Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3588/2021 20.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı “X13 Azərbaycan” QSC-nin nümayəndəsi X2, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı “X13 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X8, X3 qarşı “fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki işə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X13 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə “X13 Azərbaycan” QSC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Cavabdeh2, Cavabdeh1, X8, X5 və qeyriləri tərəfindən əşyalarla birlikdə evin boşaldılaraq "xxxx" QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X13 Azərbaycan” QSC-nin nümayəndəsi X6 məhkəmədə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 27 iyul 2016-ci il tarixli 2(008)- 5144/2016 saylı Qətnaməsinə əsasən ümumilikdə 65596.42 USD (altmış beş min beş yüz doxsan altı dollar 42 sent) və 41.75 AZN (qırx bir manat 75 qəpik) məbləğində borcun cavabdehlər "xxxx" MMC-dən və X4 müştərək qaydada tutulması və eyni zamanda tutmanın banka kreditin təminatı kimi girov qoyulmuş, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğlərdən banka ödənilməli olan borc dəyərində bankın xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə yönəlmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlak Hərracın nəticələri barədə 03 avqust 2018-ci il tarixli 96/2 saylı Hərracın yekun Protokoluna əsasən "xxxx" QSC tərəfindən əldə edilmişdir. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlak hərrac protokolunun nəticələrinə əsasən “X13 Azərbaycan” QSC tərəfindən əldə edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən adı gedən mənzil bankın mülkiyyətinə keçirilməsi ilə bağlı yeni çıxarış verilmişdir. Qeyd etmək istərdi ki, iddiaçı “X13 Azərbaycan” QSC daşınmaz əmlak üzrə yeni çıxarış əldə etdikdən sonra DİN Baş Paspor Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək, daşınmaz əmlak üzərində rəsmi pasport qeydiyyatında olan vətəndaşları pasport qeydiyyatından çıxarıdılmasını xahiş etmişdir. DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 24.06.2019-ci il tarixli 018-7937-1219 saylı məktubundan və bəlli olmuşdur ki, Cavabdeh2, Cavabdeh1, X8, X1 rayonu, Xırdalan şəhəri Navai küç. ev 13 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır. Lakin buna baxmayaraq adları qeyd olunmuş vətəndaşlar, əssasız olaraq İddiaçı “X13 Azərbaycan” QSC-nə məxsus olan daşınmaz əmlakdan istifadə edərək yaşıyırlar və daşınmaz əmlakı boşaldılmasından imtina edirlər. Qeyd ediləblərə əsasən, o, ddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, o, pulu xəstə olduğu üçün “X13 Azərbaycan” QSC-dən kredit götürmüşdür. Krediti dolların məzənnəsi 0,78 manat olan zaman almışdır. Devolvasiya olduqdan sonra isə ödəniş edə bilməmişdir. Onun işləmək üçün əmək qabiliyyəti yoxdur. Borcu hissə-hissə ödəyə bilər. Onun qalmağa başqa evi yoxdur. Ev 54.000 manata satılmışdır. İcradan isə onlara 9000 manat pul qaytarılmışdır. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, o, kserks işi ilə məşğuldur. Onun aylıq maaşı aylıq xərclərini belə ödəmir. Həmçinin onun kiçik oğlunun sağlamlığı məhduddur. Bu səbəbdən o, borcu hissə-hissə ödəyə bilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər X8 və X5 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 27 iyul 2016-ci il tarixli 2(008)-5144/2016 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, "xxxx" MMC-dən və X4 müştərək qaydada 57417,93 ABŞ dolları əsas kredit borcu, 7978,49 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, 200 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcu cəmi 65596,42 ABŞ dolları məbləğində kredit borcu və 11,75 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına görə zamin və borcluya bildirişlərin göndərilməsi üzrə poçt xərcləri, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üzrə poçt xərcləri, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 41,75 manat məbləğində çəkilmiş xərc tutularaq “X13 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi, tutma ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 85000 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan 03 avqust 2018-ci il tarixli 96/2 saylı hərracın yekunları barədə protokoldan görünür ki, sözügedən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi “X13 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışdan görünür ki, ümumi sahəsi 82.9 kvadratmetr olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə, 22.02.2019-cu il tarixdə "xxxx" QSC-nin mülkiyyətinə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 24.06.2019-cu il tarixli sorğuya cavab məktubundan görünür ki, “X13 Azərbaycan” QSC-nin şikayətinə baxılmasının nəticələrinə dair DİN-in Apellyasiya şurasının 15.06.2019-cu il tarixli Qərarının 2-ci bəndi icra olunaraq Cavabdeh2, Cavabdeh1 Əiisanab qızı, X8 və X1 rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi ev 13 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini və cavabdehləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsi öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Belə ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 27 iyul 2016-ci il tarixli 2(008)-5144/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" MMC-dən və X4 müştərək qaydada 57417,93 ABŞ dolları əsas kredit borcu, 7978,49 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, 200 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcu cəmi 65596,42 ABŞ dolları məbləğində kredit borcu və 11,75 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına görə zamin və borcluya bildirişlərin göndərilməsi üzrə poçt xərcləri, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üzrə poçt xərcləri, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 41,75 manat məbləğində çəkilmiş xərc tutularaq “X13 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi, tutma ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 85000 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə yönəlmiş və əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlak Hərracın nəticələri barədə 03 avqust 2018-ci il tarixli 96/2 saylı Hərracın yekun Protokoluna əsasən “X13 Azərbaycan” QSC tərəfindən əldə edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışa əsasən ümumi sahəsi 82.9 kvadratmetr olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə, 22.02.2019-cu il tarixdə "xxxx" QSC-nin mülkiyyətinə qeydiyyata alınmışdır. Bundan əlavə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 24.06.2019-cu il tarixli sorğuya cavab məktubuna əsasən "xxxx" QSC-nin şikayətinə baxılmasının nəticələrinə dair DİN-in Apellyasiya şurasının 15.06.2019-cu il tarixli Qərarının 2-ci bəndi icra olunaraq Cavabdeh2, Cavabdeh1 Əiisanab qızı, X8 və X1 rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi ev 13 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır. Lakin buna baxmayaraq adları qeyd olunmuş vətəndaşlar, əssasız olaraq iddiaçı “X13 Azərbaycan” QSC-nə məxsus olan daşınmaz əmlakdan istifadə edərək yaşıyırlar və daşınmaz əmlakı boşaldılmasından imtina edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 203.3.1-ci maddəsinin tələbinə əsasən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əsası ilə əmlakın mülkiyyətçidən məcburi alınmasına qanunvericiliklə yol verilir. Həmin Məcəllənin 205.2-ci maddəsinin tələbinə görə tutmanın yönəldiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Bank qarşısında ipoteka ilə yüklü edilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən tutma həmin əmlaka yönəldilmiş, həmin əmlak Bank tərəfindən alınmış və onun mülkiyyət hüququ dövlət qeydiyyat orqanında qeydə alınmışdır. Qanunvericiliyin yuxarıda şərh edilən xüsusatlarından müəyyən olunduğu kimi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Banka satıldıqdan sonra yaşayan Cavabdeh2, Cavabdeh1, X8, X5 və qeyriləri tərəfindən əşyalarla birlikdə ev boşaldılaraq "xxxx" QSC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Mülkiyyət hüququ ilə “X13 Azərbaycan” QSC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Cavabdeh2, Cavabdeh1, X8, X5 və digər şəxslər tərəfindən əşyalarla birlikdə ev boşaldılaraq "xxxx" QSC-yə təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-3588/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3588/2021
20.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver