Məhkəmə qərarları › İş №e-2(012)-3984/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3984/2022

01.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3984/2022 01.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair mülki işə 01 noyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzbati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evə istifadə hüquqlarının tanınmasına və ora köçürülmələrinə dair müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Muradov Ağaxan Ağahüseyn oğlu ilə 12 sentyabr 2008-ci il tarixdə Bakı şəhəri Sabuçu rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikaha sentyabr ayında girsələr də, toyları həmin ilin mart ayında olmuşdur. Toydan sonra özünə məxsus cehiz əşyalarını da özü ilə gətirməklə cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən evə gəlin gəlmişdir. Ora gəlin gələrkən ev qaynatası Ağahüseyn Muradova məxsus olmuş, təxminən 2018-ci ildə o öldükdən sonra ev vərəsəlik qaydasında cavabdehin adına keçmişdir. Həmin nikahdan iki uşaqları doğulmuşdur. Sabunçu rayon məhkəsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsində saxlanılmış və onların saxlanılması üçün onun xeyrinə aliment kəsilmişdır. Nikah pozulduqdan sonra keçmiş əri və qaynanası onu və uşaqlarını evdə sıxışdırmağa başlamışdılar. Qaynatası evdə olmadığı müddətdə cavabdeh onlara qazdan, sudan və işıqdan istifadə etməyi qadağan edirdi. Hətta ərzağa belə toxunmağa qoymurdu. Yalnız qaynatası evdə olduğu müddətdə cavabdeh onlara toxunmurdu, rahat yeyib içməyə imkan verirdi. Bu səbəblərdən iddiaçı tez-tez öz valideynlərinin yanına getməli olurdu. Geriyə, yaşadığı həmin mübahisəli evə qayıtdıqda isə cavabdeh onları evə çox çətinliklə, istəmədən, keçmiş qaynatamın təkid etməsindən sora buraxırdı. Qaynatası öldükdən sonra isə onu uşaqları ilə qovub evdən çıxarmışdı. Bütün cəhdlərimə, cehiz əşyalarının, digər özünə və uşaqlarına məxsus əşyaların mübahisəli evdə olmasına baxmayaraq cavabdeh onu və uşaqlarını gəlin gəldiyi və yaşayış yeri kimi istifadə etdiyi evə buraxmaqdan imtina edir. Uşaqları çox çətinliklə böyütdüyünə və tamamilə maddi imkanları olmadığına görə yaşayış yeri məsələsini indiyədək həll edə bilməmişdir. Nikah pozularkən uşaqların saxlanılması üçün hər uşağa görə 108 manat sabit pul məbləğində aliment tutulması qət edilsə də, Muradov Ağaxan Ağahüseyn oğlu indiyədək ümumiyyətlə cəmi bir ayın alimentini ödəmişdir. İcra məmurlarının səriştəsizliyi səbəbindən o, Türkiyəyə getmiş və qayıtmaq fikri yoxdur. Onun ödəməli olduğu aliment borcu 19000 (on doqquz min) manatı keçmişdir. İcraçılar onun Azarbaycanda olmadığını səbəb gətirərək icra vərərqəsini iğra etməkdə aciz olduqlarını deyirlər. Uşaqların saxlanılması üçün aliment almamağı, bütün əşyalarının yerləşdiyi yaşayış yerinə buraxılmamağı onu daha da pis duruma salır. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddia ərizəsinə verilən etirazı müdafiə edərək bildirmişdir ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(008)-986/2015 saylı qətnaməsinə əsasən Muradov Ağaxan Ağahüseyn oğlu ilə iddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli nikah pozulmuşdur. Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ 228416 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Muradov Ağaxan Ağahüseyn oğlunun iddiaçı ilə olan nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 363 nömrə ilə qeyd edilmişdir İddiaçı ilə Muradov Ağaxan Ağahüseyn oğlu arasında nikah münasibətləri pozulduqdan sonra iddiaçı uşaqlarla birlikdə atasına məxsus evə köçərək orada yaşamağa başlamışdır və hazırda da orada yaşayır. İddiaçının nikahın pozulmasından 7 il sonra mənzilə köçürülmə tələbi ilə müraciət etməsinə səbəb isə cavabdehin oğlu Muradov Ağaxan Ağahüseyn oğlu tərəfindən aliment borcunun ödənilməməsi olmuşdur. Belə ki iddiaçı bu iddianı qaldıraraq cavabdehə təzyiq göstənb oğlu tərəfindən aliment borcunun ödənilməsinə nail olmağa çalışır. Məlumat üçün bildirim ki, Muradov Ağaxan Ağahüseyn oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir xx.xx.2021-ci il tarixədək cəzasını 2 saylı Cəzaçəkmə Müəssisəsində çəkmişdir. Bu səbəbdən də Muradov Ağaxan Ağahüseyn oğlu tərəfindən aliment borcu ödənilməmiş və aliment borcu yığılaraq 22.000 manat olmuşdur. Lakin iddiaçı Muradov Ağaxan Ağahüseyn oğlunun cəzaçəkmə müəssisəsindən çıxmasını bilən kimi icra şöbəsinə şikayət edərək yığılmış aliment borcunun tam olaraq ödənilməsi üçün tədbir görülməsini istəmişdir. Bununla da aydın olur ki, hazırda iddiaçının Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, İ.Dadaşov küçəsi, 153 saylı evə köçürülməsinə ehtiyac yoxdur. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, İ.Dadaşov küçəsi, 153 saylı evə Muradov Ağahüseyn Ağaxan oğlu tərəfindən 2003-cü il tarixdə xüsusi mülkiyyət hüququ əldə edilmişdir. Muradov Ağahüseyn Ağaxan oğlunun vəfatından sonra vərəsəlik yolu ilə uşaqlarına keçmiş paylar daha sonra Cavabdeh bağışlanmışdır. İddiaçı ilə cavabdeh arasında mənzillə bağlı münasibətlər 2008-ci il tarixdən yarandığından bu münasibətlərdən yaranan mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. İddiaçı ilə cavabdeh arasında yazılı bağlanan və notarial qaydada təsdiqlənən razılaşma mövcud olmadığından iddia əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Doğum haqqında şəhadtənamələrin surətlərindən görünür ki, Muradov Ağaxan Ağahüseyn oğlu ilə X5 birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X9 və və xx.xx.2012ci il təvəllüdlü X6 doğulmuşdur. Sabunçu rayon Məhkəməsinin 2(008)-986/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Muradov Ağaxan Ağahüseyn oğlu ilə X11 arasında bağlanmış 12 sentyabr 2008-ci il tarixli nikah pozulmuş, tərəflərin rəsmi nikahlarından anadan olmuş 16 dekabr 2008-ci il təvəllüdlü X9 və 05 fevral 2012-ci il təvəllüdlü X6 cavabdeh X5 himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı Muradov Ağaxan Ağahüseyn oğlundan cavabdeh X5 xeyrinə 06 fevral 2015-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 108 manat sabit pui məbləğində, ümumilikdə 216 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Muradov Ağaxan Ağahüseyn oğlu ilə X11 arasında olan nikah xx.xx.2015-ci il tarixdə ləğv edilmişdir, X7 Salamova soyadı verilmişdir. xx.xx.2019-cü il tarixli X13 Müqaviləsindən görünür ki, X3 və X1 və Muradov Ağaxan Ağahüseyn oğlu Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisinin xüsusi notariusu Əhmədli B,M. tərəfindən verilmiş 02 iyul 2019-cu il il tarixli 2V-1039 №-li reyestr nömrələri ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras paylarını Cavabdeh Dada qızına bağışlamışlar. xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, Muradov Ağaxan Ağahüseyn oğlu ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 140.8 kv.m olan fərdi yaşayış evini Cavabdeh Dada qızına bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********30-10301 reyestr nömrəli texniki pasportun surətindən müəyyən olunur ki, ünvan 2 ünvanı Cavabdeh mülkiyyətindədir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı Cavabdeh ilə 12 sentyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 16 dekabr 2008-ci il təvəllüdlü X9 və 05 fevral 2012-ci il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Sabunçu rayon Məhkəməsinin 2(008)-986/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, tərəflərin rəsmi nikahlarından anadan olmuş 16 dekabr 2008-ci il təvəllüdlü X9 və 05 fevral 2012-ci il təvəllüdlü X6 cavabdeh X5 himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı Muradov Ağaxan Ağahüseyn oğlundan cavabdeh X5 xeyrinə 06 fevral 2015-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 108 manat sabit pui məbləğində, ümumilikdə 216 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.Ailə münasibətləri pozulandan sonra iddiaçı azyaşlı uşaqları ilə birlikdə mübahisəli evi tərk edib, valideynlərinin evində yaşayır.İddiaçı mübahisəli mənzilə 2008-ci ildə ailə qurduqdan sonra gəlmişdir. Həmin vaxt mənzilin mülkiyyətçisi Muradov Ağaxan Ağahüseyn oğlu olmuşdur.Hazırda isə evin müəlkiyyətçisi cavabdehdir. İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evə istifadə hüquqlarının tanınmasına və ora köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçı ilə arasında yazılı bağlanan və notarial qaydada təsdiqlənən razılaşma mövcud olmadığından iddia əsassız olduğunu bildirərək iddianın rədd edilməsini xahiş etmişdir.İş materuiallarından göründüyü kimi mübahisəli evdən iddiaçının istifadəsi ilə bağlı saziş bağlanmamışdır.Bu barədə sübut mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə və 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Tərəflərin izahatından və tədqiq edilmiş sübutlardan təsdiq olunur ki, iddiaçı ilə cavabdehin oğlu arasında ailə hüquq münasibətləri xx.xx.2008-ci ildə yaranmış və xx.xx.2015-ci il tarixində ləğv edilmişdir. Qanunvericiliyin aşağıda qeyd olunan normaları iddia tələbinə münasibətdə aşağıdakı kimi tədbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1. maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5. maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evdən istifadə hüququ olmadığından, azyaşlı uşaqlar isə iddiaçının himayəsində olduqlarından iddia tələbi əsassızıdır və təmin edilməməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında dövlət rüsumunun ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı evə istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar