Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3751/2023 20.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı X6 nümayəndəsi – vəkili Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı X6 Cavabdeh və üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyi və X5 qarşı «torpaq sahəsindən çıxarılma və mülki hüquq-pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X12 Cavabdeh və üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyi və X5 qarşı «torpaq sahəsindən çıxarılma və mülki hüquq-pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən sahibliyində və istifadəsində olmuş 0.10 ha torpaq sahəsindən çıxarılması, sökülmüş evin dəyəri olan 51000 (əlli bir min) manat məbləğində maddi zərər, 20000 (iyirimi min) manat məbləğində mənəvi zərər, müvəqqəti təminat tədbirləri barədə ərizənin verilməsinə görə ödənilən 30,30 (otuz manat otuz qəpik) manat rüsumun və iddia ərizəsinin verilməsinə görə ödənilən 303 manat rüsumun Cavabdeh tutularaq iddiaçı X7 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 nümayəndəsi – vəkili Vəkil məhkəmə iclasında izahatında bildirdi ki,iddiaçı Birinci Qarabağ müharibəsi ərəfəsində Ermənistan Respublikasından ailəliklə qaçqın düşərək Şuşa şəhərinə, Şüşa işğal olandan sonra ikinci dəfə qaçqın düşərək Xızı rayonu ərazisində məskunlaşmışlar. Nəhayət Abşeron Rayon İcra Hakimiyyəti başçısının 19 iyun 1998-ci il tarixli, 149 saylı sərəncamı ilə Saray qəsəbə icra nümayəndəliyinin istifadəsi üçün ayrılmış 24.00 ha. və Aqrar İslahat Komissiyasının qərarı ilə 50 ha. ayrılmış torpaq sahəsindən Saray qəsəbəsi üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli, 35 nömrəli sərəncamına əsasən İddiaçı Abşeron rayonu Saray qəsəbəsində 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində yaşayış evinin tikintisinə icazə verilmişdir. Beləliklə,iddiaçı 1999-cu ilin payız aylarında sahibliyində və istifadəsində olan 0,10 ha torpaq sahəsinin dörd bir yanını mişar daşı ilə hasarladıqdan sonra bir mərtəbəli, 4 otaq və ümumi sahəsi 230.19 kv.m.-dən ibarət fərdi yaşayış evini tikərək həmin vaxtdan 2022-ci ilin sentyabr ayına kimi orada yaşamışdır. Cavabdeh 2014-cü ildə cavabdeh İddiaçı və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinə qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaqda tikilmiş qeyri-qanuni tikililərin sökülməsi”nə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(012)- 219/2015 saylı qətnaməsi ilə iddia təmin edilmiş və “Abşeron rayonu Saray qəsəbəsində yerləşən, iddiaçı Cavabdeh mülkiyyətində olan 0,10 ha. torpaq sahəsində qanunsuz inşa edilmiş tikililər cavabdeh İddiaçı hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və cavabdeh İddiaçı həmin torpaq sahəsindən çıxarılması” qət edilmişdir. Həmin qətnamə 2019-cu ilin aprel ayında qismən icra edilərək yaşadığı evin bir hissəsi iddiaçının təşəbbüsü və xərci hesabına sökülmüş, qanuni yolla ayrılmış torpaq sahəsi iddiçıya məxsusdur, iddiaçı orada yaşamağa davam etmiş və Cavabdeh heç bir aidiyyəti yoxdur. Eyni zamanda iddiaçı qismən söküntüyə məruz qalmış evinin dəyərini müəyyən etməkdən ötəri"xxxx" MMC-yə müraciət etmiş və xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatına görə evinin bazar qiyməti 51000 (əlli bir min) manat müəyyən olunmuşdur. Digər tərəfdən 01 mart 2019-cu il tarixli, 192 nömrəli vəkil sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15 mart 2019-cu il tarixli, **********77 saylı cavab məktubunda göstərilmişdir ki, ...” X2 rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli, 35 nömrəli sərəncamı ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha. torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Xidmətin 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etməmiş, adı çəkilən torpaq sahəsi və inşa edilmiş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.Xidmətin 4saylı Abşeron Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və təqdim olunan sənədlərə əsasən aparılmış araşdırma nəticəsində İddiaçı faktiki istifadəsində olan 0,10 ha. torpaq sahəsi ilə vətəndaş Cavabdeh mülkiyyətində olan, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə aldığı 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməsi halı aşkar edilməmişdir.” Daha sonra xx.xx.2021-ci il tarixli, 383 saylı vəkil sorğusuna verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4-saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********76 saylı cavab məktubunda göstərilmişdir ki, “Abşeron rayonu, Saray qəsəbəsində yerləşən İddiaçı faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan **********43 reyestr nömrəsi ilə xx.xx.2013-cü il tarixdə verilmiş 0.10 ha. torpaq sahəsinin sənədi üzrə döngə nöqtələrinin koordinatları əsasında üst-üstə düşmə halı aşkar edilməmişdir” yəni istifadəsində olan torpaq sahəsinin Cavabdeh heç bir aidiyyəti yoxdur və onun mülkiyyətində olan 0.10 ha. torpaq sahəsi tərəflərindən zəbt edilməmişdir. Cavabdeh Abşeron rayon İcra və probasiya şöbəsi əməkdaşlarının iştirakı ilə 2022-ci ilin sentyabr ayinin axırlarında öz vəsaiti hesabına yaşadıqları ünvan 1 ünvanında 0.10 ha. torpaq sahəsində yerləşən fərdi yaşayış evini ekskovator ilə bünövrəsinə kimi sökdürmüş və evin qalıqlarını yük maşınları vasitəsi ilə daşıtdırmışdır. İcra məmuru da icra işinə xitam qərarı qəbul etmişdir. Daha sonra 3-cü dəfə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 4-saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2- 3223/2023 saylı cavab məktubunda bir daha təsdiqlənmişdir ki,” İddiaçı faktiki istifadəsində olan 0,10 ha. torpaq sahəsi ilə vətəndaş Cavabdeh mülkiyyətində olan, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə aldığı 0,10 ha torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının üstüstə düşməsi halı aşkar edilməmişdir.” Qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 4-saylı Abşeron Ərazi İdarəsi cəlb olunmamış və ondan mütəxssis rəyi belə istənilməmişdir. Digər üçüncü şəxs X8 hələ 2017-ci ildə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4-saylıərazi İdarəsinə qarşı MH seriyalı, ******* saylı 23 iyun 2006-cıil və MH seriyalı ******* saylı, 25 oktyabr 2006-cı il tarixli çıxarışlara əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu Saray qəsəbəsinin ərazisində 0,1646 ha. və 0,49 ha. torpaq sahələrinin koordinatlarının və sərhədlərinin yerində müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiasına dair Sumqayit İnzibati -İqtisadi Məhkəməsində 15 noyabr 2017-ci il tarixində 2-1(85)-1674/2017 saylı qərar qəbul edərək iddiasını təmin etmiş və X4 MH seriyalı, ******* saylı 23 iyun 2006-cı il tarixli və MH seriyalı ******* saylı, 25 oktyabr 2006-cı il tarixli çıxarışlarla mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsinin ərazisində yerləşən 0,1646 ha. və 0.49 ha. torpaq sahələrinin koordinatlarının və sərhədlərinin yerində müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4-saylı ərazi İdarəsinin üzərinə qoyulmasını qərara alınmışdır.Həmin işə baxılarkən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4-saylı ərazi İdarəsi məhkəməyə ünvanlanmış 14 fevral 2017-ci il tarixli, **********44 saylı etirazında bildirmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahələrinin sərhədlərinin dədiqləşdirilərək naturada ona tanıdıla bilinməsini, uçot işlərinin tam başa çatması kimi qeyri mümkündür. Yəni 2017-ci ilin noyabr ayına kimi iş üzrə üçüncü şəxs X8 tərəfindən 03 iyun 2006-cı il tarixində alqı-satqı müqaviləsi əsasında Cavabdeh satdığı 0,10 ha. torpaq sahəsi də daxil, həm 0,1646 ha., həm 0.49 ha. torpaq sahələrinin sərhədləri qeyri müəyyən olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(118)-1139/2021 saylı qərarında göstərilmişdir ki, Abşeron Rayon Məhkəməsində 2(012)- 219/2015 saylı işə baxılarkən 4 saylı Abşeron Ərazi İdarəsindən mütəxəssis dəvət olunmamış və mübahisəli torpaq sahəsinə baxış keçirilməmişdir. Odur ki mülki iş materiallarında mütəxəssis rəyi olmadığından tələb olunan sənədlərin surətinin göndərilməsi mümkün olmamışdır. Yuxarıda göstərilən hallar və faktlardan Cavabdeh məlumatlı idi,eyni zamanda onun tərəfindən X5 torpağa görə ödəmiş olduğu pulu belə ondan geri alandan sonra uydurma 18 000 manat məbləğinin bərpa edilməsinə görə onların torpaq sahəsinə dair həqiqəti əks etdirməyən sənədləri əldə etməklə faktiki olaraq əsassız varlanma yolunu seçmişdir. Mülki hüquqda mənfi nəticələr delikt (zərərvurma nəticəsində əmələ gələn) münasibətləri və ya əsassız varlanma münasibətləri ilə bağlı olaraq yaranır. Delikt münasibətləri ilə yaranan mənfi nəticələr (əmlakın zədələnməsi, korlanması, xarab olması, məhv edilməsi və s.) vurulmuş zədələrin əvəzinin ödənilməsi yolu ilə aradan qaldırılır. Cavabdeh uydurma 18 000 manat itkisinə görə onların 51000 manat dəyərində olan evləri sökdürərək torpaq sahəsini ələ keçirmişdir, ailəsi artıq üçüncü dəfə qaçqın gününə salınmışdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2006-cı il tarixli Abşeron rayon 1 saylı Dövlət Notariat kontorunda 4Ə/06-1147 saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanan zaman notariat kontoruna təqdim edilən bölgü eskizi mövcud olduğu halda, 09 dekabr 2013-cü ildə Cavabdeh yenidən «Г» hərfinə bənzər saxta bölgü eskizini tərtib etdirərək təkcə özü imzalamışdır. Halbuki satılması nəzərdə tutulan torpaq sahəsinin satılacaq hissəsinə dair bölgü eskizi yenidən tərtib olunarsa onu mütləq torpaq sahəsini satan şəxs yəni X8 da imzalamalı idi. Çünki bölgü eskizi adlanan sənəddə “Bölgü ilə razıyam, şikayətim, etirazım və əlavəm yoxdur, bölgü eskizini imzamızla təsdiq edirik” qrafası vardır və torpaq sahəsini satan şəxsin imzası olmadan həmin bölgü eskizi notariat tərəfindən təsdiq olunması qeyi-qanunidir. Eyni zamanda xx.xx.2006-cı il tarixdə təsdiq olunmuş bölgü eskizində satılması nəzərdə tutulan torpaq sahəsinin koordinatları göstərildiyi və DT və XK nin Abşeron rayon şöbəsi tərəfindən möhürlə təsdiq edildiyi halda, 09 dekabr 2013-cü ildə Cavabdeh tərəfindən şəxsən tərtib olunmuş bölgü eskizində yalnız Cavabdeh imzası mövcuddur. Yəni mübahisəli torpağın bölgü eskizi faktiki olaraq saxtalaşdırılmışdır, həmin saxta bolgü eskizinə əsasən Cavabdeh 4-saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları ilə X4 torpaq sahələrinin xəritəsini saxtalaşdıraraq satılmış sayılan faktiki 0,10 ha torpaq sahəsini özbaşına X4 başqa topraq sahəsinə sürüşdurmuş və qanunsuz olaraq alqı-satqıda nəzərdə tutulmuş 1872 nömrəli sahəsindən yox, 1873 nömrəli sahədən 0,10 ha torpaq sahəsi ayrılmış və həmin sahə göstərilməklə xx.xx.2013-cü il tarixində **********43 reyestr nömrəli qeyri-qanuni çıxarışı Cavabdeh əldə edə bilmişdir. Hərçənd həmin çıxarışda göstərilən torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində və sahibliyində olmuş torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməməsi, iddia ərizəsinə əlavə olunan 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2023-cü il tarixli məktubda öz əksini tapmışdır. Cavabdeh 16(012)-118/2022 saylı işlə əlaqədar məhkəməyə xx.xx.2021-ci il tarixli **********98 reyestr nömrəli çıxarışı təqdim etmişdir, hansı ki, ona xx.xx.2013-cü il tarixli **********43 reyestr nömrəli çıxarış əsasında verilmişdir. xx.xx.2021-ci il tarixli **********98 reyestr nömrəli çıxarışda isə Cavabdeh mülkiyyətində olan torpaq sahəsi 0,07 ha-dan ibarət olması göstərilmişdir. Lakin həmin çıxarışda göstərilən torpaq sahəsi ilə də faktiki istifadəsində və sahibliyində olmuş 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üst-üstə düşmür. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 219/2015 saylı 18 Fevral 2015-ci il tarixli qətnaməsi ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, onun mülkiyyətində olan 0.10 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikililər cavabdeh X6 hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsi boşaldılması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3464/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2015 saylı 18 Fevral 2015-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmış, X6 apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3916/2018 saylı 29 iyun 2018-cı il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qərar qanuni qüvvəsini almışdır. X1 arasında olan mübahisə predmeti Abşeron rayonu Saray qəsəbəsində yerləşən Rafiq Hüseynov tərəfindən zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaqda tikilmiş qeyri-qanuni tikililərin sökülməsi ilə bağlı olmuşdur. Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların X10 daşınmaz əmlakın Dövlət reyestrindən adına verilmiş çıxarışda göstərilmişdir ki, Abşeron rayon, Saray qəsəbəsindəki topraq sahəsi 0.07 ha olmaqla № **********98 saylı reyestr nömrəsi ilə qeydiyyat nömrəsi № ********** saylı xx.xx.2021-ci il tarixində onun tam hüquqlu pay sahibi olmaqla mülkiyyətinə keçmişdir. Rafiq Hüseynov və onun nümayəndə və vəkili qərəzli olaraq işin icrasını gecikdirməkdən ötrü və vaxt qazanmaq üçün məhkəməyə müraciət edir və bununla da qanun pozuntusu edərək məhkəmə hakimiyyətinin işlərinə müxtəlif üsullarla maneəçilik törətməkdədir. Belə ki, Abşeron Rayon Məhkəməsində e-2(012)-1086/2023 saylı xx.xx.2022-ci il tarixində iş üzrə eyni tərəflər və eyni iddia üzrə mülki iş qeydiyyata alınmışdır. Halbuki qanunla bu hal yolverilməzdir və bu pozuntunu qəsdən və qərəzli formada etmişdir. İddiaçı qismində çıxış edən X9 mübahisələndirilən məsələ ilə bağlı heç bir sübyektiv hüquq sahibi olmadığından Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixində X2 rayon məhkəməsinə müraciət edərək məhkəmədə səhv təssürat yaratmaq niyyəti ilə sözügedən mübahisəli torpaq sahəsi ilə bağlı iddia qaldıraraq həmin torpaq sahəsinin faktiki istifadəsində olduğunu bildirmiş və maddi ziyanla bağlı ona qarşı iddia qaldırmışdır. Belə bir hal qanunla yolverilməzdir və qarşı tərəf eləcədə onun vəkili bu pozuntunu qəsdən və qərəzli formada etmişdir. İddiaçı qismində çıxış edən X11 mübahisələndirilən məsələ ilə bağlı heç bir sübyektiv hüquq sahibi olmadığından Abşeron rayon məhkəməsi tərəfindən onun iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına görə eyni tərəflər və eyni iddia üzrə mülki iş qeydiyyata alınaraq bir dəfə baxılmasına yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999- cu il tarixli qərarına görə, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, torpaq sahəsinə dair sərəncam vermək, habelə torpaq sahəsindən çıxarılma məsələsinin həllinə dair məhkəmə aktlarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılması zamanı torpaq bazarının təşkilinin və torpaq bazarında iqtisadi və hüquqi münasibətlərin tənzimlənməsinin, habelə dövlət mülkiyyətində olan torpağın hüquqi əsaslarının təhlili zəruridir. İddiaçı qismində çıxış edən X11 mübahisələndirilən məsələ ilə bağlı daşınmaz əmlak üzərində hüquq sahibi olmadığından iddia rədd olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyi və X8 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.6-ci maddəsinə əsasən məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2015 saylı 18 Fevral 2015-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 iddiası təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, iddiaçı X3 mülkiyyətində olan 0.10 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikililər cavabdeh X6 hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsi boşaldılması və cavabdeh Rafiq Hüseynovun həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3464/2017 saylı xx.xx.2017ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X12 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2015 saylı 18 Fevral 2015-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3916/2018 saylı 29 iyun 2018-cı il tarixli qərarından görünür ki, cavabdeh X12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qərar qanuni qüvvəsini almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki,Abşeron rayonu Saray qəsəbəsi ünvanında 0,07 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi «mülki hüquqpozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi hissəsində rədd edilməlidir. İddia tələbinin «torpaq sahəsindən çıxarılma » hissəsəsində isə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata xitam verilmişdir. İddiaçı «mülki hüquq-pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi ilə bağlı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1,1096.2,1097.1 və 1097.3-cü maddələrinə istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının məzmunu ilə imperativ qaydada müəyyən edilmişdir ki,mülki hüquq pozuntusu(delikt) törətmiş şəxsin əməlində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizlik olmalı,yaxud qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilməsi nəzərdə tutulmalıdır. Lakin,hal-hazırda məhkəmədə sübutların tədqiqatı zamanı Cavabdeh əməlində yuxarıda göstərilən xüsusatlarla bağlı hər hansı bir hal müəyyən edilmir.Əksinə olaraq Abşeron rayonu,Saray qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsində yerləşən tikilinin sökülməsi Abşeron Rayon Məhkəməsinin 2(012)-219/2015 saylı 18 Fevral 2015-ci il tarixli, qanuni qüvvəsini almış qətnaməsi əsasında icra olunduğundan iddiaçının iddia ərizəsində göstərdikləri və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı işin faktiki halları ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı X6 Cavabdeh və üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyi və X5 qarşı «mülki hüquq-pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-3751/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3751/2023
20.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver