Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4394/2025 07.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdeh Abşeron rayon İcra və probasiya şöbəsinə qarşı «icra məmuru tərəfindən qəbul edilmiş qərarın və daşınmaz əmlakın əldə olunması barədə protokolun ləğvi» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Abşeron rayon İcra və probasiya şöbəsinə qarşı «icra məmuru tərəfindən qəbul edilmiş qərarın və daşınmaz əmlakın əldə olunması barədə protokolun ləğvi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin “xahiş edirəm” hissəsini təşkil edən məlumatların dairəsi elə olmalıdır ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret hüquqi tələbini və yaxud əsasını müəyyənləşdirməyə imkan versin. İddia tələbindən göründüyü kimi iddiaçı Zalova X1 rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar ilə yanaşı həmin icra məmuru tərəfindən tərtib edilmiş “daşınmaz əmlakın əldə olunması barədə” xx.xx.2024-cü il tarixli protokolun ləğv edilməsini də xahiş etmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərinə əsasən icra məmuru tərəfindən qəbul edilmiş qərarın ləğvi ilə bağlı tələblərə icra icraatı, icra məmuru tərəfindən tərtib edilmiş protokolun ləğvi ilə bağlı tələblərə isə iddia icraatı qaydasında baxılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hər iki tələb üzrə eyni icraat qaydasında hazırki işə baxıla bilmədiyindən İddiaçı cavabdeh Abşeron rayon İcra və probasiya şöbəsinə qarşı «icra məmuru tərəfindən qəbul edilmiş qərarın və daşınmaz əmlakın əldə olunması barədə protokolun ləğvi» tələbinə dair iddia ərizəsi AR MPM-in 149-cu maddəsinin tələblərinin pozulması ilə nəticələnir. Ona görə də məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin məzmununa riayət edilməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası MPM-in 149-cu və 152.1.1-ci maddələrinə istinad edərək hesab edir ki, İddiaçı cavabdeh Abşeron rayon İcra və probasiya şöbəsinə qarşı «icra məmuru tərəfindən qəbul edilmiş qərarın və daşınmaz əmlakın əldə olunması barədə protokolun ləğvi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbayçan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə iş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, Zalova X1 Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 100 (yüz) manat məbləğində dövlət rüsumunu X4 vasitəsilə xx.xx.2025-ci ildə, saat 12:03-də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Abşeron rayon İcra və probasiya şöbəsinə qarşı «icra məmuru tərəfindən qəbul edilmiş qərarın və daşınmaz əmlakın əldə olunması barədə protokolun ləğvi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı cavabdeh Abşeron rayon İcra və probasiya şöbəsinə qarşı «icra məmuru tərəfindən qəbul edilmiş qərarın və daşınmaz əmlakın əldə olunması barədə protokolun ləğvi» tələbinə dair iddia ərizəsi barədə 2(012)-4394/2025 saylı mülki iş üzrə X4 vasitəsilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X2 İdarəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4394/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4394/2025
07.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver