Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4010/2025 04.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Gürcüstan vətəndaşı, xx.xx.1994-cü il təvəllüdlü Takhmına Baıramovanın, xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018ci il təvəllüdlü X5 iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən DYP-nin üst hissəsi, İV məhəllə vulkan ərazisi adlanan ünvandan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X7 xx.xx.2003-cü il tarixdə cavabdeh Takmına Bairamova ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan 3 övladları: xx.xx.2013-ci il tarixdə X6, xx.xx.2015-ci il tarixdə X8 və xx.xx.2018-ci tarixdə isə X9 anadan olmuşdur. Oğlu cavabdehlə birgə nikahda olduğu dövrdə xasiyyətləri tutmamış, cavabdeh oğluna laqeyd münasibət bəsləmiş, aralarındakı münasibətlər kəskin şəkildə pisləşməyə doğru dəyişmiş və bu səbəbdən də birgə yaşamaqları mümkün olmadığından oğlu cavabdehə qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 618 saylı qeydə alınmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı X7 ilə cavabdeh Bairamova Takhmına arasında 1 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 618 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X5 anaları Bairamova Takhmınanın yanında qalmaları müəyyən edilmiş, xx.xx.2013-cü təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün X3 xx.xx.2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq cavabdeh Bairamova Takhmınaya ödənilməsi qət edilmişdir. Oğlu cavabdehlə birgə nikahda olduğu dövrdə 2017-ci il tarixdən, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 780 nömrəli Sərəncamı və Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 135 nömrəsi ilə təsdiq edilmiş, xx.xx.2011-ci il tarixli Qeyridövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında akta əsasən iddiaçının mülkiyyətinə verilmiş Abşeron Rayonu, Masazır qəsəbəsində yerləşən DYP-nin üst hissəsi, İV məhəllə vulkan ərazisi adlanan ünvanda iddiaçıya məxsus fərdi yaşayış evində yaşamış, lakin aralarındakı nikah pozulduqdan sonra iddiaçı cavabdehdən ona məxsus fərdi yaşayış evini boşaldaraq təhvil verilməsini tələb etməsinə baxmayaraq, cavabdeh buna məhəl qoymayaraq, yaşayış evini tərk etməkdən imtina etmiş, əksinə bu günədək kommunal xidmətlərindən istifadə edərək ödənişləri vaxtı-vaxtında ödəmədiyindən yüksək məbləğdə borc yaranmışdır və həmin borcun ödənilməsindən cavabdeh boyun qaçırır. Cavabdeh qanunsuz olaraq iddiaçının fərdi yaşayış evindən çıxmır, hazırki günə qədər də tələb edilməsinə baxmayaraq, gedəcək yerinin olmadığını bəhanə edərək evdən çıxmır. Halbuki əmlak iddiaçının mülkiyyətindədir. Cavabdeh faktiki olaraq iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxmalı və fərdi yaşayış evi tamamilə iddiaçıya təhvil verilməlidir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, mübahisəli evdə əvvəl çobanlar yaşamış, ferma işçiləri üçün istifadə olunmuş, daha sonra onları evdən çıxartmış, 2017-ci il tarixdə evi hədiyyə kimi yox, ailəsi ilə kirayədə yaşamamaları üçün oğlu Əli Bədəlova vermişdir. Özü 2010-cu ildən etibarən həmin evdə yaşamır. Bir dəfə evlə bağlı sənəd almaq üçün DƏDRX PHŞ-yə getmiş, başı qarışıq olduğuna görə əldə edə bilməmişdir. Bədəlov Fariz iddiaçının oğludur, qaz onun adınadır. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli mülkiyyətin sənədi var, əmlak həm yaşayış, həm də qeyri-yaşayış üçün nəzərdə tutulmuşdur. Ailə həyatı qurduqlarına görə iddiaçı oğluna evi yaşamağa vermiş, nikah pozulduqdan sonra tələb olunmasına baxmayaraq, cavabdeh nə mənzildən çıxır, nə də kommunal xidmətləri ödəyir. İddiaçının oğlu tərəfindən cavabdehə kifayət qədər aliment ödənilmiş, uşaqlara qayğı göstərilmişdir. İddiaçı oğlu ilə əvvəlki gəlini olan cavabdeh arasında olan problemlərinin əmlakdan kənar həll olunmasını istəyir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, o, iddiaçının oğlu ilə 2012-ci ildə ailə qurmuş, 2015-ci il tarixdən mübahisəli evdə yaşamışlar. Cavabdeh iddiaçının oğlu tərəfindən zorakılığa məruz qalmışdır, onun şərəf və ləyaqətini alçaltmaq üçün videosunu çəkmişlər, bununla bağlı polisə şikayət etmişdir, mühafizə orderi var. Aralarındakı nikah pozulduqdan sonra iddiaçının oğlundan aliment ala bilməmiş, hazırda da alimentin əvəzi olaraq 3 uşağı ilə birlikdə həmin evdə yaşayırlar. Birgə nikahdan anadan olmuş uşaqların 3-ü də Azərbaycan Respublikasının vətəndaşı olmaqla Kəlbəcər məktəbində oxuyurlar. Məktəb hazırki evə yaxındır. Artıq 10 ildir ki, bu evdə müvəqqəti qeydiyyatda olmuşdur. Evə köçəndə evin iddiaçıya məxsus olduğundan məlumatı olmuşdur. İddiaçı evi hədiyyə kimi vermişdir. Hazırda yaşadıqları ev əvvəllər ferma işçiləri üçün tikilmişdir. Bundan əlavə qeyd etmişdir ki, müvəqqəti qeydiyyata alındığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev, Şərifli küçəsi 84, 40 nömrəli mənzil qohumuna məxsusdur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 780 saylı sərəncamından görünür ki, vətəndaş İddiaçı Masazır kəndi ərazisində istifadəsində olan 0.40 ha torpaq sahəsində inşa etdirdiyi qeyri-yaşayış obyektinin istismara qəbul edilməsi, Abşeron rayon icra Hakimiyyəti Başçısı yanında inşası başa çatmış bina və qurğuların istismara qəbulu üzrə komissiyanın bu sərəncamdan irəli gələn vəzifələri həll etməsi, sərəncamın icrasına nəzarətin rayon icra hakimiyyəti aparatının memarlıq və tikinti şöbəsinin müdiri A.Əliyevə tapşırılması qərara alınmışdır. -Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidənqurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında xx.xx.2011-ci il tarixli, 135 saylı aktdan görünür ki, İddiaçı tərəfindən Masazır kəndi ünvanda inşası başa çatmış iki ədəd bir mərtəbəli fərdi yaşayış evi və qeyri-yaşayış obyektinin istismar üçün qəbul edilməsi qərara alınmışdır. -Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-200/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X7 ilə cavabdeh Baıramova Takhmına arasında 1 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 618 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X5 anaları Baıramova Takhmınanın yanında qalmalarının müəyyən edilməsi, xx.xx.2013-cü təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün X3 xx.xx.2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq cavabdeh Baıramova Takhmınaya ödənilməsi qət edilmişdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, gürcüstan vətəndaşı, xx.xx.1994-cü il təvəllüdlü Takhmına Baıramova sonuncu dəfə olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Şəxsin müvafiq yaşama icazələrinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, mübahisə predmeti olan ünvan 2i ünvanda yerləşən fərdi yaşayış evi iddiaçı tərəfindən tikilmiş və 2010-cu il tarixli aktla istismar üçün qəbul edilmiş, fərdi yaşayış evinə dair eskiz layihə tərtib olunmuş, bu hal həm iddiaçının, həm də cavabdehin izahatında öz əksini tapmışdır. Cavabdeh və iddiaçının oğlu X7 birgə nikaha daxil olmuş, birgə nikahdan 3 uşağı dünyaya gəlmiş, iddiaçının oğlu və gəlini (cavabdeh) birgə nikahdan olan uşaqları ilə birlikdə iddiaçının istifadəsində olan evdə yaşamışdır. Daha sonra Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-200/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçının oğlu və cavabdeh arasında nikah pozulmuş, iddiaçı tərəfindən keçmiş gəlini olan cavabdehə evdən çıxması tələb olunmasına baxmayaraq, cavabdeh evdən çıxmamış, hazırda da iddiaçının oğlu ilə birgə nikahdan anadan olmuş uşaqlarla birlikdə mübahisəli mənzildə yaşamağa davam etməkdədir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin: 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin: 2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər. 3-cü maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. 5-ci maddəsinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Mənzilə orada yaşayanların razılığı olmadan daxil olmağa qanunla nəzərdə tutulmuş hallarda və qaydada qəza vəziyyəti, təbii fəlakət, kütləvi iğtişaş zamanı və ya fövqəladə xarakterli digər şəraitdə yalnız vətəndaşların həyatı və (və ya) onların əmlakının xilas edilməsi, onların şəxsi təhlükəsizliyi və ya ictimai təhlükəsizliyin təmin edilməsi, habelə cinayət törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması, törədilməsində şübhə olmayan cinayət faktlarının qarşısının alınması və ya törədilmiş cinayətin, yaxud baş vermiş bədbəxt hadisənin şəraitinin müəyyənləşdirilməsi məqsədilə yol verilir. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. 9.2.2-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulları ilə həyata keçirilir. 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. İşdən görünür ki, cavabdeh uşaqları ilə birlikdə iddiaçıya məxsus olan fərdi yaşayış evində yaşayır və bu, iddiaçının qanunla qorunan hüquqlarını kobud şəkildə pozur. İddiaçı qanunla müəyyən edilmiş hüquqları və qanuni maraqları cavabdehin hərəkətləri nəticəsində pozulduğundan məhkəmə hesab edir ki, İddiaçı hazırki tələbi təmin edilməlidir. Belə ki, qüvvədə olan qanunvericiliyə görə iddiaçının mübahisəli fərdi yaşayış evinə dair mülkiyyətə qanuni gözləntisi mövcuddur ki, cavabdehin bu yaşayış sahəsində yaşaması buna maneçilik törədir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsasları kimi istinad etdiyi halları qanunla nəzərdə tutulmuş qaydada sübut edə bilmişdir. Həmçinin cavabdeh Takhmına Baıramovanın da həmin fərdi yaşayış evi və torpaq sahəsinə dair hər hansı hüququnun olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, cavabdeh Baıramova Takhmına yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2013-cü təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X9 ilə birlikdə iddiaçıya məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən DYP-nin üst hissəsi, İV məhəllə vulkan ərazisi adlanan ünvandan çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 101 manat dövlət rüsumu əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Baıramova Takhmına yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2013-cü təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X9 ilə birlikdə iddiaçıya məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən DYP-nin üst hissəsi, İV məhəllə vulkan ərazisi adlanan ünvandan çıxarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 101 (yüz bir) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh Takhmına Baıramovadan tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-4010/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4010/2025
04.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver