Məhkəmə qərarları › İş №e-2(012)-3589/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3589/2021

15.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3589/2021 15.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı «X12 Azərbaycan» QSC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh3 iştirakı ilə, İddiaçı «X12 Azərbaycan» QSC-nin cavabdehlər Cavabdeh3, X4, Cavabdeh6, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən çıxarılma və evin mülkiyyətçiyə təhvil verilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X12 Azərbaycan» QSC-nin cavabdehlər Cavabdeh3, X4, X6, X9, Cavabdeh6, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə «X12 Azərbaycan» QSC-yə məxsus olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində faktiki yaşayan cavabdehlər Cavabdeh3, X4, X6, X9, Cavabdeh6 və digər şəxslər tərəfindən evdə olan əşyaların boşaldılaraq daşınmaz əmlakın «X12 Azərbaycan» QSC-yə təhvil verilməsi və mülkiyyət hüququ ilə «X12 Azərbaycan» QSC-yə məxsus olan Sumqayıt şəhəri, 12-ci mkr, ev 34, 39 saylı mənzildə faktiki yaşayan Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və digər şəxslər tərəfindən evdə olan əşyaların boşaldılaraq daşınmaz əmlakın «X12 Azərbaycan» QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxışı zamanı iddiaçı «X12 Azərbaycan» QSC-nin nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, mülkiyyət hüququ ilə «X12 Azərbaycan» QSC-yə məxsus olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində faktiki yaşayan cavabdehlər Cavabdeh3, X1 azyaşlı övladları X6 və X9 ilə birgə və Cavabdeh6 həmin evdən əşyaları ilə birlikdə çıxarılmaları və daşınmaz əmlakın «X12 Azərbaycan» QSC-yə təhvil verilməsi və mülkiyyət hüququ ilə «X12 Azərbaycan» QSC-yə məxsus olan Sumqayıt şəhəri, 12-ci mkr, ev 34, 39 saylı mənzildə faktiki yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 həmin evdən əşyaları ilə birlikdə çıxarılmaları və daşınmaz əmlakın «X12 Azərbaycan» QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər məhkəməsinin 17.01.2018ci il tarixli, 2(060)-771/2018 saylı qətnaməsinə əsasən cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və X2 müştərək qaydada cəmi 8013 manat məbləğində pul tutularaq iddiaçı “X12 Azərbaycan” QSC-yə ödənilməsi, tutmanın Cavabdeh4 məxsus Sumqayıt şəhəri, 12ci mkr, ev 34, 39 saylı mənzilə ilkin satış qiyməti olan 140 000 manata olmaqla açıq hərracda satılması, hərracdan əldə olunan pul vəsaitlərinin cavabdehlərin kredit borclarına yönəldilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra şöbəsinə yönəlmiş və əmlak hərraca çıxarılmışdır. Əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlaklar yekun protokola əsasən “X12 Azərbaycan” QSC tərəfindən əldə edilmiş, əmlakın bankın mülkiyyətinə keçməsi ilə bağlı müvafiq çıxarış verilmişdir. Bank müvafiq orqana müraciət edərək həmin mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır. “X12 Azərbaycan” QSC-yə məxsus olan ünvan 1i ünvanında yerləşən digər daşınmaz əmlak üzərində pasport qeydiyyatında olan Cavabdeh3, X4, X6, X9 və Cavabdeh6 Sumqayıt İnzibati Məhkəməsinin qərarı əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır. Buna baxmayaraq adları qeyd edilmiş vətəndaşlar banka məxsus olan daşınmaz əmlaklardan istifadə edərək orada yaşayır və əmlakın boşaldılmasından imtina edirlər. Belə olan halda da, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı «X12 Azərbaycan» QSC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etdi. Cavabdehlər X4, Cavabdeh6, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarından olan Sumqayıt şəhər məhkəməsinin 2(060)-771/2018 saylı 17 yanvar 2018-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC, Cavabdeh2 və X2 müştərək qaydada 64994 manat əsas kredit borcu, 14752.77 manat əsas borca hesablanmış faiz borcu, 300 manat cərimə borcu, 60 manat ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin onlayn müraciətə görə çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 80136.77 manat məbləğində pul vəsaitinin iddiaçı «X12 Azərbaycan» QSC-nin xeyrinə tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, Cavabdeh4 məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34 ünvanında yerləşən ümumi sahəsi 69.5 kv.m-dən ibarət 3 otaqlı 39 nömrəli mənzilin ilkin satış qiyməti 70 000 manat və Cavabdeh3 məxsus olan ünvan 1ində yerləşən ümumi sahəsi 196.3 kv.m, yaşayış sahəsi 122.0 kv.m, yardımçı sahəsi 74,3 kv.m-dən ibarət 6 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiyməti 140 000 manat olmaqla açıq hərracda satılması və ipoteka predmetlərinin satışından əldə ediləcək pul vəsaitinin hesabına 80136.77 manat məbləğində pul vəsaitinin iddiaçı «X12 Azərbaycan» QSC-nin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarından olan X3 Yekunları barədə 26 aprel 2019-cu il tarixli 40 №-li protokolundan müəyyən edilir ki, “X5” MMC tərəfindən keçirilən hərrac zamanı ünvan 1ində yerləşən fərdi yaşayış evi satılmadığı üçün yekun olaraq banka təklif edilmiş və həmin əmlak «X12 Azərbaycan» QSC tərəfindən əldə edilmişdir. İş materiallarından olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1i ünvanındakı fərdi yaşayış evi «X12 Azərbaycan» QSC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 09.07.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarından olan Azərbaycan Respublikası Abşeron Rayon İHB-nın Masazır kənd İƏD üzrə nümayəndəliyi tərəfindən göndərilən 17 iyun 2020-ci il tarixli 224 №-li məktubdan müəyyən edilir ki, Cavabdeh3 ailə üzvləri- X4, X6, X9 və Cavabdeh6 ilə birlikdə ünvan 1i ünvanında qeydiyyatdadır və onlarla birgə yaşayır. İş materiallarından olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsi tərəfindən verilən 22.02.2021-ci il tarixli məktubdan müəyyən edilir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)1106/2020 saylı 26.11.2020-ci il tarixli qətnaməsinə əsasən vətəndaşlar Cavabdeh3, X4, X6, X9 və Cavabdeh6 ünvan 1i ünvanında qeydiyyatdan çıxarılmışdır. İş materiallarından olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1106/2020 saylı 26.11.2020-ci tarixli qərarından müəyyən edilir ki, iddia təmin edilmiş, iddiaçı «X12 Azərbaycan» QSC-nin mülkiyyətində olan ünvan 1ində yerləşən fərdi yaşayış evi üzərində rəsmi pasport qeydiyyatında olan Cavabdeh3, X4, X6, X9 və Cavabdeh6 pasport qeydiyyatından çıxarılması vəzifəsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulması qət edilmişdir. İş materiallarından olan X3 Yekunları barədə 06 mart 2019-cu il tarixli 32/1 №-li protokolundan müəyyən edilir ki, “X5” MMC tərəfindən keçirilən hərrac zamanı Sumqayıt şəhəri, 12-ci mikrorayon, bina 34, 39 saylı mənzil satılmadığı üçün yekun olaraq banka təklif edilmiş və həmin əmlak «X12 Azərbaycan» QSC tərəfindən əldə edilmişdir. İş materiallarından olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilən 25.12.2019-cu il tarixli məktubdan müəyyən edilir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)0771/2018 saylı 17.01.2018-ci il tarixli icra vərəqəsinə əsasən vətəndaş Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır. İş materiallarından olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, bina 34, 39 saylı mənzil «X12 Azərbaycan» QSC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 12.06.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi məhkəmə qətnaməsi ilə açıq hərraca çıxarılmış, həmin əmlak iddiaçının mülkiyyətinə keçirilmiş və bu barədə ona müvafiq çıxarış verilmişdir. Həmin evdə qeydiyyatda olan şəxslər yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışlar. Eləcə də, mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, bina 34, 39 saylı mənzildə qeydiyyatda olan şəxslər məhkəmə qərarı ilə oradan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışlar. Hazırda hər iki daşınmaz əmlak üzrə orada yaşayan şəxslər həmin əmlakda yaşayırlar və oranın boşaldılmasından imtina edirlər. Bu səbəbdən iddiaçı həmin şəxslərin əşyalarını çıxararaq həmin daşınmaz əmlakların banka təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək və qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddiaçının mülkiyyət hüququ toxunulmazdır və cavabdehlərin iddiaçının mülkiyyətində olan evdən istifadə etmələri mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırır, ona görə də iddia tələbi əsaslıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülkiyyət hüququ ilə «X12 Azərbaycan» QSC-yə məxsus olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində faktiki yaşayan cavabdehlər Cavabdeh3, X4 azyaşlı övladları X6 və X9 ilə birgə və Cavabdeh6 həmin evdən əşyaları ilə birlikdə çıxarılmalı və daşınmaz əmlak «X12 Azərbaycan» QSC-yə təhvil verilməli və mülkiyyət hüququ ilə «X12 Azərbaycan» QSC-yə məxsus olan Sumqayıt şəhəri, 12-ci mkr, ev 34, 39 saylı mənzildə faktiki yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 həmin evdən əşyaları ilə birlikdə çıxarılmalı və daşınmaz əmlak «X12 Azərbaycan» QSC-yə təhvil verilməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Mülkiyyət hüququ ilə «X12 Azərbaycan» QSC-yə məxsus olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində faktiki yaşayan cavabdehlər Cavabdeh3, X4 azyaşlı övladları X6 və X9 ilə birgə və Cavabdeh6 həmin evdən əşyaları ilə birlikdə çıxarılsınlar və daşınmaz əmlak «X12 Azərbaycan» QSC-yə təhvil verilsin. Mülkiyyət hüququ ilə «X12 Azərbaycan» QSC-yə məxsus olan Sumqayıt şəhəri, 12ci mkr, ev 34, 39 saylı mənzildə faktiki yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 həmin evdən əşyaları ilə birlikdə çıxarılsınlar və daşınmaz əmlak «X12 Azərbaycan» QSC-yə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar