 nömrəli müqaviləyə əsasən, Cəmiyyət tərəfindən Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki B kompleksində inşa edilmiş, 6 saylı yaşayış binasında, ümumi sahəsi 72,9 kv.metr olan 2 otaqdan ibarət, 41 saylı mənzil hər ay bərabər məbləğdə ödənilmək şərti ilə 120 ay müddətinə cavabdehə satılmışdır. Belə ki, 21 noyabr 2015-ci il tarixli E/0106 nömrəli alqı-satqı haqqında müqavilənin 2.1 və 2.2-ci bəndlərinə müvafiq olaraq cavabdeh (alıcı) Cavabdeh razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada yetirə yetirməmişdir. Cavabdeh sözügedən müqavilə üzrə mənzilin dəyərini ödəməmişdir. Cavabdeh müqavilə öhdəliklərinin icra olunması və ya mənzilin təhvil verilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmişdir. Hazırda Cavabdeh 21 noyabr 2015-ci il tarixli E/0106 nömrəli müqavilə üzrə ödənilməmiş borcu cəmi 15897 manat təşkil edir. Mülki Məcəllənin 385.1, 386.1, 421.3, 424.5, 442.1, 447.1, 448.1, 448.2, 464.1, 462.1-ci maddələrinin tələblərinə, xüsusilə müqavilə müddəalarına görə, 13 aprel 2019-cu il tarixli M-4339 nömrəli müqavilə üzrə Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF- PARK” yaşayış massivindəki Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki B kompleksində inşa edilmiş, 6 saylı yaşayış binasında, ümumi sahəsi 72,9 kv.metr olan 2 otaqdan ibarət, 41 saylı mənzilin Cavabdeh tərəfindən boşaldılaraq Cəmiyyətə təhvil verilməsinə əsas verir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan mənzilin alqı-satqısı haqqında 21 noyabr 2015-ci il tarixli E/0106 saylı müqavilədən görünür ki, "xxxx" MMC Cavabdeh Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki B kompleksində inşa edilmiş, 6 saylı yaşayış binasında, ümumi sahəsi 72,9 kv.metr olan 2 otaqdan ibarət, 41 saylı mənzili hər ay bərabər məbləğdə ödənilmək şərti ilə 120 ay müddətinə satmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, HŞ/359 saylı bildirişdən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki 25 saylı küçə, B kompleksində inşa edilmiş, 6 saylı yaşayış binasında, ümumi sahəsi 72,9 kv.metr olan 2 otaqdan ibarət, 41 saylı mənzilə dair AAAF-İnşaat” MMC ilə Cavabdeh arasında mənzilin alqı-satqısı haqqında bağlanmış bağlanmış 21 noyabr 2015-ci il tarixli E/0106 nömrəli müqavilə üzrə əsas borc 15897 manat məbləğində borc və 10000 manat cərimə borcu öhdəliyinin 7 gün ərzində Cəmiyyətə ödənilməsi tələb edilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 21 noyabr 2015-ci il tarixli E/0106 saylı müqaviləyə görə sonuncuya müqavilədə sözügedən mənzil satılmışdır. Müqavilənin şərtlərinə görə alıcı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki mənzilin dəyərini hər ay bərabər məbləğdə 120 ay müddətinə ödəməli idi. Mənzil alıcıya təhvil verilsə də, alıcı müqavilə üzrə ödənişləri həyata keçirməmiş, onun müqavilə üzrə iddiaçıya borcu yaranmışdır. Cavabdeh alqı-satqı müqaviləsinin tələblərini pozaraq ödənişləri ödəməkdən yayındığı üçün müqavilənin tərəfi olan "xxxx" MMC hazırda alqı-satqı müqaviləsinin ləğv edilməsi, habelə mübahisəli mənzilin boşaldılması və həmin mənzilin Cəmiyyətə qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600-cü maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. “Mənzilin alqı-satqısı haqqında” 21 noyabr 2015-ci il tarixli E/0106 saylı müqavilənin 2.2-ci bəndinə görə alıcı müqavilədə nəzərdə tutlmuş qaydada, yəni tərəflərin razılaşması ilə müəyyən edilmiş vaxtda və şərtlərlə evin qiymətini ödəməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinə əsasən alıcı tərəfindən müqavilənin şərtləri pozulduqda və öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, MMC birtərəfli olaraq bu müqaviləni ləğv edib mənzili alıcıdan tələb edə bilər. Beləliklə, işin faktiki hallarına və qeyd edilən hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə həmin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan, iddia təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 noyabr 2015-ci il tarixli E/0106 saylı müqavilə ləğv edilməli, bu müqaviləyə əsasən Cavabdeh satılmış Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki B kompleksində inşa edilmiş, 6 saylı yaşayış binasında, ümumi sahəsi 72,9 kv.metr olan 2 otaqdan ibarət, 41 saylı mansard boşaldılaraq iddiaçı Cəmiyyətə təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 noyabr 2015-ci il tarixli E/0106 saylı müqavilə ləğv edilsin. Həmin müqaviləyə əsasən Cavabdeh satılmış Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki B kompleksində inşa edilmiş, 6 saylı yaşayış binasında, ümumi sahəsi 72,9 kv.metr olan 2 otaqdan ibarət, 41 saylı mansard boşaldılaraq "xxxx" MMC-yə təhvil verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100,40 manat pul Cavabdeh alınaraq "xxxx" MMC-yə verilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-357/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-357/2024
18.01.2024 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver