Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4289/2022 25.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi X2, Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmrahova (Şirinova) Əfsanə Ənvər qızına qarşı «mənzilə köçürmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X8 ilə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, xx.xx.2017-ci il tarixdə X8 ailə qurmuş və nikahlarını həmin vaxt rəsmiləşdirmişlər. Rəsmi nikahlarından uşaqları olmamışdır. Ailə qurduqdan sonra onlar yaşadıqları Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini icarəyə götürərək yaşamışlar. xx.xx.2019-cu ildə Abşeron rayonu, Höküməli qəsəbəsində yerləşən fərdi yaşayış evini 32000 manata danışmışlar. Həmin məbləğin 11500 manatını atası Şirinov Şahid gətirib cavabdehin atası Əmrahov Ənvərə vermişdir. Ümumilikdə 21500 manat ilkin odəniş edilərək qalan məbləği ayda 500 manat odəməklə razılaşmışlar. Evi Yasin adlı şəxsdən almışlar və onlara həmin məbləği bir il müddətində bağlamaq üçün şərait yaratmışlar. Ailə qurduqları ilk vaxtlarda münasibətləri normal olsa da, sonradan baş vermiş ziddiyətlər nəticəsində münasibətləri pisləşmişdir. Belə ki, 2019-cu ilin yanvar ayından başlayaraq cavabdeh X3 mütəmadi olaraq mübahisələr yaratması ailələrinin faktiki dağılmasına səbəb olmuşdur. 2019-cu ilin fevral ayının 10-da cavabdehin atası Əmrahov Ənvər yaşadıqları evə gəlib cavabdehi aparmışdır. 20 gün sonra Ucar Rayon Məhkəməsindən boşanma iddası ilə bağlı poçtla bildiriş gəlmişdir. Onlar Ucar Rayon Məhkəməsinin 2(063)-250/2020-ci il tarixli qətnaməsinə əsasən boşanmışlar. 2020-ci ilin avqust ayında cavabdeh X8 atası Əmrahov Ənvər ilə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Höküməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə gələrək dava, dalaşla onu evdən çıxartmışlar və qapının açarlarını dəyişmişlər. Məcbur olub həmin tarixdən kirayə yaşamışdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi X6 məhkəmə iclasında izahatında bildirdi ki, tərəflər 2017-ci il tarixdə birgə nikaha daxi olmuşdurlar. Belə ki, cavabdeh ilk öncə İddiaçı ata evinin yerləşdiyi Ucar rayonuna gəlin köçmüşdür. 2017-ci ilin sentyabr ayında tərəflər Bakıya köçmüş və iki Lökbatan rayonunda kirayə qalmışdırlar. 2019-cu il tarixdə iddiaçı 21500 manat ilkir ödəniş verərək, Abşeron rayonunda 1 sot torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evini almışdır. Daha sonra isə bir il müddətinə Cavabdehr ailəsinin köməyi ilə aya 500 manat olmaqla evin pulunu tam ödəmişdir. Cavabdeh ailə qurarkən cehiz verilmədiyi üçün cavabdehin atası evin aylıq ödənişinə arabir köməklik etmişdir. Məlumat üçün bildirir ki, torpaq sahəsi və evin sənədi yoxdur və dövlə qeydiyyatından keçməmişdir. İddiaçı 2020-ci il avqust ayınadək mübahisə predmeti olan evdə yaşamış və tərəflər rəsmi olaraq ayrıldıqdan sonra evi tərk etmişdir. Tərəflər arasında nikah 2020-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Hazırda mübahisə predmeti olan evdə kirayəçi qalır. Odur ki, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X8 məhkəmədə izahatında və etirazında bildirdi ki, o, iddia tələbini qəbul etmir. İddiaçı Şirinov Ruslar ilə 2017-ci il tarixdə ailə qurmuş və xx.xx.2017-ci il tarixdə onun ata evinin yerləşdiyi Ucar rayonuna gəlin getmişdir. 2017-ci ilin oktyabr ayında isə İddiaçı ilə birlikdə Bakıda Lökbatan rayonu ərazisində yerləşən evə köçmüşlər və kirayə pulunu isə toydar yığılan pullar ilə ödəmişlər. Təxminən 1 il Lökbatan rayonu ərazisində yerləşən evdə kirayə qaldıqdan sonra xx.xx.2019-cu il tarixdə atası “MAKLER” şirkəti vasitəsilə onlara ipotekaya ev almışdır. Belə ki, atası evə görə 20000 manat ilkin ödəniş etmiş və evə dair müqavilə onun adına bağlanmışdır. Belə ki, müqavilədəki imza ona məxsusdur. Evin ümumi dəyəri isə 32000 manat olmuşdur. Qalan 12000 manat ödənişi isə hər ay 500 manat olmaqla atası ödəmişdir. Lakin Ruslan həmişə evdə olduğu üçün aylıq ödənişi adətən Ruslan ödəmişdir. Evə dair heç bir sənəd yoxdur. Şahid qismində cəlb edilmiş X5 məhkəmədə ifadəsində bildirdi ki, o, İddiaçı əmisi oğludur. Ruslan 2019-cu il tarixdə ev aldıqdan sonra o, evdə təmir işləri görmüşdür. Belə ki, evin hasarını o, tikimiş, eyni zamanda həyətə aqlay və şkatur vurmuşdur. O, evin alınmasında iştirak etməsə də, onda olan məlumata görə evi Ruslan almışdır və ev Əfsanənin adına olmuşdur. O, evdə usta olaraq 5-6 gün işləmişdir. Sonuncu dəfə isə 2019-cu il tarixdə evdə qonaq olmuşdur. Şahid qismində cəlb edilmiş X9 məhkəmədə ifadəsində bildirdi ki, o, Ruslan ilə 2019-cu ildən Hökməli rayonunda qonşu olmuşdur. Ruslan bəzən onlara kombini təmir etmək üçün gəlmişdir. Bildiyi qədər İddiaçı Əfsanə ilə evli olmuşdur və qonşuluqda qalmışdır. Evləri arasında 200-250 metr məsafə olmuşdur. O, Cavabdeh tanımır və heç görməmişdir. Şahid qismində cəlb edilmiş X4 məhkəmədə ifadəsində bildirdi ki, iddiaçı onun doğma övladıdır. İddiaçı keçmiş gəlini Əfsanə ilə evləndikdən bir müddət sonra işləmək üçün Bakıya köçmüş və kirayədə yaşamağa başlamışdır. Bir qədər sonra İddiaçı ona zəng edərək, Bakıda münasib ev tapdığını lakin pula ehtiyacı olduğunu bildirmişdir. O isə mal-qarasını və həyat yoldaşının qızıllarını sataraq ev almaq üçün Ruslana 11500 manat pul göndərmişdir. Bildiyi qədər Ruslan Əfsanə ilə birlikdə evə 21500 manat ödəniş etmişdir. Əfsanənin atası qızı ailə qurarkən cehiz vermədiyi üçün onlar ev alanda cehiz pulu olaraq 10000 manat pul vermiş və Əfsanənin cehizlərinin bir hissəsini də onlar almışlar. Evin qalan pulunu isə aybaay oğlu ödəmişdir. Tərəflər boşandıqdan sonra isə oğlu evdən çıxmışdır. Eşitdiyinə görə hazırda həmin evdə kirayəçi qalır və o bu səbəbdən də oğlunun evə köçürülüməsini xahiş edir. Şahid qismində cəlb edilmiş X7 məhkəmədə ifadəsində bildirdi ki, cavabdeh Əfsanə onun qonşusudur. O, 2019-cı ilin aprel ayından Hökməli kəndində yaşayır. O, evə köçən vaxt isə artıq tərəflə qonşuluqda yaşamışlar və təxminən 2 il birlikdə yaşamışlar. Evi kimin almasından və pulu kimin ödəməsi barədə məlumatı yoxdur, lakin eşitdiyinə görə evi Əfsanənin atası toy hədiyyəsi olaraq qızına bağışlamışdır. Hazırda isə evdə Əfsanə və xalası qızı yaşayırlar. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 2(063)-250/2020 saylı, 04 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış və 05 oktyabr 2017-ci ildə Xaçmaz Rayon İcra Haimiyyəti başçısının Xudat şəhər inzibati ərazi dairəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan 07 mart 2019-cu il tarixli qalıq borc müqaviləsindən görünür ki, 32000 manat məbləğində mənzilə görə 20000 manat ödənilmiş və qalıq borc 12000 manat təşkil edir. X1 12000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu borclu qalan Cavabdeh verməyi, borclu qalan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq sahibkara geri qaytarmağı öhdəsinı götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh ilə bağladıqları evlə bağlı qalıq borc müqaviləsindəki boc (xx.xx.2019) xx.xx.2021-ci ildə tam şəkildə ödənmişdir. Cavabdeh borcu qalmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş faktiki hallardan müəyyən edilir ki, İddiaçı və cavabdeh Əmrahova (Şirinova) Əfsanə Ənvər qızı 05 oktyabr 2017-ci il tarixində rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Birgə nikahlarından övladları yoxdur. Tərəflərin faktiki nikah münasibətləri olduğu dövrdə, yəni 2019-cu il tarixində sözügedən Abşeron rayonu, Höküməli qəsəbəsində yerləşən sənədsiz fərdi yaşayış evini əldə etmiş və tərəflər həmin sənədziz fərdi yaşayış evində yaşayaraq birgə təsərrüfat aparmışlar. Daha sonra iddiaçı sözügedən fərdi yaşayış evini məcburi tərk etmiş və tərəflər arasındakı nikah isə Ucar Rayon Məhkəməsinin 2(063)-250/2020 saylı, 04 avqust 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Abşeron rayonu, Höküməli qəsəbəsində yerləşən fərdi yaşayış evi tərəflərin nikah münasibətlərində olduğu dövrdə hər iki tərəfin birgə əməyi nəticəsində əldə edilmiş, tərəflər həmin mübahisə predmeti olan fərdi yaşayış birgə yaşamış və iddiaçı yaşayış yerinə malik olmağı arzulamışdır. Bu hal şahidlərin ifadəsi ilə də təsdiqini tapmışdır.Hal-hazırda cavbdehin iddiaçını mübahisəli fərdi yaşayış evinə buraxmamasını məhkəmə cavabdehin hüquqdan suiistifad etməsi kimi qiymətləndirir və bu hal iddiçının haqlı mənafeyinin pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəmə sadalanan bu normaların tələbi baxımından çıxış edərək hesab edir ki, iddia təmin olunmaqla iddiaçı Şirinov X10 rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı”işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki,”İnsan hüquqularının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1ci maddəsinin-ci hissəsində “mülkiyyət” anlayışı fiziki hallar üzərində mülkiyyətlə məhdudulaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyynləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki hallarla yanaşı, əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, ”mülkiyyət” kimi qiymətləndirilə bilər. ”Mükiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İstinad olunan hüquq normalarına əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdehlə birlikdə Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə dair “qanuni gözləntiyə” malik hüquqları var. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə hesab edir ki, hazırki halda Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə cavabdehin hüquqdan sui-istifadə etməsi iddiaçıların güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsasız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) Ona görə də məhkəmə yuxarıda qeyd olunanları məcmu halında qiymətləndirərək hesab edir ki, iddianın təmin olunması işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırımasının nəzərə alınmasını təmin edir, başqa sözlə cavabdehin həmin evdən istifadə etməklə faydalandığı kimi, iddiaçının da bu hüquqdan istifadə etməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı cavabdeh X8 ilə birgə nikah dövründə əldə etdiyi Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4289/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4289/2022
25.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver