Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-433/2024 05.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “sahiblik, istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi” tələbi barədə mülki işə 05 aprel 2024cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı sahiblik, istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində Bakı-Şamaxı yolunun 14cü kilometrliyində MTK-ya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cü mərtəbə, 87.0 kv.m ümumi sahəsi olan 47 saylı mənzilin üzərində onun sahiblik, istifadə hüququnun tanınması və mənzilin ona təhvil verilməsi, həmçinin yaşayış sahəsindən istifadəyə maneçilik törədilməməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh1 arasında yaşayış evinin alqı-satqısı haqqında xx.xx.2018-ci il tarixli, AB01M47 nömrəli müqavilə bağlanılmış və sözügedən müqavilənin predmeti olan “Abşeron Rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də MTK-ya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87 kv.m ümumi sahəsi olan 47 saylı mənzili” almış və həmin müqavilə üzrə əmlakın dəyəri olaraq 51000 (əlli bir min) manat pulu MTK-ya ödəmiş, MTK da ödənişin edilməsi, qalıq borcunun olmaması barədə maliyyə arayışını, özlərinə məxsus nümunədə tərtib edilən mənzil haqqında çıxarışı vermişdir. Mənzili aldıqdan sonra mən sözügedən mənzili daima nəzarətdə saxlayırdı, belə ki, Bakıya gələndə evə də baxırdım. Onu da qeyd edir ki, hər dəfə evinin rəsmiləşdirilməsi, yəni dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi üçün müraciət etmək istədikdə MTK-nın direktoru X1 ona bildirirdi ki, binalar hələ istismara verilmir, gözlə sənədləşmələr qaydasına düşsün, ondan sonra ona məlumat veriləcək. Cari ilin əvvəlində evə gedib baxan zaman isə gördü ki, ona məxsus mənzilə giriş edə bilmir. Dərhal məsələyə aydınlıq gətirilməsi üçün MTK-ya müraciət etdikdə direktor onunla kobud davranaraq, hətta MTKdan qovaraq mənzili ona verməyəcəyini, başqasına satacağını bildirdi. Bu səbəbdən o, da aidiyyəti müxtəlif hüquq-mühafizə orqanlarına müraciət edərək ona mənə məxsus müqavilənin qüvvədə olmasına baxmayaraq onun mənzilə girişinə mane olduqlarını desə də heç bir qanuni tədbir görülməmişdir. Onun qanuni şikayətlərindən sonra MTK əsassız şəkildə Ağsu Rayon Məhkəməsinə müraciət edərək aralarında bağlanmış müqavilənin etibarsız hesab edilməsini tələb etdi. O, da aidiyyəti qaydada əsaslı etiraz-mülahizəni, əlindəki mötəbər fakt və sübutları təqdim edərək iddia ərizəsinin əsassız olmasını, bağlanmış müqavilənin etibarsızlığına dair heç bir mötəbər faktın olmadığını, iddiada qeyd olunan nüansların həqiqəti ehtiva etmədiyini, bağlanılan müqavilənin hər iki tərəf tərəfindən bəyənildiyini, etibarsızlıq üzrə kəsici müddətin də keçdiyini qeyd etdi. Bundan sonra MTK-nın səlahiyyətli nümayəndəsi tərəfindən xəttşünaslıq ekspetizasının keçirilməsi və eləcə də anten məlumatlarının alınması üçün vəsatət verilsə də həmin vəsatətlər tam əsassız olduğundan məhkəmə tərəfindən rədd edilmiş və hakim tərəfindən vurğulanmışdır ki, sözügedən müqavilənin bağlanması zamanı tərəflər razı olmuş, müqaviləni bəyənmiş və keçən 5 il müddətində isə bir dəfə də olsun mübahisələndirməmişdir. Bundan sonra proses baxışa təyin edilmiş və baxış prosesində isə MTK tərəfindən iddiadan imtina barədə ərizə təqdim edilmiş, ərizəyə tərəfimdən etiraz olunsa da məhkəmə ərizəni təmin edərək iddiaçının iddiadan imtina etməsi səbəbindən iş üzrə icraata xitam verilməsi barədə 11 sentyabr 2023-cü il tarixli qərardad qəbul etmişdir. Lakin buna baxmayaraq MTK onun hüquqlarını kobud şəkildə pozmaqda davam edir. Belə ki, aralarında müqavilənin hüquqi qüvvəsinə, özləri tərəfindən maliyyə arayışının verilməsinə baxmayaraq onun sözügedən yaşayış sahəsindən istifadə etməsinə əsassız maneə yaradır. Hətta qeyd etdiyi və əlavə olunan məhkəmə qərardadından da göründüyü kimi MTK iddiasından tam şəkildə imtina etmiş, lakin buna baxmayaraq onu əmlakına buraxmayaraq özbaşınalığına davam edir. Odur ki, işin hallarına, qanunvericiliyin tələblərinə əsasən qeyd olunan yaşayış sahəsinə dair onun sahiblik, istifadə hüququnun tanınması və mənzilin ona təhvil verilməsi, o cümlədən yaşayış sahəsindən istifadəyə maneçilik törədilməməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə qətnamənin qəbul edilməsi zəruridir. Əks yanaşma onun əmlak, mülkiyyət hüquqlarının təsbitini tapdığı yerli və beynəlxalq normaların tələblərini pozur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək Cavabdeh1 ilə Cavabdeh2 arasında “Abşeron Rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də MTK-ya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87,00 kv.m ümumi sahəsi olan 47 saylı mənzilin” alqı-satqısına dair bağlanmış 16 iyun 2022-ci il tarixli, AB01M47 nömrəli müqavilənin etibarsız hesab edilməsi; bu müqavilə əsasında verilmiş daşınmaz əmlaka dair **********97-05301-093018 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi; Abşeron Rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də MTK-ya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87,00 kv.m ümumi sahəsi olan 47 saylı mənzilin üzərində onun sahiblik və istifadə hüququnun tanınması, mənzilin ona təhvil verilməsi və həmçinin yaşayış sahəsindən istifadəyə maneçilik törədilməməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı dəqiqləşdirmə barədə ərizəsində ilkin iddia ərizəsindəki mövqeyini təsdiq edərək əlavə olaraq qeyd etmişdir ki, cavabdeh ona qarşı Ağsu Rayon Məhkəməsinə müraciət edən zaman, eləcə də onun hüquq-mühafizə orqanlarına verdiyi şikayətin araşdırılması zamanı belə ona məxsus mənzili kimə satdığına dair məlumatı məqsədli şəkildə bildirməmişdir. Lakin iddianı verdikdən sonra araşdırma zamanı məlum olmuşdur ki, onunla bağlanılmış xx.xx.2018-ci il tarixli, AB01M47 nömrəli müqavilənin predmeti olan “ Abşeron Rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də MTKya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87,00 kv.m ümumi sahəsi olan 47 saylı mənzilin alqı-satqısına dair Cavabdeh2 ilə 16 iyun 2022ci il tarixində AB01M47 nömrəli müqavilə bağlanmış və həmin şəxs də dərhal xx.xx.2022ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. İşin hallarından da göründüyü kimi sözügedən mənzili ilk dəfə xx.xx.2018-ci il tarixində almış və mənzilin dəyərinin tam ödənilməsi, hər hansı borcunun qalmaması barədə maliyyə arayışı verilmişdir. Cavabdeh2 isə müqaviləsinə baxdıqda aydın görünür ki, müqavilə onunla bağlanmış və hazırda da qüvvədə olan müqavilədən 4 il sonra qanunsuz şəkildə bağlanmışdır. Bir daha qeyd edir ki, o, mənzili əldə edərkən heç bir problemlə, mənzillə bağlı mübahisə ilə qarşılaşmamış, pulu isə bir dəfəyə ödəmiş və müqaviləsi də hazırda tam qüvvədədir. Məlumdur ki, Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Qeyd olunan qanunvericiliyin müddəalarının tələbini əsas tutaraq bir daha bildirir ki, iddiası və dəqiqləşdirmə barədə ərizəsi tam əsaslı olduğundan təmin edilməlidir. Çünki, əks yanaşma onun ziyana düşməsi, qanuni əsaslarla, o cümlədən müqaviləyə əsasən ona məxsus olan əmlakından məhrum edilməsi deməkdir. Aldatma təsiri altında bağlanmış əqdin etibarsız sayılması ona əsaslanır ki, onun iştirakçısını əqdi bağlamaq məqsədi ilə digər tərəf bilə-bilə qərəzli şəkildə aldadır. Cavabdeh2 ilə ilkin müqaviləni bağlayan Cavabdeh1 MTK mübahisə olunan mənzilin artıq 2018-cı ildə satılmasını bildiyi halda hansısa məqsədlə həmin mənzili aldatma yolu ilə qeyri-qanuni olaraq Cavabdeh2 satıb. Onu da nəzərə almaq lazımdır ki, qanunvericilikdə qeyd olunur ki, aldadanın cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq aldatma əqdin etibarsız sayılması üçün əsasdır. Eynilə bu zaman aldadanın hərəkətlərində tamahkarlıq məqsədinin olub-olmamasının da əhəmiyyəti yoxdur. Qanunvericilikdə birmənalı olaraq təsbitini tapır ki, əşyanın alqı-satqı müqaviləsinin obyekti ola bilməsi üçün o, mülki dövriyyədən çıxarılmamış olmaqla yanaşı, həm də üçüncü şəxslərin hüquqlarından azad olmalıdır. Buna görə də satıcının üzərinə alıcıya üçüncü şəxslərin hüququndan azad əşya vermək vəzifəsi qoyulmuşdur. Üçüncü şəxsin hüququ olan əşyanın satılması həmin şəxsin hüququnun pozulması, alıcının əlverişsiz hüquqi vəziyyətə düşməsi ilə nəticələnə bilər. Əşyaya üçüncü şəxsin hüququ onun həmin əşyaya mülkiyyət hüququ və ya əşyanın yüklülüyü formasında həm əşya hüququ, həm də öhdəlik hüququ ola bilər. Aydındır ki, qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması hansısa digər bir şəxsin xeyrinə edilir və həmin şəxs mülkiyyətçinin hüququnun məhdudlaşdırıldığı əşyaya müəyyən hüquq əldə edir. Belə əşyanı satan mülkiyyətçi öz məhdudlaşdırlmış hüququnun həddini aşır, həm də xeyrinə məhdudlaşdırma aparılmış şəxsin hüququnu pozur. Qeyd olunanlara əsasən bildirir ki, Cavabdeh1 MTK yüklülükdən azad olmayan əmlakı, yəni ilkin olaraq tam qanuni əsaslarla ona satılmış, onun istifadə və sahibliyinə verilmiş mənzili başqasına satmış və bu hərəkət də qanunvericiliyin tələblərinə adekvat olmadığından qanunsuz olmaqla onun yerli və beynəlxalq normalarda təsbitini tapmış hüquqlarını kobud şəkildə pozur. Cavabdeh1 MTK ilə aralarında bağlanmış müqavilənin tələblərini icra etsə də o, vicdansız davranaraq pozuntuya yol vermiş, bu da mülki qanunvericiliyin tələblərinə adekvat deyil. Odur ki, o müqavilənin şərtlərini icra etməyə, əmlakı ona təhvil verməyə məcburdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini və həmçinin xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 dəfələrlə məhkəmə prosesi süni şəkildə uzatmaq üçün çalışmış, hər proses zamanı iddiaya aidiyyəti olmayan şəxslərin adını əsassız şəkildə çəkmiş, gah mənzilin İddiaçı verilmədiyini, gah müqavilənin formal olduğunu, gah mübahisənin kommersiya məhkəməməsinə aid olduğunu qeyd etmiş, lakin deyilən xüsusatları təsdiq edən mötəbər sənədləri təqdim edə bilmədiyindən artıq iş baxışa təyin ediləndən, məhkəmə yerində baxış üçün MTK-ya gedəndən sonra birinci baxış prosesində məhkəməyə guya müqavilədə mənzilin nömrəsində texniki səhv olduğunu və bu barədə düzəliş üçün MTK tərəfindən 2019-cu ildə əmr verildiyini demişdir. MTK-nın rəhbərliyi, hansı ki bu pozuntuları törədib həmin şəxs məsuliyyətdən yayınmaq üçün müqavilənin formallığına dair fikirlərini danaraq bu formada guya texniki səhv adı altında yeni mənzilin verildiyini qeyd edərək hətta özlərinə haqq qazandırmaq üçün əlavə olaraq bildirmişlər ki, əgər tərəfin marağı evdirsə fərqi nədir, ona başqa bir ev veririk. Nəzərə alınmalıdır ki, MTK-nın artıq iki ilə yaxındır çəkən araşdırmada hüquq mühafizə orqanlarına verdiyi izahatlarında, özlərinin Ağsu Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində, eləcə də bu məhkəmə işi üzrə təyin edilmiş hazırlıq prosesləri müddətində texniki səhvin olması ilə bağlı hər hansı fikir irəli sürməmələri, yalnız artıq baxış prosesində bu cür fikir bildirmələri onların həqiqətən də pozuntuya yol verdiyini, bir mənzili iki şəxsə satdığını sübut edir. Onu da nəzərə almaq lazımdır ki, tərəfin də bildirdiyi və məhkəmə prosesində baş tutan sual-cavablardan da göründüyü kimi MTK məsuliyyətdən yayınmaq üçün yeni mənzilin verilməsində, bu barədə məhkəmədə barışıq sazişinin bağlanmasında israrlı olmuşdur. Bu günə kimi gedən araşdırma, prosedurlar MTK tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsin maraqlarını pozduğunu, MTK-nın 2018-ci ildən artıq səlahiyyətini itirdiyi mənzil üzərində qanunsuz şəkildə müqavilə bağlayaraq mənzili başqa şəxsə satdığını təsdiq edir. Onu da nəzərə almaq lazımdır ki, cavabdeh MTK-nın da bildiyi kimi MTK-dakı yaşayış və qeyri-yaşayış sahəsinin başqa bir neçə şəxsə satılmasına dair hazırda Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakt üzrə cinayət işi başlanılmış və aidiyyəti qaydada araşdırma gedir. Görünən odur ki, cavabdeh MTK tərəf vəziyyətin ciddiyyətini nəzərə alaraq bu pozuntu üzrə araşdırmanın aparılmaması məqsədilə hazırda son prosesdə texniki səhv kimi bir fikri irəli sürərək əmr təqdim edirlər. O cümlədən nəzərə alınmalıdır ki, iddiaçı birinci məhkəmə baxış prosesinə prosesinə gələrək araşdırmanın obyektiv şəkildə təmin edilməsinin tərəfdarı olsa da, işin halları üzrə izahat, o cümlədən suallara cavab versə də MTK-nın rəhbəri olaraq müqavilələri bağlamış Fətullayev Qənbər məhkəmə prosesinə gəlməmiş və bununla yanaşı texniki səhv kimi irəli sürdükləri absurd məsələyə aydınlıq gətirilməsi üçün isə özlərinin maraqlarına uyğun məzmunlu mesaj yazaraq iddiaçını MTK-ya dəvət etmişlər. Bu günə kimi bir dəfə də olsun iddiaçının tələbinə cavab verilmədiyi, ümumiyyətlə mənzilə dair mübahisə üzrə heç bir zaman tərəfə zəng edilmədiyi və lakin məsuliyyətdən yayınmaq üçün istintaq orqanlarına verilən izahatlarda özlərini Usuba və mənzilə aidiyyəti olmayan başqa hallarla haqlı çıxarmaq cəhdləri səbəbindən iddiaçı tərəf bu texniki səhvin də MTK-nın yeni bir planı olduğunu hesab edərək MTK-nın əsl həqiqətdə mövcud olmayan qeyri-rəsmi təklifi ilə razılaşmadığını bildirmişdir. O cümlədən, digər Cavabdeh2 isə vicdanlı alıcı olmaması məhkəmə gedişində gedən araşdırma ilə, cavabdeh MTK-nın davranışı eləcə də istinad edilən qanunvericilik normaları ilə də təsdiqini tapır. Belə ki, tərəfin özünün də məhkəmə prosesi zamanı çıxışından görünür ki, İddiaçı şikayəti üzrə müstəntiqin onun evinə gəlməsi ilə bu mübahisənin olmasından xəbəri olduğunu bilmiş, lakin o iddiaçını taparaq məsələyə aydınlıq gətirmək, dərhal hüquq mühafizə orqanlarına müraciət etmək əvəzinə məhz MTKya müraciət etmiş, Qənbər Fətullayev isə gah ona Usubun pulunun qaytarıldığını, gah çıxarışı olduğu üçün ona nəsə olmayacağını, gah da digər yolla məsələni qaydasına qoyacağını bildirmiş və onların hazırki iş üzrə məhkəmə müraciətindən sonra hüquq mühafizə orqanlarına müraciət etmiş, bir sözlə şikayətçinin kim olduğunu bildiyi halda onunla danışmaq və məsələni aydınlaşdırmaq üçün addım atmamışdır. Bununla yanaşı iddiaçı izahatında qeyd etmişdir ki, dəfələrlə sözügedən mənzilə getsə də qapını kimsə açmamışdır, o cümlədən məhkəmənin təşəbbüsü isə yerində baxış üçün gün təyin edilsə də və məhkəmə tərəfindən mənzilə baxış üçün gedilsə də evdə kimsə olmamışdır. Adicə bu faktların özü cavabdeh Xatirə xanımın orada yaşamadığını göstərir. Cavabdeh2 MTKya müraciət edən zaman çıxarışlı olmayan, yəni müqavilə əsasında mənzili alması onun vicdanlı alıcı olmadığına da işarədir. Çünki, o müqavilə ilə əmlak alarkən, bir halda ki məlumdur ki, başqa MTK-lar tərəfindən bir mənzilin çoxsaylı şəxslərə satılmasına dair ölkəmizdə məhkəmə mübahisələri var, o hər bir halda qeydiyyat kitabını tələb edərək mənzilə dair hər hansı qeyd olub-olmamasını maraqlana, ümumiyyətlə həmin mənzil üzrə hər hansı əməliyyatın baş tutub-tutmadığını dəqiqləşdirə bilərdi. Cavabdehin bu addımları atmaması və mənzilə dair alqı-satqı müqaviləsi bağlanandan çox qısa müddətə də çıxarışı əldə etməsi ilə MTK-nın qanunsuzluğa yol verdiyini göstərməklə cavabdehlərin hərəkətinin vicdanlı olmadığını deməyə səbəb olur. İddiaçı bildirdiyi kimi o, mənzili aldıqdan sonra qapının açarını dəyişmiş, yəni o artıq mənzilin haqqını verməklə, açarı dəyişməklə, mənzili qəbul etməklə və davamlı olaraq da ora gedib-gəlməklə sahiblik etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin, bir sıra digər məhkəmələrin aktlarında MTK-ların artıq mənzili satdıqdan sonra həmin əmlak üzərində hüquqlarını itirdiyi, mənzilin başqa şəxsə satıldığı halda işin halları nəzərə alınmaqla bunun qanunsuz və etibarsız olduğu əksini tapmışdır. Qeyd edilənlər, qanunvericilik normaları İddiaçı iddiasının tam əsaslı olduğunu və bu səbəbdən də təmin edilməli olduğunu göstərir. Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək onun rədd olunmasını xahiş etdi. İzahatının çıxış kimi qəbul edilməsini xahiş edərək əlavə olaraq qeyd etdi ki, kifayət qədər müzakirə olunub məsələlər, sadəcə bir-iki məslədə aydınlıq gətirmək istəyir. Korrupsiyada olan şikayətlə bağlı, bildirir ki, Korrupsiya ixtisaslaşmış bir qurumdur, hər hansı bir cinayət tərkibi var idisə elə baş İdarənin özü cinayət işini başlayardı. Daha sonra belə deyək özləri Abşeron rayon Polis İdarəsinə gəlib, burada rədd olunub, sonra məhkəmə qaydasında ləğv olunub və yenidən rədd edilib məsələ. Burada bir ildən artıqdır, hətta il yarımdır, keçən il iyul ayından etibarən münasibətlər pozulub, belə deyək onların Mahir Babaşovla və digərləri ilə ona yaxın mübahisələri var. Burada təbii ki, Xatirə xanımın vəziyyətini başa düşür və MTK olaraq onlar artıq öz üzərinə düşəni 2019-cu ildə etmişlər, digər şəxslər ona süni maneələr yaradırsa, həmin şəxslərdən şikayət vermək onun da hüququdur, onlar də belə deyək bu məsələ öz həllini tapandan sonra sakinə, MTK-ya bu cür narahatçılıq törətdiyi üçün İddiaçı qarşı da belə də iddiası olacaq. Ümumilikdə qeyri-rəsmi dırnaq içində iddiaçı əgər evi istəyirsə ona ev təqdim olunur. Ağsu məhkəməsində iş üzrə imtina edilsə də, onlar həmin ləğv ilə bağlı yox, müqavilənin etibarsızlığı ilə bağlı iddia qaldıra bilərdilər, işi illərlə uzada bilərdi və bu proses də illərlə çəkərdi. Onlar gördü ki, bu iş Xatirə xanıma toxunur, onların əlində sənəd var, bu bir həqiqətdir, bu bir danılmaz faktdır. Amma bu İddiaçı hüququnu pozmur, nə mənada bunun hüququ var, qəbul edirlər, bu da o deməkdir ki, onların arasında mübahisənin nə Xatirə xanıma, nə də ki başqasına aidiyyəti yoxdur. Onlar məhkəmədə öz üzərinə düşəni etmişik, ev vermişlər, tərəfə məhkəmədə barışıq sazişi bağlamaq təklif olunub, yəni bundan artıq nə olmalıdır ki, əmrdə qeyd edilən, məhkəməyə təqdim edilən sənəddə əks edilən mənzil iddiaçıya təklif olunur, bununla bağlı MTK-da protokol hazırlanıb, açarı orda, mənzili orda, onun hüququnu tapdalaya, poza bilməzlər. Nə vaxt istəsə gəlsin, bununla bağlı bildiriş vermiş və vhastappda yazmışıq. Cavabdeh2 iddiaya etiraz edərək onun rədd olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, mənzilin dəyərini MTK-ya ödəyərək onu almış və faktiki olaraq orada yaşayır. Bununla yanaşı vicdanlı alıcı məsələsinə gəldikdə, o, nə İddiaçı, nə də ki Qənbər Fətullayevi tanımır. Dəyəri ödədiyi barədə sənəd olmadan çıxarış ala bilməzdi. Evin baxışı olaraq o, sənədləri sistemə yükləyə bilər, ustaları da var, lazım olsa hamısını şahid kimi gətirə bilər. O, Cənnət Park MTK ilə 16 iyun 2022-ci ildə müqavilə bağlamış və müqavilənin əsasında Cənnət Parkın çıxarışını əldə etmişdir. Yenə deyir pulunu nağd şəkildə ödədikdən sonra 2 nömrəli Asan Xidmətdən çıxarışını almışdır. Evinə kimsə yaxınlaşmayıb, ta ki evinə polis göndərilənə kimi. Əgər evin iki nəfərə satılması halı var idisə gedilərdi Baş Prokurorluğa araşdırma aparılardı, o, korrupsiyaya da getmişdir. Polis əməkdaşı İddiaçı şikayəti əsasında evinə gələrək qanunsuz şəkildə şəxsiyyət vəsiqəni, evinin sənədlərini çəkib çıxıb gedib. O, da bu barədə Cənnət Park MTK-ya Qənbər müəllimin yanına gedəndə dedi ki, bu məsələ sizlik deyil, bu MTK ilə Usub arasında olan mübahisədir, siz narahat olmayın, sizin sənədiniz var Xatirə xanım, dedim bəli var, çıxarışın var, bəli var, gedin oturun narahat olmayın o şəxslə aramızdakı məsələni özümüz həll edəcəyik. O, MTK-ya gedəndə Usubun əmisi barədə, müqavilənin formal olması barədə nəsə deyilmədi, hətta deyildi ki, onlar həmin şəxsin pulunu da qaytarmışlar, ona dair əlində sənədlər də var. O şəxslə aralarında olan məsələ başqadır. Sonra o, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ərizə verdi. Əgər bu adamın problemi olsaydı neçə ildi verərdi məhkəmələrə, şikayət edərdi mənzili alardı. Kim kimdən nə alıb, nə verib onu maraqlandırmır, onu maraqlandıran mənzilidir. Hamı ona deyir ki, xanım siz niyə narahatsınız, çıxarışınız var. O, vicdanlı alıcıdır, sənədlərini dövlət verib. Mənzil onundur, çıxarışı, texniki pasportu da var, orada yaşayır, heç kimin onun mənzilini əlindən almaq hüququ yoxdur. Aidiyyəti üzrə Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir, müstəntiq bildirib ki, əslində bu cinayət işi sayılmır, gedin məhkəməyə müraciət edin. İddianın rədd olunmasını xahiş edir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 eyni məzmunlu izahat verməklə, həm də bildirdi ki, iddia əsassızdır, ona başqa mənzil təklif olunur, hüquqlarını müdafiə etdiyi şəxsin əmlakın pulunu tam ödəyib, hazırda da həmin mənzildə yaşayır, mülkiyyət hüququnu təsdiq edən çıxarışı var, ona görə də iddianın rədd olunmasını xahiş etdi. Azərbaycan Respublikaası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tam təmin edilməlidir. İşdə olan Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AB01M47 nömrəli müqavilənin surətindən görünür ki, o, Abşeron Rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də MTK-ya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87,00 kv.m ümumi sahəsi olan 47 saylı mənzili 51000 (əlli bir min) manata almışdır. Pul məbləğlərinin onun tərəfindən MTK-ya ödənilməsi ilə bağlı maliyyə arayışı verilmişdir. İşdə olan Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 16 iyun 2022-ci il tarixində AB01M47 nömrəli müqavilənin surətindən görünür ki, o, Abşeron Rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də MTK-ya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87,00 kv.m ümumi sahəsi olan 47 saylı mənzili 56115 (əlli altı min bir yüz on beş) manata almışdır. Pul məbləğlərinin onun tərəfindən MTK-ya ödənilməsi ilə bağlı maliyyə arayışı verilmişdir. İşdə olan Ağsu Rayon Məhkəməsinin 2(016)-665/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Cavabdeh1 MTK-nin cavabdeh X4 qarşı “müqavilənin etbarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtina etmə barədə ərizəsi qəbul edilmiş və iş üzrə icraata xitam verilmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 6(012)-47/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı məhkəmə nəzarəti qaydasında şikayəti təmin edilərək Abşeron Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi Eldəniz Əskərovun 11 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın ləğv edilməsi, toplanmış materialların əlavə yoxlama və araşdırma aparılması üçün Abşeron rayon Polis İdarəsinə göndərilməsi qərara alınmışdır. İşdə olan Cavabdeh1 MTK tərəfindən sistemə əlavə edilmiş xx.xx.2019-cu il tarixli əmrdən görünür ki, “xx.xx.2018-ci tarixində vətəndaş İddiaçı ilə bağlanmış AB01M47 saylı müqavilədə texniki olaraq buraxılmış mənzil nömrəsindəki səhv aradan qaldırılsın. Müqavilədə qeyd olunmuş mənzil nömrəsi olan 47 dəyişdirilərək 35 yazılsın. Əmrin icrasına nəzarət satış və maliyyə şöbələrinə həvalə olunsun.” müddəası əksini tapmışdır. İşin hallarından o da müəyyən edilir ki, MTK texniki səhv olması adı ilə məhkəməyə əmr təqdim etsə də İddiaçı və Cavabdeh2 5 il ara ilə satılmış eyni mənzilə dair müqavilənin nömrəsi eynilik təşkil edir, belə ki hər iki şəxslə bağlanan müqavilənin nömrəsi AB01M47-dir. İş materialından görünür ki, cari mülki iş üzrə işin ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilən vəsatət e-2(012)-5181/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadla təmin edilməmiş, o cümlədən e-2(012)-5181/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadla şikayəti təmin edilməyərək aidiyyəti qaydada Ali Məhkəməyə göndərilmiş və Ali Məhkəmənin 2(102)-816/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi və Abşeron Rayon Məhkəməsinin e-2(012)- 5181/2023 nömrəli iş üzrə 04 noyabr 2023- cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.3 və 324.4-cü maddələri). Mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik isə iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarında qeyd olunur ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarlarında qeyd olunur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 04 mart 2015-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzilin dəyərini tam ödəməklə M.Hüseynov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə E.Bağırlı ilə 6 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Nəticədə mübahisənin həlli zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması kimi tətbiq edilən Mülki Məcəllənin 452.1-ci maddəsinin müddəaları duzgün tətbiq edilməmişdir. Göründüyü kimi, satıcı "xxxx" MTK mənzilləri alıcıya təhvil verməyi, M.Hüseynov isə öz növbəsində mənzillərin qiymətini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin hazırkı iş üzrə M.Hüseynov tərəfindən 3 otaqlı mənzilin dəyərinin ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra etməsinə baxmayaraq, "xxxx" MTK mənzilləri alıcıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (Mülki Məcəllənin 425-ci maddəsi). Azərbaycan Respublikası Dövlət Reyestri haqqında qanunun 8.0.6-cı bəndində əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X2 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Ədаlət mühаkiməsinin həyаtа keçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvensiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi presedentlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 30 mаrt 2006-cı il tаrixli qərаrındа göstərilir ki, Аzərbаycаn Respublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvensiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа etmiş dövlət kimi 2002-ci il аprel аyının 15dən Kоnvenisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Respublikаsı Kоnvensiyаnı rаtifikаsiyа etdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvensiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin etməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvensiyаsının 46-cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvensiyаnı rаtifikаsiyа etmiş dövlətlər üçün məcburidir. İnsan hüquqlarının və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu Məcəllənin 560-cı maddəsində əsasəm mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki, “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin hazırkı işlə oxşar məzmunlu 27 sentyabr 2007-ci il tarixli qərarında (Akimova Azərbaycana qarşı) eyni mövqe əksini tapmışdır. Həmin qərarın müvafiq bəndlərində (39, 40, 41) məhkəmə müəyyən etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Mülki Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Mülki Məcəllənin 138-ci maddəsinə əsasən əşya yüklülüyü deyildikdə qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması başa düşülür. Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. İşdən göründüyü kimi, Cənnət Park” Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AB01M47 nömrəli müqavilə ilə Abşeron Rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də MTK-ya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87,00 kv.m ümumi sahəsi olan 47 saylı mənzil ilkin olaraq İddiaçın satılmış, bu müqavilə hazırda qüvvədədir, bu müqavilələrin ləğv olunması haqqında razılaşma, həmin müqavilələri dəyişdirmək və ya ləğv etmək təklifi, bu təklifdən digər tərəfin imtinası iş materiallarında yoxdur və müqavilə məhkəmə qaydasında ləğv olunmamış, əksinə cavabdeh MTK tərəfindən mənzilə dair müqavilənin ləğv edilməsi barədə iddia ərizəsindən məhz MTK-nın imtina etməsi barədə qanuni qüvvəsini almış məhkəmə aktı ilə təsdiq olunmuşdur. Həmçinin iddiaçının mübahisə predmeti olan mənzili qanuni şəkildə ilkin olaraq əldə etməsini müqavilə, maliyyə arayışı və digər sübutlarla yanaşı mənzilin ona təhvil verilməsi, onun isə mənzilin açarını dəyişərək davamlı olaraq nəzarətdə saxlaması, yəni ona sahiblik etməsi sübut edir. İddiaçının keçən müddət ərzində mənzili nəzarətdə saxlaması, sahiblik etməsi, mənzilə girişinə müdaxilənin olduğunu aşkar edən kimi isə dərhal aidiyyəti qaydada hüquq mühafizə orqanlarına, məhkəməyə müraciət etməsi qanunvericiliyin tələbinə əsasən onun mənzil üzrə ilkin olaraq mülkiyyət hüququnun yarandığına dəlalət edir. MTK texniki səhvliyi əsas tutaraq iddiaçıya əmrdə göstərilən mənzilin verilə biləcəyini, barışıq sazişi bağlanmasını təklif etdiklərini qeyd etdiklərindən məhkəmə baxış prosesi bir dəfə təxirə salınmış, lakin tərəflər arasında razılıq əldə edilməmiş və buna baxmayaraq cavabdeh MTK öz çıxışında iddiaçının istənilən zaman əmrdə qeyd edilən mənzili əldə etməsinin, yəni mənzilin və açarının iddiaçıya təhvil verilməsi mümkünlüyünü bir daha qeyd etmişdir. Lakin o da nəzərə alınmalıdır ki, MTK baxış prosesində mənzilin nömrəsində texniki səhv olmasına dair əmri təqdim etsə də sözügedən əmrin icrası üzrə verilmiş tapşırıqlar, eləcə də iddiaçıya bu barədə hər hansı məlumatın verilməsinə dair mötəbər sübutlar təqdim etməmişdir. O cümlədən digər Cavabdeh2 mübahisə predmeti olan mənzili vicdanlı şəkildə aldığını, mənzili təmin etdirdiyini, hazırki gün də orada yaşadığını qeyd etsə də bunu təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş yerində baxış prosesi məhz mübahisə predmeti olan mənzildə kimsənin olmaması, yəni qapının bağlı olması səbəbindən baş tutmamışdır. Cənnət Park MTK-nın üzvlərinin ümumi yığıncağının qərarı mövcud deyildir, cavabdehlər bu barədə sübutları məhkəməyə təqdim etməmişlər.Qeyd edilən nüanslar sözügedən mənzilin hazırda Cavabdeh2 çıxarışla mülkiyyətində olsa da onun sahiblik və istifadəsində olduğunu şübhə altına salır. Belə ki iş materiallarında Xatirə Kayqısızın mülkiyyətinə mənzil verilməsilə bağlı Həmçinin iddiaçı tərəfə MTK-nın rəhbərliyindən binanın hələ istirmara verilmədiyi qeyd edildiyi halda cavabdehlər arasında müqavilə bağlanandan qısa zaman sonra cavabdehə mülkiyyəti təsdiq edən çıxarışın verilməsi də onlar arasında bağlanmış müqavilənin etibarlılığını, tərəflərin isə vicdanlı olduğunu bir daha şübhə altına qoyur. Mübahisəsizdir ki, qanunvericilikdə vicdanlılıqla bağlı prinsiplər xüsusi şəkildə təsbitini tapmış, belə ki, tərəfin həqiqətən vicdanlı olduğuna dair mötəbər əsaslar mövcud olmalıdır. Lakin hazırda cavabdehin mənzilin ilkin olaraq iddiaçıya satılmasını bilməməsini sözlə bildirməsi inandırıcı olmamaqla onun iddiaçının şikayətçi olduğunu bildiyi zamandan keçən müddət ərzində MTK barəsində hər hansı şikayətinin olmaması halı da onun vicdanlı olmadığına dəlalət edir. Bununla yanaşı, cavabdehin izahatlarından aydın olur ki, iddiaçının şikayətləri əsasında aidiyyəti araşdırma üzrə polis əməkdaşı mənzilə getsə də, şikayətçinin kim olduğunu cavabdehə bildirsə də o, aidiyyəti qaydada hüquq mühafizə orqanlarına deyil, məhz MTK-nın rəhbərliyinə müraciət etmiş və iddiaçı tərəfindən hazırki iddia verildikdən sonra dediyinə görə hüquq mühafizə orqanlarına müraciət etmiş və lakin bunun təsdiqi olaraq da məhkəməyə hər hansı mötəbər sənəd təqdim etməmişdir. Cavabdeh MTK-nın özünün Ağsu Rayon Məhkəməsinə verdiyi iddiasının, eləcə də hüquq mühafizə orqanlarında İddiaçı şikayətlərinin araşdırılması zamanı mənzilin Cavabdeh2 satılmasına dair hər hansı fikir bildirməməsinin, təsdiqedici sənədləri təqdim etməməsinin, eləcə də eyni mənzil üzrə 5 il fərq ilə müqavilə bağlansa da hər iki müqavilənin də eyni nömrəli olmasının özü cavabdehlər arasında 2022-ci ildə bağlanan müqavilənin formal olduğunu, İddiaçı əmlakının əldən çıxarılması məqsədilə bağlandığı göstərir. Bunlara görə də məhkəmə hesab edir ki, sözügedən mənzilin 08 dekabr 2018-ci ildən sahiblik və istifadə hüququ ilə yüklü olmasına, yəni İddiaçı satılmasına baxmayaraq, yenidən Cavabdeh2 satılmasına dair 16 iyun 2022-ci il tarixli alqı-satqı müqavilələri etibarsızdır. Çünki araşdırma zamanı təsdiqini tapdığı kimi sonuncu müqavilə ilə yenidən özgəninkiləşdirilən mənzil artıq 5 il öncə iddiaçıya satılmış və o da mənzilin dəyərini tam şəkildə ödəyərək mənzili MTK-dan almış, qəbul etmiş və mənzilə sahiblik hüququna dair addımlar atmış, MTK da bu müqaviləni qəbul edərək, bəyənərək bu mənzil üzrə sərəncam vermək hüququnu itirmişdir. O da mübahisəsizdir ki, artıq qüvvəyə minmiş Ağsu Rayon Məhkəməsinin qərardadına əsasən sözügedən mənzil İddiaçı tərəfindən dəyəri ödənilməklə əldə olunan əmlak kimi təsbitini tapmış, belə ki, bu hal, yəni xx.xx.2018-ci ildə iddiaçı ilə bağlanmış mənzilə dair alqı-satqı müqaviləsinin mövcudluğu, formal olmadığı, etibarlılığı, hazırki günə kimi qüvvədə olması, hər hansı texniki səhvin mövcud olmadığı və həmin müqavilənin də MTK tərəfindən bəyənildiyi cavabdeh MTK tərəfindən özlərinin imtinası ilə bir daha təsdiq edilmişdir. Məhkəmə qeyd edilənləri əsas tutaraq belə qənaətə gəlir ki, cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli olduğundan bu mənzil üzrə Cavabdeh2 verilmiş çıxarış da ləğv edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olubolmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. İş materiallarından görünür ki, mübahisəli mənzil eyni nömrəli müqavilə və maliyyə arayışına əsaslanmaqla Cavabdeh2 satılmışdır. Həmin müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıldığından etibarsızdır. Yuxarıda da qeyd edilən işin hallarından, məhkəmə mövqelərindən və qanunvericilik normalarından göründüyü kimi, mübahisəli mənzil ilkin olaraq İddiaçı satılmış və bununla da o, kooperativin üzvü olmaqla mənzilə dair istifadə, sahiblik, mülkiyyət hüququ əldə etmişdir. Onun mənzilə dair cavabdeh MTK-nın irəli sürdüyü binanın istismara verilməməsi kimi fikirləri əsasında çıxarış ala bilməməsi, MTK-ya inanması onun ziyanına təfsir edilə bilməz, çünki çıxarışın verilməsi üçün tələb edilən digər hüquqlar artıq müqavilə bağlanan zaman iddiaçıya məxsus olmuş, o yerli və beynəlxalq normaların, məhkəmə mövqelərinin tələbi əsasında artıq əmlaka gözlənti hüquqi ilə də mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh2 ilə cavabdeh MTK arasında bağlanmış müqaviləyə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, o aidiyyəti qaydada dəymiş ziyanın tələb edilməsi, yaxud da mənzilin əvəzi olaraq başqa bir mənzilin ona təhvil verilməsini Cavabdeh1ndən tələb etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı) Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh1 ilə Cavabdeh2 arasında “Abşeron Rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də MTK-ya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87,00 kv.m ümumi sahəsi olan 47 saylı mənzilin” alqı-satqısına dair bağlanmış 16 iyun 2022-ci il tarixli, AB01M47 nömrəli müqavilə etibarsız hesab edilməli, bu müqavilə əsasında verilmiş daşınmaz əmlaka dair **********97-05301-093018 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış ləğv edilməli, Abşeron Rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı- Şamaxı yolunun 14-cü km-də MTK-ya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87,00 kv.m ümumi sahəsi olan 47 saylı mənzilin iddiaçıya təhvil verilməsi və həmçinin yaşayış sahəsindən istifadəyə maneçilik törədilməməsi vəzifəsi Cavabdeh1 MTK-ya həvalə edilməlidir. Məhkəmə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 16 iyun 2022-ci il tarixli, AB01M47 nömrəli müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi barədə hüquqi mövqeyə gəldiyindən bir daha bildirir ki, Cavabdeh2 izah edilsin ki, müqavilənin etibarsızlığı səbəbindən onun müqavilə üzrə müəyyənləşdirilmiş məbləği, eləcə də varsa digər xərcləri Cavabdeh1ndən tələb etmək, iddia vermək hüququ qanunvericiliklə tanınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddia ərizəsində və məhkəmə baxışında cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ilə Cavabdeh2 arasında “Abşeron Rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də MTK-ya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87,00 kv.m ümumi sahəsi olan 47 saylı mənzilin” alqı-satqısına dair bağlanmış 16 iyun 2022-ci il tarixli, AB01M47 nömrəli müqavilə etibarsız hesab edilsin, bu müqavilə əsasında verilmiş daşınmaz əmlaka dair **********97-05301-093018 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış ləğv edilsin; Abşeron Rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də MTK-ya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87,00 kv.m ümumi sahəsi olan 47 saylı mənzil iddiaçıya təhvil verilsin və həmçinin yaşayış sahəsindən istifadəyə maneçilik törədilməməsi vəzifəsi Cavabdeh1 MTK-ya həvalə edilsin. İddia tələbi üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №e-2(012)-433/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-433/2024
05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver