Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-362/2024 07.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 12 dekabr 2015-ci il tarixli E/0166 nömrəli mansardın alqısatqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə satılmış Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki A kompleksində inşa edilmiş, 4 saylı yaşayış binasında, ümumi sahəsi 64.2 kv.metr olan, 2 otaqdan ibarət, 32 nömrəli mansardın boşaldılaraq iddiaçı "xxxx" MMC-nə təhvil verilməsi, habelə ödənilmiş dövlət rüsumu və poçt xərci məbləği olan 100,60 manatın Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı elektron məhkəmə portalı vasitəsilə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, tərəflər arasında qalıq kredit borcunun hissə-hissə ödənişinə dair razılaşma olmuşdur. Buna görə də iddia ərizəsi və ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. İddiaçı və cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmişlər. Belə olan halda məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsi qərarına gəlmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddiaçı mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdeh isə iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2. maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki mülki işin geri qaytarılması barədə ərizə daxil olduğundan ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi dövlət büdcəsi hesabından ərizəçi "xxxx" MMC-yə geri qaytarılsın Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov