Məhkəmə qərarları › İş №e-2(012)-4084/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4084/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4084/2023 25.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət ilə onun arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 140 saylı müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməsi, ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 2-ci blokunun 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95.75 kv.m olan 2 otaqlı, 64 saylı mənzilin ona təhvil verilməsi, onun həmin mənzilə olan alıcı, istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 2-ci blokunun 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95.75 kv.m olan 2 otaqlı, 64 saylı mənzildən onun istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması, onun mənzildən istifadə, mülkiyyət və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələr yaradılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia ərizələrini müdafiə edərək təmin olunmasını və ərizə ilə müraciət edərək, mülki işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneələrin aradan qaldırılması tələbinə dair e-2(012)-4084/2023 saylı mülki iş iddiaçı X1 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, mənzilin təhvil verilməsi, mənzilə dair istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, yaranmış maneənin aradan qaldırılması tələbinə dair e-2(012)-4078/2023 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, hər iki mübahisədən görünür ki, onlar əlaqəlidir və bu mübahisələrin düzgün və obyektiv həll edilməsi üçün onların bir icraatda baxılması məqsədə müvafiqdir. e- 2(012)-4078/2023 saylı mülki işin məhkəmə icraatına daha əvvəl qəbul edildiyi üçün məhkəmə göstərilənlərə əsasən hazırki işin həmin e-2(012)-4078/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsi nəticəsinə gəlir. Mülki Prosessual Məcəllənin: 43.1. maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2. maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3 maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə mülki iş materiallarını tədqiq edib qanunvericiliyin tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçı X1 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, mənzilin təhvil verilməsi, mənzilə dair istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, yaranmış maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi Abşeron Rayon Məhkəməsinin icraatına xx.xx.2023-cü il tarixdə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi isə Abşeron Rayon Məhkəməsinin icraatına xx.xx.2023-cü il tarixdə qəbul edildiyindən, yəni iddiaçı X2 iddia ərizəsi digər mülki iş üzrə İddiaçı iddia ərizəsindən daha əvvəl Abşeron rayon Məhkəməsinin icraatına qəbul edildiyindən, hər iki mülki işdə iddia tələbi üzrə eyni cavabdehə qarşı tələb ilə çıxış edən tərəflər eyni olduğundan Abşeron Rayon Məhkəməsinin icraatında olan e-2(012)-4084/2023 saylı mülki iş Abşeron rayon Məhkəməsinin icraatında olan e-2(012)-4078/2023 saylı mülki işə birləşdirilməlidir. Qeyd olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 263, 264 və 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneələrin aradan qaldırılması tələbinə dair e-2(012)-4084/2023 saylı mülki iş iddiaçı X1 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, mənzilin təhvil verilməsi, mənzilə dair istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, yaranmış maneənin aradan qaldırılması tələbinə dair e-2(012)-4078/2023 saylı mülki işə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar