Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4015/2025 08.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Həsənova Elnurə Eynur qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X18rşı işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X18rşı işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X19 25 aprel 2025-ci il tarixli 18-1-20/3-1-432/2025 saylı əmrinin ləğv edilməsi, işə bərpa və işdən qanunsuz uzaqlaşdırıldığı müddət ərzində məcburi iş buraxmaya görə əməkhaqqının və ona dəymiş mənəvi ziyana görə 10.000 manat kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2014-cü ilin yanvar ayında X5 Qəbul İmtahanında iştirak edərək yüksək bal toplayaraq, həm baza, həm praktikadan keçərək, 2014-cü il fevralın 22-də X12 (2018-ci ildən Qobu Ailə Sağlamlıq Mərkəzi adlanır) işə düzəlmişdir. 11 il orada ailə həkimi - pediatr kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X19 X1 25 aprel 2025-ci il tarixli 18-1-20/3-1-432/2025 saylı əmrinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) və 72-ci maddəsinin “e” bəndinə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gəlməsi), 72-ci maddəcinin “e” bəndinə (iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai- təhlükəli əməllərə yol verilməsi) əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X19 qeyd edilən əmri qanunsuz və əsassızdır. Peşəsinə olan dərin sevgisi, məsuliyyətli yanaşması və daim öz üzərində çalışmaq meyli ilə seçilmişdir. Əmək fəaliyyəti dövründə heç bir intizam pozuntusuna, töhmətə və ya şikayətə məruz qalmamışdır. Həmişə məsuliyyətli, vicdanlı və peşəkar həkim kimi tanınmışdır. xx xxxxxxxx 1988-ci ildə Ermənistanın Amasiya rayonunun Yeniyol kəndində doğulmuşdur. Valideynləri və o Ermənistandan qaçqın düşmüşlər. Qaçqın statusları vardır. X6 1959-cu ildə Ermənistanın Amasiya rayonunda doğulmuş, 1988-ci ildə məlum hadisələrlə əlaqədar daimi yaşayış yerini tərk edərək, Bakı şəhərinə gələrək Suraxanı rayonunda məskunlaşmışdır. X3 1965-ci ildə Ermənistanın Amasiya rayonunda doğulmuş, 1988-ci ildə məlum hadisələrlə əlaqədar daimi yaşayış yerini tərk edərək, Bakı şəhərinə gələrək Suraxanı rayonunda məskunlaşmışdır. Dövlət Qaçqınkomun 15 avqust 2007-ci il tarixli qərarına əsasən atasına AB №032391 saylı Qaçqın vəsiqəsi, anasına AB№ 032398 saylı qaçqın vəsiqəsi, ona AB № 032391 saylı qaçqın vəsiqəsi verilmişdir. Ailələrində yeganə işləyən və ailəyə qazanc gətirən şəxs özüdür, ailəsinin bütün maddi və mənəvi yükü onun üzərindədir. 2013-cü ildə Tibb Universitetini bitirmişdir. 2013-cü ildə Birinci vitse prezident Mehriban xanım Əliyevanın qəbuluna yazılmışdır. Nərgiz xanım Paşayeva onu qəbul edib, sorğu-sual etdikdən sonra ona demişdir ki “sən bilikli qızsan, sənin işə düzəlməyinə göstəriş verirəm”. Nərgiz xanım Paşayevanın göstərişi ilə Səhiyyə Nazirliyinə imtahana getmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsinin müdiri K.Mehdiyeva 19 fevral 2014-cü il tarixli məktubla ona müraciət edərək, “Siz, həkimlərin mərkəzləşdirilmiş işə qəbulu ilə bağlı iddia etdiyiniz Abşeron rayon X17 ailə həkimi vakant vəzifəsinə test imtahanından və müsahibədən müvəffəqiyyətlə keçmisiniz. Bununla əlaqədar Siz 1 (bir) ştat vahidi ailə həkimi vəzifəsinə işə qəbul olunmaq üçün xx.xx.2014-cü il tarixədək müəssisəyə müraciət etməlisiniz” qeyd etmişdir. 18 mart 2024cü ildə Həkimlərin Sertifikasiyasından yüksək bal toplayıb keçmişdir. İşlədiyi 11 il ərzində ona nə xəbərdarlıq, nə töhmət verilmiş, barəsində Qobu Ailə Sağlamlıq Mərkəzinə narazılıq və vətəndaş şikayəti daxil olmamış, TƏBİB-in qaynar xəttinə bu günə qədər ondan heç bir şikayət daxil olmamışdır. 2024-cü ilin dekabr ayından Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor Səkinə Sadıxova təyin olunmuşdur. S.Sadıxova həmin vaxtdan indiyə qədər üç həkimi işdən azad etmiş, onlara öz ərizələrini yazıb işdən çıxmasalar, ağır maddələrlə işdən çıxaracağı barədə xəbərdarlıq etmiş və nəticədə 3 ailəni çətin vəziyyətdə qoymuşdur. 2024-cü ilin 31 oktyabrında Qobu Ailə Sağlamlıq Mərkəzində qeydiyyatda olan X11 “ev şəraitində xəstə olduğu” barədə 7 saylı Peşə Məktəbinə təqdim etməsi üçün tibbi arayış vermişdir. Həmin uşağa evlərində baş çəkib xəstəliyinə dair (kəskin bronxit) və immunitetin möhkəmlənməsi üçün müalicə yazmışdır. Əslində uşağın valideynlərinə Mərkəzə gəlib uşağın adını sistemə salmasını bildirmiş, lakin Zəhranın valideynləri səhlənkarlıq edib Mərkəzə gəlməmişlər. 25 may 2025-ci il tarixdə Zəhranın anası X8 ona ərizə ilə müraciət edərək, bir daha bunları təsdiq etmişdir. 2025-ci ilin martında 7 saylı Peşə Məktəbinin direktoru sorğu verərək, uşaqların adlarının sistemdə olub-olmadıqlanı xahiş etmişdir. Aprel ayında Abşeron Rayon Mərkəzi Xəstəxanasında 2 dəfə Tibbi Şura keçirilmişdir. Təklif olunmuşdur ki, “ya özün könüllü ərizə yaz, çıx işdən, ya da özümüz səni maddələrlə çıxaracağıq”. Aprelin 11-də onu Abşeron Rayon Mərkəzi Xəstəxanasına dəvət etmişlər. Həmkarlar İttifaqının sədri Lalə xanım ona əmri oxumuşdur. O etiraz etmiş, onların verdiyi sənədlərə imza etməmişdir. O, işdən çıxarılmasına etiraz etdiyi üçün direktorun göstərişi ilə Xəstəxananın 5 nəfər mühafizəçisi əlindən, qolundan tutmuş, paltarını yuxarı qaldırmış, sürüyərək onu bayıra çıxarmışlar. Onlar ona qarşı vicdansızcasına hərəkət edərək, şərəf və ləyaqətini alçaltmışlar. Həmin yerdə kamera da olmuşdur. Əgər kameraya baxış keçirilərsə, həmin hadisəni izləmək olar. O, 11 ilin həkimi, azəbaycanlı xanımı, nə vəziyyətə düşdüyünü təsəvvür etmək olmur, ağlayaraq, alçalmış, ləyaqəti alçaldılmış vəziyyətdə, evə gəlmiş, atası, anasına, gəlinlərinə, bacı-qardaşına bu barədə məlumat vermişdir. Hətta həmin gün özünə sui-qəsd etməyə cəhd edərkən valideynləri bunun qarşısını almışlar. Sonradan bir anlıq onun yoxluğuna valideynlərinin tab gətirə bilnıəyəcəklərini düşünüb, özündə güc taparaq, pozulmuş hüquqlarının bərpasına nail olmaq üçün sonuna qədər mübarizə aparmaq qərarına gəlmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X19 X1 25 aprel 2025-ci il tarixli 18-1-20/3-1-432/2025 saylı əmri ilə onun əmək müqaviləsinə xitam verilmişdir. Baxmayaraq ki ilk dəfə səhvə yol verdiyi üçün ona xəbərdarlıq edilə və ya töhmət verilə bilərdi. Hesab edir ki, əmək müqaviləsinə dərhal xitam verilməsi ona qarşı ədalətsizlikdir və bu, insan hüquqlarının, humanizm prinsiplərinin pozulmasına gətirib çıxarır. O, 25 aprel 2025-ci il tarixli 18-1-20/3-1-432/2025 saylı əmrə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) və 72-ci maddəsinin “e” bəndi (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gəlməsi) ilə qanunsuz əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı və mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmişdir. Bir Azərbaycan gənci kimi bu cür işdən azad olunması onun üçün dözülməzdir. Ona görə də cavabdehin qanunsuz əmri həkimlik həyatında malik olduğu nüfuza pis təsir etmiş, bu sarsıntılar onun və ailəsinin şəxsi səhhətinə olduqca mənfi təsir göstərmişdir. Bu hal mənfi psixoloji reaksiyaya səbəb olmuş, mütəmadi olaraq narahatçılıq hissləri keçirmiş və onunla yaşayan ailə üzvləri psixoloji təsirlərə düçar olmuş və bütün bu hadisələrə görə iztirab çəkərək psixoloji vəziyyəti kritik həddə çatmışdır. Hətta əmrin oxunduğu tarixdə o, evə gələrək özünə sui-qəsd etməyə cəhd etsə də, valideynləri bunun qarşısını alaraq, onu səbrli olmağı və işinə bərpa olunmağı üçün mübarizə aparmağını tövsiyə etmişlər. Ona görə də iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı, onun vəkil-nümayəndələri Nümayəndə2 və Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X19 nümayəndələri Nümayəndə3 və Nümayəndə1 iddia tələbini qəbul etmədilər. Məhkəmə proses iştirakçılarının izaһatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirdi ki, xəstə olduğu üçün 39 günlük arayış verilmiş, qızdırması qalxmış və boğazı ağrımışdır. Anası ilə birgə xəstəxanaya getmişdir. Vəziyyəti ağır olduğu üçün - qızdırması qalxdığından 2-3 gün sonra xəstəxanaya getmişdir. Arayışı verdikdən 10-15 gün sonra peşə məktəbinə yaxınlaşmışdır, çünki, təqaüdü kəsilmişdir. Ona bildirilmişdir ki, təqdim etdiyi arayış keçərli deyildir. İş materiallarında olan xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X24 işəgötürən və İddiaçı işçi olmaqla bağlanmış müqaviləyə əsasən, sonuncu Qobu qəsəbə xəstəxanasının ambulator şöbəsinə ailə həkmi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan “işdən azad olma haqqında” xx.xx.2025-ci il tarixli 18-1-20/3- 1-432/2025 №-li əmrin surətindən görünür ki, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X19 İlkin səhiyyə xidmətləri X23 Sağlamlıq Mərkəzinin ailə həkim-pediatrı İddiaçı ilə bağlanmış xx.xx.2014cü il tarixli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) bəndinə (72-ci maddəsinin “e” bəndinə əsaslanaraq əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi və ƏM-in 72-ci maddəsinin “e” bəndinə əsaslanaraq iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) əsasən xitam verilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, İddiaçı vəzifə saxtakarlığı etməsinə dair hissədə və İddiaçı özünə xəsarət yetirərək intihara cəhd etməsinə dair hissədə CM-nin 313 və 125-ci maddələrinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyi üçün toplanmış material üzrə cinayət işinin başlanması əməldə cinayət tərkibi olmadığından CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İddiaçı rəsmi sənədi saxtalaşdırmasına dair hissədə əməldə CM-nin 320-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün ayrılmış material Abşeron RPİ-yə göndərilmişdir. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Qobu qəsəbə xəstəxanasının ambulator şöbəsinə ailə həkmi vəzifəsi üzrə İddiaçı ilə xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X19 şöbə müdrinin “işdən azad olma haqqında” xx.xx.2025-ci il tarixli 18-1-20/3-1-432/2025 №-li əmri xx.xx.2025-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) bəndinə (72-ci maddəsinin “e” bəndinə əsaslanaraq əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi və ƏM-in 72-ci maddəsinin “e” bəndinə əsaslanaraq iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi) əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2 Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Maddə 84.1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu halların məcmusu məhkəməyə onu deməyə əsas verir ki, cavabdeh iddiaçının əməlində cinayət tərkibinin olmasına dair məhkəmənin hökmü olmadan, yəni onun yuxarıda göstərilən normada qeyd olunan hüquqpozmaları törətməsi sübuta yetirilmədən onu tutduğu vəzifədən azad etmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bundan başqa, cavabdeh mübahisələndirilən əmrdə işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini qeyd etsə də, məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə əmrin verilməsi üçün əsaslardan biri də peşə məktəbindən gələn məktubda göstərilib ki tələbə dərsdən yayınıb, arayışları müəssisə üzürlü saymamışdır. Halbuki, həmin araşdırmanın nəticələrinə görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən İddiaçı rəsmi sənədi saxtalaşdırmasına dair hissədə əməldə CM-nin 320-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün ayrılmış material Abşeron RPİ-yə göndərilmiş, lakin şəxs barəsində heç bir inzibati araşdırma aparılmamışdır. İddiaçının işdən azad edilməsi barədə əmrdə əsas kimi yalnız Dövlət Təhlükəsizlik Xidmətinin Abşeron rayon şöbəsindən rayon prokurorluğuna “Abşeron rayon mərkəzi xəstəxanası” X24i nəzdində Abşeron rayonu, Qobu qəsəbə Ailə-Sağlamlıq Mərkəzində pediatr-həkim vəzifəsində çalışmış İddiaçı müxtəlif məktəb və lisey şagirdlərinə saxta möhür əsasında tibbi arayışlar verməsi barədə material olmasını göstərilmişdir. Beləliklə, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmrin verilməsi üçün əsas olmuş yeganə hal öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən əmr ləğv edilməli və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə o, həmin əmrdən əvvəl işlədiyi vəzifəyə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsində təsbit olunmuşdur ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Bu normanı rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının işləmədiyi dövrlər üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bağlı tələbi əsaslıdır. Lakin yuxarıda təsvir olunanlara və aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 10.000 manat məbləğində mənəvi zərərin tutulması hissəsində sübuta yetmədiyi üçün təmin edilməməlidir. İddiaçı 10.000 manat məbləğində mənəvi zərərin tutulması ilə bağlı vermiş olduğu iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasıdır və mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə görə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin “Qeyd”inə əsasən bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Göründüyü kimi, iddiaçının iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində əsaslılığı iş materialları ilə və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Beləliklə, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X19 “işdən azad olma haqqında” 25 aprel 2025-ci il tarixli 18-1-20/3-1-432/2025 saylı əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X19 Abşeron rayonu, Qobu qəsəbə Ailə-Sağlamlıq Mərkəzində pediatr-həkim vəzifəsinə bərpa edilməli və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X24 tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X19 “Əmək müqaviləsinə xitam verilməsi haqqında” 25 aprel 2025-ci il tarixli 18-1-20/3-1-432/2025 saylı əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X19 Abşeron rayonu, Qobu qəsəbə Ailə-Sağlamlıq Mərkəzində pediatr-həkim vəzifəsinə bərpa edilsin. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X24 tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-4015/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4015/2025
08.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver