Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-410/2024 16.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqaviləyə xitam edilməsi və avtomobilin geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqaviləyə xitam edilməsi və avtomobilin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, avtomobilin müddətli satışı üzrə 09 oktyabr 2019-cü il tarixli K-238-A-199-PCC-19 saylı müqaviləyə xitam verilməsi, Ravon R3 minik markalı **-PB-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin və ödənilmiş 101 (yüz bir) manat dövlət rüsümunun əvəzinin Cavabdeh alınaraq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 09 oktyabr 2019-cu il tarixli K-238-A-199- A-PCC-19 saylı müqaviləyə əsasən Cavabdeh İddiaçındən Ravon R3 minik markalı **-PB- *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini almışdır. Tərəflər arasında olan razılaşmaya əsasən nəqliyyat vasitəsinin satış dəyəri 24485,46 (iyirmi dörd min dörd yüz səksən beş manat qırx altı qəpik) manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğdən cavabdeh ilkin olaraq 4680 (dörd min altı yüz səksən) manat ödəmişdir. Cavabdeh 19805,46 (on doquz min səkkiz yüz beş manat qırx altı qəpik ) manat məbləğində pulun hissə-hissə olmaqla 48 (qırx səkkiz ) ay müddətinə ayda 412 (dörd yüz on iki) manat ödənilməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini əvvəllər vaxtında icra etsə də, xx.xx.2023-cü il tarixdə sonuncu dəfə 500 (beş yüz) manat ödəniş etmişdir. Dəfələrlə cavabdehdən müqavilə üzrə öhdəliklərini icra etməsi ya da avtomobili qaytarması tələb edilsə də, o, nə öhdəliklərini icra etməmiş, nə də avtomobili Cəmiyyətə geri qaytarmamışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək, ona oxşar məzmunda izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Cavabdeh ilə İddiaçı arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli K-238-A-199- A-PCC-19 saylı müqavilədən görünür ki, o, Cəmiyyətdən Ravon R3 minik markalı **-PB- *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini almışdır. Tərəflər arasında olan razılaşmaya əsasən nəqliyyat vasitəsinin satış dəyəri 24485,46 (iyirmi dörd min dörd yüz səksən beş manat qırx altı qəpik) manat məbləğində müəyyən edilmiş, həmin məbləğdən cavabdeh ilkin olaraq 4680 (dörd min altı yüz səksən) manat ödəmişdir. -09 oktyabr 2019-cu il tarixli K-238-A-199-A-PCC-19 saylı müqaviləyə edilmiş əlavədən görünür ki, Cavabdeh 19805,46 (on doquz min səkkiz yüz beş manat qırx altı qəpik ) manat məbləğində pulun hissə-hissə olmaqla 48 (qırx səkkiz ) ay müddətinə ayda 412 (dörd yüz on iki) manat ödənilməsi barədə Cəmiyyət qarşısında öhdəlik götürmüşdür. -09 oktyabr 2019-cu il tarixli əhvil-təslim aktının surətindən görünür ki, 09 oktyabr 2019-cu il tarixli K-238-A-199-A-PCC-19 saylı müqaviləyə əsasən Ravon R3 minik markalı **-PB-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. -xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı 09 oktyabr 2019-cu il tarixli K-238-A-199-A-PCC-19 saylı müqavilə üzrə öhdəliklər barədə Cavabdeh məlumat vermişdir. -Nəqliyyat vasitəsinin AD 588573 saylı xx.xx.2019-cu il tarixli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Ravon R3 minik markalı **-PB-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi İddiaçınə məxsusdur. -xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli K-238A-199-A-PPC-19 saylı müqaviləyə əsasən Cavabdeh tərəfindən ilkin ödəniş də daxil olmaqla İddiaçı MMC-yə cəmi 15730 (on beş min yeddi yüz otuz) manat məbləğində pul ödənilmişdir. Müqavilənin 02 saylı əlavəsi ilə nəzərdə tutulmuş ödəniş qrafıkinə əsasən 27 oktyabr 2023-cü il tarixinə Cavabdeh borcu 8755,46 (səkkzi min yeddi yüz əlli beş manat qırx altı qəpik) manat təşkil edir. Sonuncu dəfə Cavabdeh xx.xx.2023-cü il tarixdə 500 (beş yüz) manat Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarına istinad etməyi zəruri sayır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.1.5 maddəsinə əsasən, müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 157.2. maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1 maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 442 maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567 maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 1091.1. maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[755] 1091.2. maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı tərəfin təqdim etdiyi sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, sözügedən mübahisəli avtomobil tərəflərin razılığı ilə müqavilə əsasında alqı-satqı predmeti olmuş və verilən müvafiq pul müqabilində alqı-satqı qanunamüvafiq qaydada rəsmiləşdirilərək həyata keçirilmişdir. Başqa sözlə, alqı-satqı müqaviləsi tərəflərin iradə ifadəsi əsasında qanunun tələbləri nəzərə alınmaqla bağlanmış və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində razılaşmaqla müqavilə bağlanmış hesab olunmuşdur. İşdən görünüdüyü kimi, 09 oktyabr 2019-cu il tarixli K-238-A-199-A-PCC-19 saylı müqaviləyə əsasən Cavabdeh İddiaçındən Ravon R3 minik markalı **-PB-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini almış, tərəflər arasında olan razılaşmaya əsasən nəqliyyat vasitəsinin satış dəyəri 24485,46 (iyirmi dörd min dörd yüz səksən beş manat qırx altı qəpik) manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğdən cavabdeh ilkin olaraq 4680 (dörd min altı yüz səksən) manat ödəmiş, 19805,46 (on doquz min səkkiz yüz beş manat qırx altı qəpik ) manat məbləğində pulun hissə-hissə olmaqla 48 (qırx səkkiz ) ay müddətinə ayda 412 (dörd yüz on iki) manat ödənilməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini əvvəllər vaxtında icra etsə də, xx.xx.2023-cü il tarixdə sonuncu dəfə 500 (beş yüz) manat ödəniş etmişdir. İddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, cavabdehin müqavilə üzrə hazırda borcu 8755,46 (səkkzi min yeddi yüz əlli beş manat qırx altı qəpik) manat təşkil edir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyinə görə, iddiaçının həmin müqaviləni ləğv etmək və müqavilə predmetini geri almaq hüququ yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilə şərtləri iddiaçı tərəfindən deyil, cavabdeh tərəfindən pozulmamış, dövri ödənişlər onun tərəfindən vaxtında icra edilməmişdir. Göründüyü kimi, Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirmədiyi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından məhkəmə iddiaçının avtomobilin müddətli satışı üzrə müqavilənin ləğv edilməsi və avtomobilin geri qaytarılmasını əsaslı hesab edib iddia tələbinin həmin hissədə qismən təmin edilməsi qərarına gəlir. Belə ki, məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər (Mülki Məcəllənin 421.1.,421.2.,422.2.-ci maddələri.). Məhkəmə iddia ərizəsində müqaviləyə xitam verilməsi ifadəsinə görə iddianın qismən təmin edilməsini daha məqsədə müvafiq hesab edir. Müqavilə ləğv edildiyindən onun predmeti olan avtomobil Cəmiyyətin mülkiyyətində olduğundan həmin daşınar əmlak da cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Belə ki, bu əmlkaın cavabdehin istifadəsinə verilməsi üçün yeganə qanuni əsas tərəflər arasında imzalanmış müqavilədir. Müqavilə ləğv edildikdən sonra bu avtomobilin cavabdehdə qalması onun əsassız varlanması mənasına gəlir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Hazırki işdən görünür ki, Cəmiyyət istinad etdiyi dəlillərin mötəbərliliyini məhkəmə iclasında sübuta yetirə bilmişdir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli K-238-A-199- A-PCC-19 saylı müqavilə ləğv edilsin. Ravon R3 minik markalı **-PB-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçınə qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov