Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4080/2023 14.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 130 saylı müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməsi, ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş binanın 3-cü blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 102,24 kv.m olan 2 otaqlı 45 saylı mənzilin ona təhvil verilməsi, onun həmin mənzilə olan alıcı, istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş binanın 3-cü blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 102,24 kv.m olan 2 otaqlı 45 saylı mənzilindən onun istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması, onun mənzildən istifadə mülkiyyət və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələrin yaradılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin icraatında iddiaçı X1 Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbi ilə bağlı e-2(012)-4076/2023 saylı mülki iş vardır. Həmin iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş və həmin tarixdə də icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə müxtəlif hakimlərdə olan mülki işlərin birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hər iki iş üzrə mübahisə predmetləri arasında bağlılıq olduğu üçün işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edir və qeyd edir ki, hazırki mülki iş daha əvvəl icraata götürülmüş e-2(012)-4076/2023 saylı mülki işlə birləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, maneələrin aradan qaldırılması tələbinə dair e-2(012)-4080/2023 saylı mülki iş iddiaçı X1 Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair e-2(012)-4076/2023 saylı mülki işlə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(012)-4080/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4080/2023
14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver