Məhkəmə qərarları › İş №e-2(012)-3991/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3991/2022

27.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3991/2022 27.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, ”Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 4 saylı Abşeron Ərazi İdarəsi, Cavabdeh8 qarşı torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi, reyestrdən çıxarışların və torpaq sahəsinin plan və ölçülərin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, ”Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 4 saylı Abşeron Ərazi İdarəsi, Cavabdeh8 qarşı torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi, reyestrdən çıxarışların və torpaq sahəsinin plan və ölçülərin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq, cavabdehlər ilə aralarında olan mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi ilə bağlı qarşılıqlı razılıq əldə edildiyindən mülki işi baxılmamış saxlanılması, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər mülki iş üzrə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, göstərilən tarixdə məhkəmə iclasına heç bir üzürlü səbəb göstərmədən gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, ”Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 4 saylı Abşeron Ərazi İdarəsi, Cavabdeh8 qarşı torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi, reyestrdən çıxarışların və torpaq sahəsinin plan və ölçülərin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçının ərizəsinə əsasən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı nümayəndəsi X1 ərizəsi təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, ”Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 4 saylı Abşeron Ərazi İdarəsi, Cavabdeh8 qarşı torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi, reyestrdən çıxarışların və torpaq sahəsinin plan və ölçülərin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar