Məhkəmə qərarları › İş №e-2(012)-4079/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4079/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4079/2023 16.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı Cavabdehnə qarşı – müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbi barəsində iddiasına dair işə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı - müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Hasil MMC” ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 06 saylı müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməsi, ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 3-cü blokunun 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 66.52 kv.m olan, 1 otaqlı, 23 saylı mənzilin iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzilə olan alıcı, istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 3-cü blokunun 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 66.52 kv.m olan, 1 otalı, 23 saylı mənzildən iddiaçının istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması, iddiaçının mənzildən istifadə, mülkiyyət və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələr yaradılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, ərizə baxılmamış saxlanılır. İddia ərizəsinə əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 06 saylı müqavilənin 6.1-ci bəndində “tərəflər arasında meydana gələn fikir ayrılıqları və ya mübahisələr bir qayda olaraq danışıqlar vasitəsi ilə həll edilir” kimi qeyd olunmuşdur. Sözügedən müqavilənin 6.2-ci maddəsində tərəflər arasında meydana gələn fikir ayrılıqları və ya mübahisələrin həlli danışıqlar vasitəsi ilə mümkün olmayacağı təqdirdə müvafiq məhkəməyə müraciət etmək qaydası nəzərdə tutulmuşdur. Qeyd edilənlərdən aydın olur ki, hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı mövcud iddia ərizəsi ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydaya əməl etməmişdir. Eyni zamanda iddiaçı tərəfindən bu qaydanı tətbiq etmək imkanı da hələ itirilməmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 nömrəli xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndi ilə “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilərək, 5.1-ci bəndə əsasən 2-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPMin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsas mövcud olduğundan, ərizə baxılmamış saxlanılmalı, iddiaçıya ərizənin baxılmamış saxlanılmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdehnə qarşı - müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbi barəsində iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, ərizənin baxılmamış saxlanılmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə dövlət büdcəsinə (Abşeron Rayon Məhkəməsinin hesabına, qəbz nömrəsi: **********) ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar