Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3821/2025 07.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlakın mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus olan qonaq otağı mebeli: divan 1 ədəd, masa 1 ədəd, stul 8 ədəd, televizor altlığı 1 ədəd, divar rəfi 1 ədəd, kamod 1 ədəd, kamod üstü divar güzgüləri 3 ədəd, yataq otağı ləvazimatları: çarpayı 1 ədəd, güzgülü tirmo 1 ədəd, 5 rəfli tumba 1 ədəd, çarpayı yanında dolabça 2 ədəd, şifoner 1 ədəd, uşaq çarpayısı 2 ədəd, mətbəx mebeli: mətbəx masası 1 ədəd, mətbəx divanı 1 ədəd, taburet 2 ədəd, Avadanlıqlar: soyuducu 1 ədəd, paltaryuyan 1 ədəd, qaz sobası 1 ədəd, elektrik sobası 1 ədəd, televizor 1 ədəd, Mətbəxdə istifadə edilən gündəlik müxtəlif qablar, stəkanlar, çaşkalar, qaşıqlar, çəngəllər, bıçaqlar, qaşıq dəsti çamadanı 1 ədəd, çərəz qabı 2 ədəd, konfet qabı 2 ədəd, balaca qazan 3 ədəd, böyük qazan 3 ədəd, orta ölçülü qazan 3 ədəd, su bokalları 11 ədəd, gül qabı 2 ədəd, meyvə qabı 1 ədəd, rozetkalar 7 ədəd, müxtəlif xırda əşyalar – yorğan-döşək dəsti, qonaq otağı pərdələri, yataq otağının pərdələri, mətbəx pəncərəsinin jalüzü, 2 ədəd xalça, 1 ədəd çilçıraq, uşaq üçün 2 balaca kilim, yataq otağı üçün 1 xalça, 1 ədəd çılçıraq, işlənməmiş qazan dəsti – 1 qutuda, işlənmiş yorğan-döşək üzləri, süfrələr və müxtəlif geyim əşyaların çıxarılması və mülkiyyətində olan Xırdalan şəhəri, 30-cu məhəllə, H.Əliyev prospekti, ev 7, mənzil 159 ünvandakı yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, ünvan 1 ünvandakı yaşayış sahəsi onun mülkiyyətindədir. Həmin yaşayış sahəsində müvəqqəti olaraq oğlu Əlabbas Hüseynovun həyat yoldaşı Cavabdeh ilə birlikdə özləri yaşayış sahəsi alanadək istifadə etmələrinə icazə vermiş və cavabdeh də onun razılığı ilə həmin yaşayış sahəsinə özünə məxsus olan əşyaları başqa yer olmadığına görə gətirib yerləşdirmişdir. Artıq xeyli vaxtdır ki, cavabdehlə onun oğlunun arasında ailə münasibətləri pozulmuş və cavabdeh 2 azyaşlı uşaqları da götürüb valideynlərinin yaşadıqları ünvan 2 ünvana getmişdir və hazırda orada yaşayır. Onun mülkiyyətindəki yaşayış sahəsinə müvəqqəti yerləşdirdiyi əşyaları çıxarıb evinin boşaldılması barədə dəfələrlə təklif etməsinə baxmayaraq, cavabdeh onun təklifinə müsbət cavab verməyib və öz xoşu ilə əşyalarını çıxarıb aparmaq istəmir və bu hərəkətləri ilə onun mülkiyyət hüququnu pozur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi Nümayəndə iddianı qəbul etmədilər və onun təmin edilməməsini xahiş etdilər. Cavabdeh qeyd etdi ki, o, hazırda başqa ünvanda yaşayır, ona məxsus əşyalar isə hazırda mübahisəli mənzildədir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, H.Əliyev prospekti, ev 7, 159 saylı mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2923/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər X3 və İddiaçı qarşı mənzilə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməmişdir. İşin hallarına əsasən iddiaçının oğlu Əliabbas Hüseynovla Cavabdeh xx.xx.2015-ci ildə rəsmi nikaha girməklə ailə qurmuş, həmin nikahdan onların xx.xx.2016-cı il təvəllüdlü Şahanə və xx.xx.2018-ci il təvəllüdlü Mikayıl adlı uşaqları anadan olmuşdur. X1 Səbinə Şakir qızı arasındakı münasibətlər pozulmuşdur. Cavabdeh hazırda mübahisəli mənzildə yaşamasa da, ona məxsus əşyalar iddiaçıya məxsus evdə qalmışdır. İşdən görünür ki, cavabdehin əşyaları hazırda mübahisəli mənzildədir. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktından da görünür ki, cavabdehin mübahisəli mənzilə dair hər hansı hüququ yoxdur. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(012)- 2923/2025 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər X3 və İddiaçı qarşı mənzilə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, H.Əliyev prospekti, 7 saylı evin, 159 saylı mənzili İddiaçı mülkiyyətindədir. Hazırda isə keçmiş gəlini Cavabdeh əşyalarının onun mülkiyyətində olan mənzildə qalması onun mənzildən sərbəst istifadə hüququnu məhdudlaşdırır. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının qanunla nəzərdə tutulan hüquqlarından sərbəst istifadə etməsi üçün cavabdehə məxsus əşyalar iddiaçının mülkiyyətindəki mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən Cavabdeh öz əşyalarını İddiaçı mülkiyyətində olan mənzildən çıxarmaması nəticəsində sonuncunun davamlı şəkildə yaşayış sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək və qanunvericiliyin qeyd olunan tələblərini əsas tutaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh məxsus əşyalar İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, H.Əliyev prospekti, ev 7, 159 saylı mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus əşyalar – qonaq otağı mebeli: divan 1 ədəd, masa 1 ədəd, stul 8 ədəd, televizor altlığı 1 ədəd, divar rəfi 1 ədəd, kamod 1 ədəd, kamod üstü divar güzgüləri 3 ədəd, yataq otağı ləvazimatları: çarpayı 1 ədəd, güzgülü tirmo 1 ədəd, 5 rəfli tumba 1 ədəd, çarpayı yanında dolabça 2 ədəd, şifoner 1 ədəd, uşaq çarpayısı 2 ədəd, mətbəx mebeli: mətbəx masası 1 ədəd, mətbəx divanı 1 ədəd, taburet 2 ədəd, avadanlıqlar: soyuducu 1 ədəd, paltaryuyan 1 ədəd, qaz sobası 1 ədəd, elektrik sobası 1 ədəd, televizor 1 ədəd, mətbəxdə istifadə edilən gündəlik müxtəlif qablar, stəkanlar, çaşkalar, qaşıqlar, çəngəllər, bıçaqlar, qaşıq dəsti çamadanı 1 ədəd, çərəz qabı 2 ədəd, konfet qabı 2 ədəd, balaca qazan 3 ədəd, böyük qazan 3 ədəd, orta ölçülü qazan 3 ədəd, su bokalları 11 ədəd, gül qabı 2 ədəd, meyvə qabı 1 ədəd, rozetkalar 7 ədəd, müxtəlif xırda əşyalar – yorğan-döşək dəsti, qonaq otağı pərdələri, yataq otağının pərdələri, mətbəx pəncərəsinin jalüzü, 2 ədəd xalça, 1 ədəd çilçıraq, uşaq üçün 2 balaca kilim, yataq otağı üçün 1 xalça, 1 ədəd çılçıraq, işlənməmiş qazan dəsti – 1 qutuda, işlənmiş yorğan-döşək üzləri, süfrələr və müxtəlif geyim əşyaları İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 30cu məhəllə, H.Əliyev prospekti, ev 7, 159 saylı mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-3821/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3821/2025
07.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver