Məhkəmə qərarları › İş №e-2(012)-3864/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3864/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3864/2024 20.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pul tələbi barədə iddia ərizəsinə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 09 nömrəli mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında müqavilə üzrə öhdəliklərin icra edilməsi, Lənkəran şəhəri X1 2 ünvanında tikilmiş yeni çoxmərtəbəli binanın 3-cü mərtəbəsində üz tərəfi Xəzər dənizinə və yan tərəfi Lənkəran şəhər Dəmir Yolu stansiyasının önündəki dairə istiqamətində (layihə üzrə 2a saylı mənzil) olan 3 otaqlı, 80 kv.metr sahəsi (içdən-içə) olan müqavilənin 4.3-cü bəndinə əsasən tam təmirli mənzilin ona təhvil verilməsi (Təhvil-təslim zamanı 80 kv.metr sahədən az sahəli mənzil təhvil verildiyi halda, hər çatışmayan 1 kvadratmetr sahəyə görə 1000 manat məbləğində pul ödənilməsini), müqavilənin 4.6-cı bəndinə əsasən mənzilin ƏMDK yanında DƏDRX-nin Lənkəran Şəhər Ərazi İdarəsində öz adına rəsmiləşdirilməsi üçün lazımi qanuni hərəkətlərin edilməsi və zəruri xərclərin ödənilməsi, xx.xx.2023-cü il tarixdən hesablanmaqla qətnamənin icra olunduğu vaxtadək aylıq 400 manat müvəqqəti yaşayış üçün kompensasiyanın ödənilməsi, məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar bağlanılmış hüquqi yardımın göstərilməsi haqqında 263 nömrəli müqavilə üçün hesaba köçürdüyü 320 manat məbləğində pulun cavabdehdən alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia tələbindən görünür ki, o, Lənkəran şəhəri X1 2 ünvanında yerləşən daşınmaz əmlakla (mənzil) bağlıdır. İddiaçı iddia edir ki, müqavilə əsasında daşınmaz əmlakı əldə etmişdir, yəni mənzilin qanuni sahibidir. Cavabdeh MMC isə onun mənzilə dair hüquqlarını pozur. Göründüyü kimi, hazırki mülki işə müstəsna aidiyyət qaydaları tətbiq edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəmə sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2024-cü ildə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı hazırki mülki iş (e-2(012)-3864/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar