Məhkəmə qərarları › İş №e-2(012)-382/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-382/2024

09.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-382/2024 09.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.2013-cü il tarixli, **********52 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,10 ha torpaq sahəsində inşa edilmiş birmərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.1992-ci ildə ildə rəsmi nikaha girməklə evlənmişdir. Birgə nikahdan X3 və X4 adlı uşaqlar anadan olmuşdur. Onların artıq 18 yaşları tamam olmuşdur. ünvan 1 ünvanında yerləşən 0,09 ha torpaq sahəsi onun, cavabdehin və övladlarının ümumi birgə mülkiyyətindədir və həmin torpaq sahəsində yerləşən, lakin mülkiyyət hüququ qeydiyyata alınmayan fərdi yaşayış evində yaşamışlar. Onları həmin evdə qeydiyyatdadırlar. Bundan başqa, cavabdehlə birgə nikahı dövründə cavabdehin adına Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,10 torpaq sahəsini və onun adına 0,10 ha torpaq sahəsini satın almışlar. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2013-cü il tarixli, **********52 reyestr nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən, Yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,10 ha torpaq sahəsində birmərtəbəli, kürsülü, ümumi sahəsi 110 kv. metrlik 3 otaqlı, mətbəxi və digər sahələri olan fərdi yaşayış evi tikmiş, yaşamaq üçün tam yararlı hala gətirmişlər. Evin işiq, qaz və su abunə kodları onun adınadır. 24 avqust 2022-ci il tarixində Cavabdeh ilə aralarında olan mübahisə nəticəsində ona qarşı məişət zorakılığı törətmiş və onu evdən qovmuşdur. Həmin gündən o və övladları kirayədə qalırlar. Dəfələrlə evə getməyə cəhd göstərsələr də cavabdeh onu evə buraxmamışdır. Cavabdeh onun mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,10 ha torpaq sahəsində inşa etdikləri 3 otaqlı fərdi yaşayış evində də yaşamalarına imkan vermir. Onunla bir evdə yaşaması mümkün olmadığından və aralarında davamlı münaqişə olacağı üçün o, xx.xx.2013-cü il tarixli, **********52 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətindəki Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,10 ha torpaq sahəsində inşa edilmiş birmərtəbəli fərdi yaşayış evinə köçmək qərarına gəlmişdir. Ona görə də hesab edir ki, onun mülkiyyətimdə olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən, 0.10 ha torpaq sahəsində tikdiyimiz birmərtəbəli fərdi yaşayış evinə köçürülməyi barədə məhkəmə qətnaməsi qəbul edilməlidir Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında İddiaçı da iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X3 ifadə verərək bildirdii ki, tərəflər onun valideynləridir. Onun Teymur adlı başqa bir qardaşı da var. ünvan 1 ünvanında yerləşən 0,09 ha torpaq sahəsi ailənin ümumi birgə mülkiyyətindədir və onlar həmin torpaq sahəsində yerləşən, lakin mülkiyyət hüququ qeydiyyata alınmayan fərdi yaşayış evində yaşamışlar. Valideynləri birgə nikahı dövründə atasının adına Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,10 torpaq sahəsini və anasının adına 0,10 ha torpaq sahəsini satın almışlar. Anasına aid olan 0,10 ha torpaq sahəsində birmərtəbəli, kürsülü, ümumi sahəsi 110 kv. metrlik 3 otaqlı, mətbəxi və digər sahələri olan fərdi yaşayış evi tikilmiş, yaşamaq üçün tam yararlı hala gətirilmişdir. Evin işiq, qaz və su abunə kodları onun adınadır. 24 avqust 2022-ci il tarixindən atası anasını evdən qovmuşdur. Bu tarixdən anası və qardaşı ilə o, kirayədə qalırlar. Dəfələrlə evə getməyə cəhd göstərsələr də cavabdeh onları evə buraxmamışdır. Məhkəmə proses iştirakçılarının izahatını və şahid ifadəsini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetsri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX № ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2013-cü il tarixdə **********52 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Onun adına xx.xx.2013-cü il tarixdə AA 048659 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. - 313037 nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə Cavabdeh arasında nikah 22 sentyabr 1992-ci il tarixdə 18 saylı aktla qeydə alınmışdır. Nikahdan sonra arvada Begiyeva soyadı verilmişdir. - **********05648 saylı abonentin saldosundan görünür ki, ünvan 2 ünvanı təbii qazla təchiz edilmişdir. Abonent İddiaçıdır və ailə tərkibi 4 nəfərdir. - **********02302 saylı abonentin saldosundan görünür ki, ünvan 3 ünvanı elektrik enerjisi ilə təchiz edilmişdir. Abonent İddiaçıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):

152. maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı iş”də qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı işi üzrə qərarı”nda isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Məhkəmə mülkiyyət və mülkiyyət hüququ ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı nasnİ˝ hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında˝ Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, rəh˝ bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz˝. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Belə ki, Mülki Məcəllənin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin: 1-ci bəndinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Göründüyü kimi, qanunvericilik mülkiyyət hüququnun yaranma anını onun dövlət reyestrində qeydiyyatı anı ilə əlaqələndirir. Burada məqsəd dövlət tərəfindən həqiqi mülkiyyətçinin hüquqlarının qorunmasının təmin edilməsi və onun öz mülkiyyətini kənar şəxslərdən müdafiəsini təşkil edə bilməsidir. Məhkəmə araşdırması zamanı eyni zamanda, müəyyən olunmuşdur ki, Abşeron rayonu, Fatmayı yerləşən, ümumi sahəsi 0,10 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olmaqla mübahisəli ərazidə fərdi yaşayış evi inşa edilmişdir. Sözügedən fərdi yaşayış evinin tərəflərin inşa etdirməsi iş materialları ilə təsdiq edilir. Fərdi yaşayış evi hazırda dövlət qeydiyyatına alınmasa da, cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən evə buraxmaması qanunsuzdur və iddiaçının mülkiyyət hüquqnun və gələcəkdə mübahisəli evə dair gözlənilən mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları qanunvericiliyin tələbləri, beynəlxalq təcrübə və Plenum Qərarı ilə yanaşı qiymətləndirib belə qənaətə gəlir ki, İddiaçı mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ əldə etdiyindən, qanuni istifadəsində və sahibliyində olan daşınmaz əmlakdan istifadə ilə bağlı yaranmış maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malik olduğundan, iddiaçının mülkiyyət hüququ olan daşınmaz əmlaka münasibətdə hüquqları məhdudlaşdırıldığından, mülkiyyət hüququ toxunulmaz olduğundan və qanunvericiliklə məhdudlaşdırılmasına yol verilmədiyindən iddiaçının iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir. Bеləliklə, məhkəmə iş üzrə tоplаnmış sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrib, qanunun göstərilən tələblərini rəhbər tutaraq hеsаb еdir ki, iddiа ərizəsi əsаslı оlduğundаn təmin edilməli, İddiaçı xx.xx.2013-cü il tarixli, **********52 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,10 ha torpaq sahəsində inşa edilmiş birmərtəbəli fərdi yaşayış evinə köçürülməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı xx.xx.2013-cü il tarixli, **********52 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,10 ha torpaq sahəsində inşa edilmiş birmərtəbəli fərdi yaşayış evinə köçürülsün. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar