Məhkəmə qərarları › İş №e-2(012)-3890/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3890/2024

06.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3890/2024 06.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Zərbəliyeva Leyla Mürşüd qızının katibliyi, İddiaçı, Cavabdehin vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə barədə iddia qaldıraraq, onun və övladı X3 Cavabdeh məxsus ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı X8 ilə xx.xx.2010-cu ildə ailə qurmuşdur. Cavabdehlə ailə həyatı qurduqdan sonra onun anasına məxsus ünvan 1 ünvanında yaşamışlar. Onun cehiz və şəxsi əşyaları da həmin evə yığılmışdır. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X9 adlı uşaq dünyaya gəlmişdir. O, övladı ilə birlikdə qaynanası Cavabdehkram qızına məxsus olan ünvan 1 ünvanına qeydiyyata düşərək yaşamışlar. Bir neçə il yaşadıqdan sonra əri Elvinlə yola getmədiyi üçün 2022-ci ilin may ayında nikah rəsmi olaraq pozulmuşdur. Nikah pozulan müddətdən sonra Elvin alimenti ödəsə də, övladı və o, bəzi hallarda yaşlı nənəsinin, bəzi hallarda isə keçmiş qaynanası Cavabdeh məxsus evdə yaşamışdır. Lakin son aylarda o və övladı əsas yaşayış yeri olan mübahisəli evə gedə bilmirlər. Buna səbəb qaynanasının onları evə buraxmamasıdır. Bir müddət sonra, Elvin və anası ona məxsus olan əşyaların evdən çıxarılmasını və evin boşaldılmasını tələb etmişlər. Bununla bağlı dəfələrlə bildirmişdir ki, onun evdə olan əşyaları çıxarmağa və başqa yerdə yaşamağa heç bir imkanı yoxdur. Daha sonra, ünvan 1 ünvanında qeydiyyatda olduğu üçün qızı ilə birlikdə oraya yenidən dönərək həmin evdə yaşamaq istədiyini bildirmiş, lakin cavabdeh onu mənzilə buraxmamışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan MH ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 30 saylı binanın 2 saylı mənzili xx.xx.2006-cı il tarixdən Cavabdeh adına qeydə alınmışdır. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Quliyeva X5 şəhəri, H.Z.Tağıyev küçəsi, bina 30, mənzil 2 ünvanında qeydiyyatdadır. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-560/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə X8 arasında 24 sentyabr 2010-cu il tarixdə Nizami Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmuş, boşanmadan sonra Zəhra adlı uşağın anasının yanında qalması və onun saxlanılması üçün X2 İddiaçı xeyrinə hər ay 200 manat sabit məbləğdə alimentin tutulması qət edilmişdir. İşdə olan 289 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh və X1 rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 30 saylı binanın 2 saylı mənzilində qeydiyyatdadırlar. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2917/2024 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı məxsus cehiz əmlakların Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 30 saylı binanın 2 saylı mənzilindən (Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsi 30 saylı binanın 2 saylı mənzili) çıxarılması qət olunmuşdur. İşin hallarından müəyyən olunur ki, cavabdehin oğlu Elvin Quliyevlə İddiaçı xx.xx.2010-cu ildə rəsmi nikaha girmiş, həmin nikahdan onların Zəhra adlı uşaqları anadan olmuşdur. Nikahdan sonra iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 30 saylı binanın 2 saylı mənzilinə köçmüş, cehiz əmlaklarını burada yerləşdirmişdir. Onların nikahları isə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-560/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı boşanmadan sonra valideynlərinin yanında yaşamağa başlamış, lakin ona məxsus əşyalar mübahisəli mənzildə qalmışdır. Buna görə də Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2917/2024 saylı qətnaməsi ilə İddiaçı məxsus cehiz əmlakların Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 30 saylı binanın 2 saylı mənzilindən (Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsi 30 saylı binanın 2 saylı mənzili) çıxarılması qət olunmuşdur. Hazırda İddiaçı Cavabdeh qarşı evə köçürülmə barədə iddia qaldıraraq, onun və övladı X3 cavabdehə məxsus ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli mənzil xx.xx.2006-cı il tarixli reyestrdən çıxarışa əsasən cavabdehin adına qeydə alınmışdır. Tərəflər arasında mübahisəli əmlakla bağlı münasibətlər 2010-cu ildə yarandığından (iddiaçının cavabdehin oğlu ilə nikaha girdiyi il) məhkəmə hesab edir ki, bu mübahisəyə hazırki Mənzil Məcəllənin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşdən görünür ki, İddiaçı artıq xx.xx.2022-ci ildən mübahisəli mənzilin mülkiyyətçisi olan Cavabdeh ailə üzvü deyildir, yəni onun yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə məhkəmə qərarına əsasən 2022-ci ilin mart ayından xitam verilmişdir. Belə olan halda isə İddiaçı mübahisəli mənzilə köçürülməsi barədə tələbi təmin edilə bilməz və bu tələbin təmin edilməsi məhkəmənin qənaətinə görə Cavabdeh mülkiyyət hüquqlarının pozulması ilə nəticələnər. Bu baxımdan məhkəmə İddiaçı hazırki iddiasının əsassız olması qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan Hüquqlarının və X4 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı onun uşağı ilə birlikdə yaşayış sahəsinə köçürülmələri barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırki qanunvericiliyə görə mənzilin mülkiyyətçisinin iddiaçının oraya pasport qeydiyyatına alınmasına razılıq verməsi onların ailə münasibətlərinə xitam verildikdən sonra istifadə hüququnun tanınmasına əsas hesab edilmir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 2022-ci ildən başqa mənzildə uşağı ilə birlikdə yaşayır, yəni o, minimal yaşayış sahəsi ilə təmin edilmişdir. Bu baxımdan məhkəmə iddiaçıya mübahisəli mənzildən müvəqqəti istifadə hüququnun tanınmasına da zərurət görmür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Hüquq yardım üçün ödənilmiş xərcin əvəzi kimi 150 manat pul vəsaiti İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar