Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4226/2021 18.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi,, İddiaçının nümayəndəsi X7 iştirakı ilə İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı mənzilin boşaldılması tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh və qətnamənin icra olunduğu tarixdə icra məmuru tərəfindən ünvan 1-da aşkar edilmiş digər şəxslərin həmin evdən əşyaları ilə birlikdə çıxarılmalarına, ünvan 1-nın tam şəkildə boşaldılmasına və mülkiyyətçi İddiaçı BOKT ASC-yə təhvil verilməsinə, ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Abşeron rayon Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli 2(012)- 5579/2016 saylı qətnaməsi ilə X3 İddiaçı BOKT ASC-nin xeyrinə cəmi 30 974.05 ABŞ dolları pulun tutulması, tələbin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ilkin satış qiyməti 50 000 manat müəyyən olunlaqla açıq hərracdan satılması və satışdan əldə olunmuş pul hesabına borcun ödənilməsi qət edilmişdir. Abşeron rayon Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli 2(012)-5579/2016 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən, ipoteka predmetiaçıq hərracda satılması üçün “X2 Mərkəzi” MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən İddiaçı BOKT ASC-yə təklif edilmişdir. “X2 Mərkəzi” MMC ilə İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqısatqısı müqaviləsi” bağlanmış və hərracın nəticələri haqqında Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və hərracın nəticələri haqqında yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır (Seriya RX 1467167). Abşeron rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli 2(012)-1299/2019 saylı qətnaməsi ilə İddiaçı BOKT ASC-nin cavabdeh X6 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququna xitam verilmiş və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Cavabdeh X8 qeyd olunan qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 12 fevral 2020-ci il tarixli 2(105)-715/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh X8 qeyd olunan qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.07.2020-ci il tarixli 2(102)-3359/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmamışdır. Abşeron rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli 2(012)-1299/2019 saylı qətnaməsi indiyədək Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsinin icrası zamanı icra məmuru tərəfindən X4 ailə üzvləri Cavabdeh, X15, X12 və X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində faktiki olaraq yaşadığı müəyyən olunmuş və buna dair akt tərtib olunmuşdur. X8Abşeron rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli 2(012)-1299/2019 saylı qətnaməsində yalnız öz adının göstərilməsindən istifadə edərək hal-hazırda faktiki olaraq ünvan 1 ünvanında yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən çıxarılmasına mane olur. İpoteka predmeti olan əmlakın İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər hal-hazırda həmin ünvanda yaşayırlar. Bu isə bir mülkiyyətçi kimi İddiaçı BOKT ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görə də hazırki iddianın qaldırılması zərurəti yaranmışdır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı BOKT ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 128 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində 17.01.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: -Abşeron rayon Məhkəməsinin 31.10.2016-cı il tarixli, 2(012)-5579/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh X3 24711,95 ABŞ dolları əsas, 5610.10 ABŞ dolları faiz borcu. 652 ABŞ dolları cərimə borcu, cəmi 30974.05 ABŞ dulları (ödəniş günü iiçüıı Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin 25,20 manat hissəsi və poçt xidmət xərci kimi ödənilmiş 1 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi, tələbin cavabdeh X4 mülkiyyətində olan Abşeron rayonu. Masazır kəndi, Nazını Əsədov küçəsində yerləşən 22A saylı 106,4 kv.m ümumi. 74.0 k\ m yaşayış. 32.4 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin 50000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin İddiaçı BOKT ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. -Abşeron rayon Məhkəməsinin 19.04.2019-cu il tarixli, 2(012)-1299/2019 saylı qətnaməsinin surətindən görünür ki, Аbşегоп гауопu, Маsаzіг kəпdi, Nazim Əsədоv küçəsi, ev 22А unvanında уегləşən fəгdi уаşayış еviпə Мəmmədоv Мэhэmmеd Qəhгəmап oğluпuп istifаdə huququna xitam vегilməsi, Мəmmədоv Мəhəmməd Qəhгəmап оğ|u Аbsегоп гауопu, Маsаzıг kэпdi, Nazim Əsədоv küçəsi, ev 22А uпvапіпdа уегləşən fəгdi уаşауіş еviпdəп эşуаları ilə birlikdə çıxarılması qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 12.02.2020-ci il tarixli, 2(105)-715/2020 saylı qətnaəsinin surətindən görünür ki, cavabdeh M.Q.Məmmədovun apelyasiya şikayəti təmin edilməməniş, Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli. 2(012)- 5579/2016 saylı qətnaməsi cavabdeh M.Q.Məmmədovun apelyasiya şikayəti əsasında dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21.07.2020-ci il tarixli, 2(102)-3359/2020 saylı qərarının surətindən görünür ki, cavabdeh X8 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.02.2020-ci il tarixli, 2(105)-715/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. “X16” MMC tərəfindən 05.03.2018-ci il tarixdə tərtib edilmiş X14 Yekunları barədə 31 nömrəli Protokolun və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilənin surətindən görünür ki, Мəmmədоv Мəhəmməd Qəhгəmап оğ|una məxsus ünvan 1 saylı 106.4 kv.m ümumi sahəsdən ibarət 4 otaqlı fərdi yaşayış evinin satılması üçün həmin tarixdə hərrac təşkil edilmiş, həmin fərdi yaşayış evi İddiaçı BOKT ASC tərəfindən 31875 (otuz bir min səkkiz yüz yetmiş beş) manata alınmışdır. 09.03.2021-ci il tarixli aktın surətindən görünür ki, Abşeron rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(012)-1299/2019 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurları ünvan 1 ünvanında olarkən borclu Мəmmədоv Мəhəmməd Qəhгəmап оğ|unun əşyaları ilə birlikdə həmin evdən çıxmağı müəyyən olunmuş, lakin həmin evdə borclunun ailə üzvləri həyat yoldaşı Cavabdeh, qızı X9, X12, oğlu X13Ş, anası X10 yaşaması müəyyən olunmuşdur. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən edildi ki, İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqısatqısı müqaviləsi” bağlanmış və hərracın nəticələri haqqında Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və hərracın nəticələri haqqında yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır. Abşeron rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli 2(012)- 1299/2019 saylı qətnaməsi ilə İddiaçı BOKT ASC-nin cavabdeh X6 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququna xitam verilmiş və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir.Məhkəmə qətnaməsinin icrası zamanı icra məmuru tərəfindən X4 ailə üzvləri Cavabdeh, X15, X12 və X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində faktiki olaraq yaşadığı müəyyən olunmuş və buna dair akt tərtib olunmuşdur. X1 rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli 2(012)-1299/2019 saylı qətnaməsində yalnız öz adının göstərilməsindən istifadə edərək hal-hazırda faktiki olaraq ünvan 1 ünvanında yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən çıxarılmasına mane olur. İpoteka predmeti olan əmlakın İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər hal-hazırda həmin ünvanda yaşayırlar. Bu isə bir mülkiyyətçi kimi İddiaçı BOKT ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4. maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanı İddiaçı BOKT ASC-nin mülkiyyəti olduğundan həmin evdə yaşayan Cavabdeh əşyaları ilə birlikdə evdən çıxarılmalı, həmin ev boşaldılmalı, və mülkiyyətçi İddiaçı BOKT ASC-yə təhvil veriməli, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi qətnamənin icra olunduğu zaman icra məmuru tərəfindən müəyyən olunan digər şəxslər iş üzrə cavabdeh kimi göstərilmədiyindən iddia həmin hissədə təmin edilməməliidir. Mülki Prosessual Məcəllənin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əşyaları ilə birlikdə ünvan 1 ünvanından çıxarılsın, həmin ev boşaldılsın və mülkiyyətçi İddiaçı BOKT ASC-yə təhvil verilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-4226/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4226/2021
18.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver