Məhkəmə qərarları › İş №e-2(012)-3788/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3788/2022

22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3788/2022 22.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Şücai oğluna qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh Şücai oğluna qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 91,59 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun Cavabdeh Şücai oğlundan tutularaq “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Şücai oğlu ilə “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2017-ci il tarixli bank hesabı, debet karti, kredit karti və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2019-cu il tarixli, e-2(002)-1067/2019 saylı məhkəmə qətnaməsi çıxarılmışdır. Nəticədə iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2017-ci il tarixli hüquqi xidmət haqqında müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sifariş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh Şücai oğlu tərəfindən xx.xx.2021-ci il tarixində ödənilən 426,08 manat və xx.xx.2021-ci il tarixində ödənilən 184,56 manat məbləğ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vasitəsi ilə təmin edilmiş və buna görə də “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 91,59 manat məbləğində xidmət haqqı ödənilmişdir. Qeyd edilən xx.xx.2017ci il tarixli hüquqi xidmət haqqında müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə cavabdeh tərəfindən “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 91,59 manat məbləğində xidmət haqqı ödəmişdir. “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh Şücai oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 4.20-ci bəndində qeyd edilmişdir ki, bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Göstərilənlərə əsasən 91,59 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun Cavabdeh Şücai oğlundan tutularaq “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 10 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuş və 14 iyun 2022-ci il tarixdə məhkəmə Cavabdeh Şücai oğluna prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh Şücai oğluna qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Cavabdeh Şücai oğlu ilə “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 10 avqust 2017-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin 4.20-ci bəndindən görünür ki, bu müqavilədən yaranan (irəli gələn) borcların “Kart/əlavə kart sahibi” tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə “Bank” “Kart/əlavə kart sahibi”nə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa, “Kart/əlavə kart sahibi” bununla bağlı “Bank”ın çəkəcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) “Bank”a ödənilməsini qəbul, bəyan və təsdiq edir. 23 noyabr 2021-ci il tarixli aktdan, 23 noyabr 2021-ci il tarixli, 0177 nömrəli hesab fakturadan və 23 noyabr 2021-ci il tarixli təhvil aktından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 04 iyul 2017-ci tarixli hüquqi xidmət haqqında müqavilənin ayrılmaz tərkibi olan 30 yanvar 2018-ci il tarixli əlavə razılaşmanın 5.1.1-ci maddəsinə əsasən 2021-ci ilin oktyabr ayı üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən borclu “World Card” krediti müştərisi Cavabdeh 07 oktyabr 2021-ci il tarixdə geri ödədiyi 426,08 manat məbləğindən 15% xidmət haqqı icra edilməklə “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilmiş və Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qəbul edilmişdir. 24 dekabr 2021-ci il tarixli aktdan, 24 dekabr 2021-ci il tarixli, 0180 nömrəli hesab fakturadan və 24 dekabr 2021-ci il tarixli təhvil aktından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 04 iyul 2017-ci tarixli hüquqi xidmət haqqında müqavilənin ayrılmaz tərkibi olan 30 yanvar 2018-ci il tarixli əlavə razılaşmanın 5.1.1-ci maddəsinə əsasən 2021-ci ilin noyabr ayı üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən borclu “World Card” krediti müştərisi Cavabdeh 04 noyabr 2021-ci il tarixdə geri ödədiyi 184,56 manat məbləğindən 15% xidmət haqqı icra edilməklə “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilmiş və Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qəbul edilmişdir. “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş maliyyə arayışından görünür ki, “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 04 iyul 2017-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh Şücai oğlu tərəfindən 07 oktyabr 2021-ci il tarixində ödənilən 426,08 manat və 04 noyabr 2021-ci il tarixində ödənilən 184,56 manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə də “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 91,59 manat məbləğində xidmət haqqı ödənilmişdir. 14 fevral 2022-ci il tarixli bildirişin surətindən görünür ki, “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə köçürülmüş 91,59 manat məbləğində xidmət haqqını 5 iş günü müddətində ödəməyi, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh Şücai oğlunu xəbərdar etmişdir. İşin araşdırılan hallarından və tədqiq olunmuş sənədlərlə təsdiq olunur ki, “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh Şücai oğlu arasında 10 avqust 2017-ci il tarixdə bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Müqavilənin 4.20-ci bəndində bu müqavilədən yaranan (irəli gələn) borcların “Kart/əlavə kart sahibi” tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə “Bank” “Kart/əlavə kart sahibi”nə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa, “Kart/əlavə kart sahibi” bununla bağlı “Bank”ın çəkəcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) “Bank”a ödənilməsini qəbul, bəyan və təsdiq etməsi müəyyən edilmişdir. Qeyd olunan müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də iddiaçı tərəfindən borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, məhkəmə qətnaməsi ilə borc məbləği cavabdehdən tutulmuşdur. “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 04 iyul 2017-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin 5.1.1-ci bəndinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh 07 oktyabr 2021-ci il tarixdə 426,08 manat və 04 noyabr 2021-ci il tarixdə 184,56 manat məbləğində olmaqla borc məbləğləri geri ödətdirilmiş, həmin məbləğlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilmiş, “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti isə aralarında bağlanmış müqaviləyə əsasən geri ödətdirilmiş borc məbləğinin 15%-ni - 91,59 manat məbləği xidmət haqqı olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödədiyi 91,59 manat məbləğində pulun ona ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh bu günə kimi həmin məbləği banka ödəməmiş, bununla da iddiaçı banka maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Şücai oğlundan dəymiş maddi zərərin əvəzi olaraq 91,59 (doxsan bir manat, əlli doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumu üçün 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Şücai oğlundan dəymiş maddi zərərin əvəzi olaraq 91,59 (doxsan bir manat, əlli doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumu üçün 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar