Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4329/2022 17.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq olan m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən yerləşən, 1 otaqdan ibarət, ümumi sahəsi 45,6 kv.metr olan 64 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ümumi qiyməti 13436 manat olan Abşeron rayonu, Xırdalan şəhəri, Z Əliyeva küçəsi, 3 saylı evin 64 nömrəli, 1 otaqdan ibarət, ümumi sahəsi 45,6 kv.metr olan mənzili xx.xx.2010-cu ildə “Turan-EL" MTK-dan almışdır. xx.xx.2017-ci il tarixində həmin mənzil iddiaçının adına daşınmaz əmlakın Dövlət reyesterindən qeydiyyatdan keçərək çıxarış verilmişdir. İddiaçı 2015-ci il tarixdə cavabdehlə qeyri-rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Tərəflərin faktiki nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X3 və 02 09.2017-ci il təvəllüdlü X4 anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra, yəni 2015-ci il tarixdən birlikdə adı çəkilən ünvanda yaşayırlar. Tərəflərin artıq ailə münasibətləri bitmişdir, birlikdə yaşamaqları və birlikdə təsərüfat aparmaqları mümkün deyildir. İddiaçının cavabdehin mənzildən çıxması ilə bağlı etdiyi cəhdlər heç bir nəticə verməmişdir. Cavabdeh qeyd olunan mənzildə payının olmasını əsas gətirərək kompensasiya verilməsini, əks halda mənzildən çıxmayacağını iddiaçıdan tələb edir. Hesab edir ki, cavabdehin qanunla müəyyən edilmiş qaydada həmin mənzildə istifadə hüququ olmadan, iddiaçıdan kompensasiya tələb etməsi və qanunsuz olaraq mənzildən çıxmaması iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. İddiaçının xüsusi mülkiyyətinə aid olan daşınmaz əmlak üzərində əmlak hüququ olmayan şəxsin əlavə yükdüyündən iddiaçı olaraq tələb əsasında yüklülükdən qanunvericiliyin tələbinə uyğun olaraq azad edilməlidir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, o, 2015-ci ildə İddiaçı ilə ailə quraraq ünvan 1 ünvanında yerləşən yerləşən, 1 otaqdan ibarət, ümumi sahəsi 45,6 kv.metr olan 64 saylı mənzilə gəlin gəlmişdir. Onun cehiz əşyaları da həmin evdədir. Onların birgə nikahlarından iki övladları vardır. İddiaçı ilə olan münasibətləri isə pozulmuşdur və iddiaçı 3 aydır ki, mənzili tərk etmişdir. Sonuncu dəfə iddiaçını 2 həftə əvvəl görmüşdür. O işləmir və iki azyaşlı övladı vardır. Odur ki, o, mənzildən çıxmaq istəmir. Bu səbəbdən o, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 02 noyabr 2010-cu il tarixli, 473 saylı müqavilədən görünür ki, icraçı "xxxx" MTK ünvan 1 ünvanında yerləşən yerləşən, 1 otaqdan ibarət, ümumi sahəsi 45,6 kv.metr olan 64 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 10 oktyabr 2022-ci il tarixli, 109 saylı maliyyə arayışından görünür ki, Şükürov X1 rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsi, ev 3 ünvanında yerləşən yerləşən, 1 otaqdan ibarət, ümumi sahəsi 45,6 kv.metr olan 64 saylı mənzilin dəyərini 13436 manat məbləğində pulu 02 noyabr 2010-cu ildə tam ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən yerləşən, 1 otaqdan ibarət, ümumi sahəsi 45,6 kv.metr olan 64 saylı mənzil tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə iştirak edən şəxslər dinlənilərkən və iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, 02 noyabr 2010-cu il tarixli, 473 saylı müqaviləyə əsasən İddiaçı tərəfindən dəyəri tam ödənilməklə ünvan 1 ünvanında yerləşən yerləşən, 1 otaqdan ibarət, ümumi sahəsi 45,6 kv.metr olan 64 saylı mənzili "xxxx" MTKdan almış, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən yerləşən, 1 otaqdan ibarət, ümumi sahəsi 45,6 kv.metr olan 64 saylı mənzil tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İşin mübahisə edilməyən hallarından göründüyü kimi tərəflər 2015-ci ildə qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurmuş, mübahisəli mənzilin dəyəri tərəflərin faktiki nikahlarından xeyli əvvəl ödənilmiş,yəni mübahisəli mənzil tərələrin birgə təsərrüfatı hesabına əldə edilməmiş və hal-hazırd da tərəflər arasındakı faktiki münasibətlər pozulmuşdur. Məhkəmə, tərəflər arasında yaranmış bu mübahisənin həllinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli Qərarının tələbləri baxımından yanaşır və hesab edir ki, Cavabdeh qızının ünvan 1 ünvanında yerləşən yerləşən, 1 otaqdan ibarət, ümumi sahəsi 45,6 kv.metr olan 64 saylı mənzildə yaşaması üçün hüquqi əsas müəyyən edilmədiyindən cavabdeh həmin mənzildən çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata kecirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məhkəmə baxışında müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında sözügedən mənzilin mülkiyyətçisi arasında mənzildən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə yazılı razılaşma olmamış və belə olan təqdirdə cavabdehin sözügedən mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi özündə yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün əvvəlcədən yaranmış istifadə hüququnun saxlanmasını ehtiva edir ki, hazırki işdə bu hal mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki-Prosessual Məçəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən yerləşən, 1 otaqdan ibarət, ümumi sahəsi 45,6 kv.metr olan 64 saylı mənzilından çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4329/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4329/2022
17.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver