Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3907/2023 24.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx"KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx"KB ASC-nin Cavabdeh,3-cü şəxs Abşeron rayon İcra Hakimiyyətinə qarşı “fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 8-də yerləşən 0.0225 ha torpaq sahəsindən və üzərində olan 16A saylı fərdi yaşayış evindən Cavabdeh və onun ailə üzvlərinin çıxarılmaqla, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi xahiş etmişdir. İddiaçı "xxxx"KB ASC- nin nümayəndəsi X2 məhkəmədə iddia tələbini onunla əsaslandırdı ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 8-də yerləşən 0.0225 ha torpaq sahəsinin üzərində olan 16A saylı fərdi yaşayış evini almışdır. Bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli çıxarışla iddiaçı"xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Azərbaycan Respublikası “İpoteka” haqqında Qanunun 59.3-cü maddəsinə əsasən, “ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 (bir) ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Qeyd olunduğu kimi, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 8-də yerləşən 0.0225 ha torpaq sahəsinin üzərində olan 16A saylı fərdi yaşayış evi kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. Qeyd olunan fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə orada faktiki yaşayan keçmiş mülkiyyətçi Cavabdeh arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə Cavabdeh həmin fərdi yaşayış evinə heç bir hüququ yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçi Cavabdeh və onun ailə üzvlərinin Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 8-də yerləşən 0.0225 ha torpaq sahəsinin üzərində olan 16A saylı evdən istifadə etməsi və orada yaşamaları qeyri-qanunidir. Hal-hazırda Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 8-də yerləşən 0.0225 ha torpaq sahəsinin üzərində olan 16A saylı evin mülkiyyətçisi "xxxx" KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Ona görə də iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş,lakin məhkəmənin hazırlıq iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, yaxını tərəfindən bankdan götürülüş kredit üzrə zamin olmuş və evini ipotekaya qoymuşdur. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə 3-cü şəxs Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası MPM-in 185.56-cı maddəsinə əsasən məhkəmə işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən görünür ki, 0,0225 ha torpaq sahəsi üzərinə tikilən ümumi sahəsi 156,4 kv.m olan ünvan 1 ünvanlı fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2020-ci il tarixdə "xxxx"KB ASC-nin mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 55/08 nömrəli protokoldan görünür ki, ipoteka saxlayan "xxxx"KB ASC ipoteka predmeti olan Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 8-də yerləşən 0.0225 ha torpaq sahəsinin üzərində olan 16A saylı fərdi yaşayış evini 45900 manat əldə etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı təşkilatın nümayəndəsini dinləyib, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki,iddia tələbi qismən təmin edilməlidir. Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 8-də yerləşən 0.0225 ha torpaq sahəsinin üzərində olan 16A saylı fərdi yaşayış evi "xxxx"KB ASC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İddiaçı "xxxx"KB ASC iddia tələbində ailə üzvlərinin mübahisəli fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması tələbini qoysada,ailə üzvləri barədə heç bir mötəbər sübut və orada kimlərin yaşaması barədə arayış iş materiallarına əlavə etməmişdir.İddia tələbi bu hissədə mücərrəd formada olduğundan məhkəmə təmin olunmasını mümkün hesab etmir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən işə məhkəmədə baxılması üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx"KB ASC-nin mülkiyyətində Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 8-də yerləşən 0.0225 ha torpaq sahəsinin üzərində olan 16A saylı fərdi yaşayış evindən Cavabdeh çıxarılmaqla, həmin fərdi yaşayış evi və torpaq sahəsi boşaldılsın və ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı "xxxx"KB ASC-nin xeyrinə Cavabdeh tutulsun. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-3907/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3907/2023
24.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver