Məhkəmə qərarları › İş №e-2(012)-3645/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3645/2023

31.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3645/2023 31.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evinə köçürmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu Saray qəsəbəsi, Yeni Məhəllə, Üzümlük küçəsində yerləşən fərdi yaşayış evinə övladları X2, X3 və X1 ilə birlikdə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə 2005-ci ildə ailə qurmuşdur. Onların birgə nikahlarından üç övladları 01 yanvar 2008-ci il təvəllüdlü X2, 08 mart 2006-cı il təvəllüdlü X3 və 09 sentyabr 2009-cu il təvəllüdlü X1 dünyaya gəlmişdir. Onlar 7-8 bundan əvvəl boşanmışlar. Ona məxsus əmlaklar ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindədir. Cavabdeh qərəzli olaraq onu uşaqlarıyla birlikdə həmin ünvana buraxmır. Artıq 1 həftədir ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür və hazırda həmin ünvanda 3 övladı ilə birlikdə yaşayır. Lakin o, cavabdehin sözügedən ünvana gəlməsini istəmir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, İddiaçı ilə o, rəsmi nikah bağlamaqla ailə qurmuş və birgə nikahlarından 3 övladları anadan olmuşdur. Sonradan onlar arasındakı nikah pozulmuş və uşaqların saxlanılması üçün ondan 450 manat məbləğində alimentin tutulması qət edilmişdir. O, yenidən ailə qurmuşdur, hazırda Yardımlı rayonunda yaşayır və orada müəllim işləyir. Bundan əlavə Abşeron rayonu Saray qəsəbəsi, Yeni Məhəllə, Üzümlük küçəsində yerləşən fərdi yaşayış evinin sənədi yoxdur. O, iddiaçının evi satmağını istəmir.Həmçinin İddiaçı onun tərəfindən evdən heç vaxt çıxarılmamış,iddiaçı özü evi tərk etmiş və 1 həftədir ki, Abşeron rayonu Saray qəsəbəsi, Yeni Məhəllə, Üzümlük küçəsində yerləşən fərdi yaşayış evinə yenidən qayıdaraq uşaqlarla birlikdə orada yaşayır. Odur ki, o, iddiaçının həmin evə köçürülməyinə etiraz etmir, onun tərəfindən iddiaçının sözügedən evdə yaşamasına heç bir maneçilik törədilməmişdir və gələcəkdə də törədilməyəcəkdir. İş materiallarında olan Yardımlı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 424078 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış rəsmi nikah xx.xx.2023-cü ildə ləğv edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş faktiki hallardan müəyyən edilir ki, iddiaçı köçmək istədiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 3 övladı ilə birlikdə yaşayır,bu hal məhkəmədə hər iki tərəfin izahatı ilə tam təstiqini tapır.Həmçinin məhkəmə iclasında mülki işin məhkəmə tədqiqatı zamanı mübahisəli mənzillə bağlı iddiaçının hüququnun və ya qanunla qorunan mənafeyinin cavabdeh tərəfindən pozulması ilə bağlı hər hansı bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Lakin,yuxarıda qeyd olunduğu kimi Abşeron rayonu Saray qəsəbəsi, Yeni Məhəllə, Üzümlük küçəsində yerləşən fərdi yaşayış evində iddiaçının övladları X2, X3 və X1 ilə birlikdə yaşaması ilə bağlı mübahisə olmadığından,məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlir,həmçinin məhkəmə hesab edir ki, Abşeron rayonu Saray qəsəbəsi, Yeni Məhəllə, Üzümlük küçəsində yerləşən fərdi yaşayış evi ilə gələcəkdə iddiaçının qanuni maraqların pozuntusu baş verərsə, yenidən iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı onun Abşeron rayonu Saray qəsəbəsi, Yeni Məhəllə, Üzümlük küçəsində yerləşən fərdi yaşayış evinə övladları X2, X3 və X1 ilə birlikdə köçürülməyi barədə iddiası rədd edilsin. İddiaçı Abşeron rayonu Saray qəsəbəsi, Yeni Məhəllə, Üzümlük küçəsində yerləşən fərdi yaşayış evi ilə bağlı qanuni maraqlarının qorunması məqsədi ilə gələcəkdə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar