Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3752/2022 10.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X1 Səfiyeva İddiaçı “X3 Azərbaycan” QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı ödənilm iş hərrac xərclərinin geri tələb edilməsi tələbi barədə sadələşdirilmiş icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X3 Azərbaycan” QSC cavabdeh "xxxx" MMC-yə qarşı ödənilmiş hərrac xərclərinin geri tələb edilməsi tələbi barədə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İşin materiallarını araşdırıb hesab edirəm ki, iddiaçı hüquqi şəxs, cavabdeh isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs, hazırkı mübahisə isə bilavasitə iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və iddiaçıya müvafiq kommersiya məhkəməsinə müraciət etməsi izah edilməlidir. Mülki Prosessual Məcəllənin 114.1.3. maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa-ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24-32, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı “X3 Azərbaycan” QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı ödənilm iş hərrac xərclərinin geri tələb edilməsi tələbi barədə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya müvafiq kommersiya məhkəməsinə müraciət etməli olması izah edilsin. İddiaçı “X3 Azərbaycan” QSC-nin xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 42.31 (qırx iki mnt otuz bir qəpik) manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı “X3 Azərbaycan” QSC-yə qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Maliyyə İdarəsinə həvalə edilməlidir. Qərardaddan 10 gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-3752/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3752/2022
10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver