Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3959/2022 25.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiаçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiаçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə 25 oktyabr 2022ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiаçı "xxxx" ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 6543.67 manat borc və ödənilmiş 85.83 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “Elektron Məhkəmə” sistemindən e-2(012)-3959/2022 saylı iş üzrə çıxarılmış şəxsi məlumatlardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, yəni hələ hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilənədək vəfat etmişdir. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, cavabdeh X3 xx.xx.2016-cı il tarixdə, yəni iddia ərizəsi məhkəməyə verilənədək vəfat etdiyindən iddia tələbi baxılmamış saxlanılmalı, iddiaçıya cavabdehin vərəsələrinə qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olmuşdur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə portaldan çıxarışda, şəxsin məlumatları bölməsində müvafiq qeyd var. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0-cı və 259.0.12-ci maddələrinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbi məhkəməyə daxil olmamışdan əvvəl vəfat etdiyi üçün iddia tələbi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254, 260, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dаir iddiası baxılmamış saxlanılsın. İddiaçıya cavabdehin vərəsələrinə qarşı iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Qərardad elan edildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-3959/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3959/2022
25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver