Məhkəmə qərarları › İş №e-2(012)-385/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-385/2024

20.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-385/2024 20.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə torpaq sahəsinin mülkiyyətə keçirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə torpaq sahəsinin mülkiyyətə keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan torpaq sahəsində yerləşən İddiaçı məxsus yaşayış evinin icra vərəqəsinə əsasən sökülməli olan 0,0033 ha (33 kvadratmetr) hissəsinin əvəzinə 7000 manat kompensasiya ödəməklə iddiaçının mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(012)-104/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması barədə tələbinin təmin edilməsi, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində 0,015 ha torpaq sahəsinin 0,0033 ha (33 kvadratmetr) hissəsində tikilən cavabdehə məxsus yaşayış evinin, 0,0049 ha (49 kvadrat metr) hissəsində inşa edilmiş çardağın, cəmi 0,0082 ha (82 kvadrat metr) hissədə cavabdeh İddiaçı qanunsuz inşa etdirdiyi tikililərin cavabdehin hesabına sökülməsi və 0,015 ha torpaq sahəsinin boşaldılması qət edilmişdir. Hal-hazırda Abşeron rayon İcra Şöbəsi tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-104/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən icra hərəkətləri həyata keçirilir. Qeyd olunduğu kimi, söküləcək tikilinin 0,0033 ha (33 kvadratmetr) hissəsi İddiaçı evinə aiddir. İcra işinin bu hissədə icra edilməsi, yəni evin sökülməsi onun görünüşünün pozulması ilə nəticələnəcək və iddiaçıya böyük zərər vuracaqdır. Bundan başqa, evin sökülməsi zamanı onun uçma təhlükəsi də vardır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2019-cu il tarixli RX ******* saylı çıxarışından görünür ki, İddiaçı adına 0,01 ha torpaq sahəsi qeydə alınmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı torpaq sahəsini əldə edərkən artıq üzərində tikililər vardı: tikinti işləri torpaq sahəsinin əvvəlki mülkiyyətçisi tərəfindən aparılmışdır və iddiaçının aldığı evin bir hissəsinin başqasının mülkiyyətində olan torpaq sahəsində tikilməsini bilməsi mümkün deyildir. 2019-cu ildən iddiaçı həmin evə sahiblik etmiş, evi təmir etmişdir. İddiaçı hal-hazırda azyaşlı uşaqları və həyat yoldaşı ilə birlikdə həmin evdə yaşayır, bu evdən başqa onun heç bir yaşayış sahəsi yoxdur. Eyni zamanda, nəzərə alnmalıdır ki, mübahisənin həlli ilə bağlı tələbkar Cavabdeh bir neçə torpaq sahəsi təklif edilmiş, lakin tərəflər ümumi razılığa gələ bilməmişlər. Cavabdeh mülkiyyətçisi olduğu torpaq sahəsində uzun müddət olmamış, heç bir tikinti aparmamış, iddiaçı ilə qonşu olan torpaq sahəsində heç bir hasar inşa etməmişdir. Hətta cavabdehə məxsus torpaq sahəsinin qapısı və ya darvazası da olmamışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ilə razılaşmadı və onun təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, RX ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,01 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, RX ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,015 ha torpaq sahəsi Cavabdeh adına qeydə alınmış, onun adına xx.xx.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-104/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı «qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması» barədə tələbi təmin edilmiş, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində 0,015 ha torpaq sahəsinin 0,0033 ha (33 kvadratmetr) hissəsində tikilən cavabdehə məxsus yaşayış evinin, 0,0049 ha (49 kvadrat metr) hissəsində inşa edilmiş navesin, yəni çardağın, cəmi 0,0082 ha (82 kvadrat metr) hissədə cavabdeh İddiaçı qanunsuz inşa etdirdiyi tikililərin cavabdehin hesabına sökülməsi və 0,015 ha torpaq sahəsinin boşaldılması qət edilmiş, iddiaçılar İddiaçı və X2 Cavabdeh qarşı İddiaçı məxsus torpaq sahəsinin hasarının Cavabdeh tərəfindən dağıdılmasına yönəlmiş qanunsuz hərəkətlərə son qoyulması və hasarın bərpa edilməsi ilə bağlı maneənin aradan qaldırılması, Cavabdeh iddiaçılar İddiaçı və X2 xeyrinə maddi zərər kimi 5000 manat, mənəvi zərərə görə 20000 manat tutulması, xüsusi qərardadın qəbul edilməsi barədə iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2195/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-104/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1661/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2195/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8515-9/8745 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Abşeron rayonu Novxanı ərazisində yerləşən torpaq sahəsinə yaxın ərazilərdə yerləşən analoji torpağın 1,5 sotunun orta bazar qiyməti təqribən 8700,0 manat (5800,0x1,5) məbləğində müəyyən edilir. Abşeron rayonu Novxanı ərazisində yerləşən torpaq sahəsinə yaxın ərazilərdə yerləşən analoji torpağın 1 sotunun orta bazar qiyməti təqribən 5800,0 manat məbləğində müəyyən edilir. İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin uzunluğu 16,1 m eni 13,0 m təşkil ettiyini nəzərə alaraq yaşayış evinin tikinti altı sahəsinin 209,3m2 (16,1x13,0) olduğu müəyyən edilir. İddiaçı oğku tərəfindən inşa edilmiş fərdi yaşayış evinin ümumi sahəsinin 168,6 kv.metr təşkil etdiyini nəzərə alaraq, Abşeron rayonu Novxanı ərazisində yerləşən yaşayış evinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 192000 manat (1140x168,6) məbləğində müəyyən edilir. Tədqiq olunan yaşayış evinin bir dam altında olduğunu, ayrıayrı konstruktiv elemtlərin eyni vaxta inşa olunduğunu və fərdi yaşayış evinin tikililəri biri birinə bağlı şəkildə olduğunu nəzərə alaraq, həmin fərdi yaşayış evinin 33 kv.metr hissəsinin sökülməsi (yaşayış evinə ziyan dəymədən) texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. İşdən görünür ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində 0,015 ha torpaq sahəsinin 0,0033 ha (33 kvadratmetr) hissəsində tikilən cavabdehə məxsus yaşayış evinin, 0,0049 ha (49 kvadrat metr) hissəsində inşa edilmiş navesin yəni çardağın, cəmi 0,0082 ha (82 kvadrat metr) hissədə cavabdeh İddiaçı qanunsuz inşa etdirdiyi tikililərin cavabdehin hesabına sökülməsi və 0,015 ha torpaq sahəsinin boşaldılması qət edilmişdir, yəni İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisindəki yaşayış evinin 0033 ha (33 kvadratmetr) hissəsinin Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə düşməsi işin mübahisəsiz halıdır. Hazırda Sadıxlı X1 Asif Cəlal oğluna qarşı kompensasiya ödənilməklə torpaq sahəsinin mülkiyyətə keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan torpaq sahəsində yerləşən İddiaçı məxsus yaşayış evinin icra vərəqəsinə əsasən sökülməli olan 0,0033 ha (33 kvadratmetr) hissəsinin əvəzinə 7000 manat kompensasiya ödəməklə iddiaçının mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X3 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 172.3-cü maddəsinə görə əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Həmin Məcəllənin 172.4-cü maddəsinə görə qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir. Həmin Məcəllənin 173.1-ci maddəsinə görə başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 173.2-ci maddəsinə əsasən üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər. Həmin Məcəllənin 173.3-cü maddəsinə görə əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. Həmin Məcəllənin 173.4-cü maddəsinə görə əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər. Məhkəmə araşdırması zamanı və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, tərəflərin mülkiyyətində olan torpaq sahələri qonşuluqda yerləşir. İddiaçıya məxsus yaşayış evi dövlət reyestrində qeydə alınmasa da, ona məxsus torpaq sahəsində yerləşdiyindən (33 kv.metr istisna) onun bu tikiliyə qanuni gözlənti hüququ mövcuddur. Hazırda əsas mübahisə cavabdehə məxsus torpaq sahəsinin 33 kv.metrində yerləşən iddiaçıya məxsus evin sökülməməsinə görə kompensasiyanın ödənilməsi barədədir. Aparılmış ekspertiza tədqiqatları ilə müəyyən olunmuşdur ki, Abşeron rayonu Novxanı ərazisində yerləşən torpaq sahəsinə yaxın ərazilərdə yerləşən analoji torpağın 1,5 sotunun orta bazar qiyməti təqribən 8700,0 manat (5800,0x1,5) məbləğində müəyyən edilir. Abşeron rayonu Novxanı ərazisində yerləşən torpaq sahəsinə yaxın ərazilərdə yerləşən analoji torpağın 1 sotunun orta bazar qiyməti təqribən 5800,0 manat məbləğində müəyyən edilir. İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin uzunluğu 16,1 m eni 13,0 m təşkil ettiyini nəzərə alaraq yaşayış evinin tikinti altı sahəsinin 209,3m2 (16,1x13,0) olduğu müəyyən edilir. İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin ümumi sahəsinin 168,6 kv.metr təşkil etdiyini nəzərə alaraq, Abşeron rayonu Novxanı ərazisində yerləşən yaşayış evinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 192000 manat (1140x168,6) məbləğində müəyyən edilir. Tədqiq olunan yaşayış evinin bir dam altında olduğunu, ayrı-ayrı konstruktiv elemtlərin eyni vaxta inşa olunduğunu və fərdi yaşayış evinin tikililəri biri birinə bağlı şəkildə oluğunu nəzərə alaraq, həmin fərdi yaşayış evinin 33 kv.metr hissəsinin sökülməsi (yaşayış evinə ziyan dəymədən) texniki cəhətdən mümkün deyildir. Mübahisə obyekti olan torpaq sahəsinin 33 kv.metr olduğu, həmçinin oxşar ərazidə 1 sot (100 kv.metr) torpaq sahəsinin bazar qiymətinin 5800 manat olması, 33 kv.metr tikintinin söküləcəyi təqdirdə iddiaçıya daha böyük məbləğdə (192000 manat) zərərin dəyəcəyi nəzərə alınarsa, iddiaçı tərəfindən təklif edilən məbləğin (7000 manat) ağlabatan olması şübhə doğurmur. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus dəyəri 192000 manat olan yaşayış evinə ziyan dəymədən evin 33 kv.metr hissəsinin sökülməsinin texniki cəhətdən mümkün olmaması hazırki tələbin əsaslı olmasına dəlalət edir. Cavabdehin tərəflər arasındakı mübahisənin həll edilməsi üçün iddiaçıdan 70000 manat pul tələb etməsi isə məhkəmənin qənaətinə görə hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh mülkiyyətində olan torpaq sahəsində yerləşən İddiaçı məxsus yaşayış evinin icra vərəqəsinə əsasən sökülməli olan 0,0033 ha (33 kvadratmetr) hissəsinin əvəzinə 7000 manat kompensasiya ödəməklə iddiaçının mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh mülkiyyətində olan torpaq sahəsində yerləşən İddiaçı məxsus yaşayış evinin sökülməli olan 0,0033 ha (33 kvadratmetr) hissəsinin əvəzinə Cavabdeh 7000 manat kompensasiya ödənilməklə həmin ölçüdə torpaq sahəsi iddiaçının mülkiyyətinə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar