Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4343/2025 02.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt hərəkətlərinə son qoyulması, qanunsuz tikilinin sökülməsi, sahiblik və istifadə hüquqlarının bərpası tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı zəbt hərəkətlərinə son qoyulması, qanunsuz tikilinin sökülməsi, sahiblik və istifadə hüquqlarının bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən və icarə hüququ əsasında İddiaçı sahibliyində olan 0.02 ha torpaq sahəsi ilə bağlı cavabdehin qanunsuz zəbt hərəkətlərinə son qoyulması, torpaq sahəsi üzərində qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, iddianın verilməsi ilə bağlı ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsinə dair iddiaçı tərəfindən ödənilmiş 320 manat olmaqla, ümumilikdə 420 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata götürülmüş və bir sıra prosessual hərəkətlər (sorğuların ünvanlanması) edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbinin müdafiə edərək izahatında bildirmişdir ki, sorğuya cavab məktubu ilə tanışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı zəbt hərəkətlərinə son qoyulması, qanunsuz tikilinin sökülməsi, sahiblik və istifadə hüquqlarının bərpası tələbinə dair e-2(012)-4343/2025 nömrəli mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-32/2- 14336/2025 saylı cavab məktubundan görünür ki, İddiaçı adına olan torpaq sahəsinin koordinatları inzibatı cəhətdən Abşeron rayonunun ərazisində yerləşib yerləşməməsi barədə məlumatın verilməsi ilə bağlı müraciətə baxılmış, aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin AR Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış keçmiş Donuzkökəltmə sovxozunun hüdudları daxilində yerləşməsi və inzibati olaraq Bakı şəhərinə (Suraxanı) aid edilməsi müəyyən edilmişdir. Qeyd olunan keçmiş Donuzkökəltmə Sovxozunun torpaq sahələrinin idarəçiliyinin Abşeron rayon İcra Hakimiyyətində olduğu ücün 4 saylı Abşeron Ərazi İdarəsinin xidmət göstərdiyi əraziyə aid edildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Qanunun tələblərindən də göründüyü kimi, torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarının bərpası tələbi barədə iddialar həmin torpaq sahəsinin yerləşdiyi yerə görə verilməlidir. Bu səbəbdən məhkəmə hazırki iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərarına gəlir. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu adlandırılan ərazi inzibati cəhətdən Bakı şəhəri, Suraxanı rayonunun ərazisində yerləşir. Mülki Prosessual Məcəllənin: 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. 44.2-ci maddəsinə əsasən məhkəmə əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Beləliklə qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia ərizəsi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267-ci və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı zəbt hərəkətlərinə son qoyulması, qanunsuz tikilinin sökülməsi, sahiblik və istifadə hüquqlarının bərpası tələbinə dair e-2(012)-4343/2025 nömrəli mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-4343/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4343/2025
02.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver