Məhkəmə qərarları › İş №e-2(012)-4287/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4287/2022

05.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4287/2022 05.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, Ərizəçi oğlunun maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı «buraxılmış müddətin bərpa edilməsi» tələbi barəsində ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Ərizəçi oğlu məhkəməyə müraciət edərək, onun atası X1 miras qalmış Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81 A (yeni qaydalarla AZ 1118, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi,443 M) ünvanda yerləşən sahəsi 46,6 kv.metr daşınmaz əmlaka dair mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırki iddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində göstərilən əsaslara aid olmadığından, məhkəmə hesab edir ki, hazırki iddia tələbinə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalıdır. Ona görə də, məhkəmə yuxarıda qeyd olunanları ərizəçi tərəfindən iddia ərizəsinin məzmununa riayət etməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə istinad edərək hesab edir ki, Ərizəçi oğlunun məhkəməyə daxil olan ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbayçan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi oğlunun maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı «buraxılmış müddətin bərpa edilməsi» tələbi barəsində ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. Ərizəçiyə, ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar