Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4398/2022 20.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və icarə haqqının ödənilməsi barədə ilkin iddia, Cavabdeh İddiaçı qarşı qeyri-yaşayış sahəsinin təmiri üçün xərclənmiş pulun tutulması barədə qarşılıqlı iddia tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və icarə haqqının ödənilməsi barədə iddia qaldıraraq, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsindəki cavabdehə məxsus əşyaların cavabdehin hesabına boşaldılması və xx.xx.2022-ci il tarixindən etibarən qeyri-yaşayış sahəsi boşaldılanadək hər ay üçün 400 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh uzun müddətdir ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 87,88 kv.metr olan qeyri-yaşayış sahəsinin 20 kv.metr hissəsini şifahi razılaşma əsasında icarəyə götürmüşdür. 2022-ci ilin may ayından etibarən iddiaçı icarə münasibətlərini rəsmiləşdirmək üçün cavabdehlə müqavilə bağlamalı olduğunu və müqavilə bağladıqdan sonra icarə haqqının 400 manat məbləğində müəyyənləşəcəyini bildirmişdir. Cavabdeh isə həm icarə müqaviləsi bağlanılmasından, həm də icarə haqqını ödəməkdən imtina edir. Cavabdeh 2022-ci ilin may ayınadək həmin qeyri-yaşayış sahəsinin arakəsmələrlə bir-birindən ayrılmış digər 3 nəfər icarədarlar kimi 350 manat icarə haqqı ödəyirdi. 2022-ci ilin may ayından etibarən digər icarədarlar 400 manat icarə haqqı ödəməkləri barədə müqavilə bağlasa da, Cavabdeh müqavilə bağlamaqdan imtina edir, bu azmış kimi, həmin qeyri-yaşayış sahəsini də boşaltmayaraq öz qeyri-qanuni sahibliyində saxlayır. Bu fakt isə həm iddiaçının mülkiyyət hüquqlarını pozur, həm də həmin sahəni digər şəxslərə icarəyə verərək gəlir əldə etməsinə maneə törədir. Buna görə də iddia təmin edilməlidir. Cavabdeh İddiaçı qarşı qeyri-yaşayış sahəsinin təmiri üçün xərclənmiş pulun tutulması barədə qarşılıqlı iddia qaldıraraq, ünvan 1 ünvanında sahəsi 87,88 kv.metr olan qeyri-yaşayış sahəsinin 20 kv.metr hissəsində təmir üçün çəkilmiş 4000 manat təmir xərcinin X1 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, X3 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 87,88 kv.metr olan qeyri-yaşayış sahəsinin 20 kv.metr hissəsini şifahi razılaşma əsasında icarəyə götürmüşdür. Razılaşmaya görə o, icarə haqqı müqabilində X4 hər ay 300 manat məbləğində icrarə haqqı ödəmək barədə razılaşmışlar. Həmin vaxtı obyekt işlətmək üçün əlverişsiz idi. Onlar razılığa gəlmişlər ki, o, öz hesabıma obyekti təmir etsin və fəaliyyətə başlasın. O, həmin qeyri-yaşayış sahəsinin təmiri üçün ümumilikdə 4000 manat məbləğində xərc çəkmişdir. Obyekt üçün nəzərdə tutulmuş icarə haqqı da bu səbəbdən 300 manat olmuşdur. Tərəflər arasında icarə haqqının 400 manat məbləğində olması ilə bağlı razılığla gəlməmişlər. Daha sonralar X7 həmin qeyri-yaşayış sahəsinin icarəsi üçün ondan 350 manat məbləğində icarə haqqı tələb etmiş, o da məcburiyyətdən bununla razılaşmışdır. Bir müddət sonra isə o, icarə haqqını 400 manata qədər yüksəltmişdir. Aylıq gəliri olduğca az olan həmin obyektə 400 manat icra haqqı həddən artıq şişirdilmiş məbləğdir. Buna görə də o, etiraz etmişdir. Hazırda əmlakın mülkiyyətçisi ilə hec cür razılığa gələ bilmir. Əgər obyektdən çıxmasını qarşı tərəf istəyirsə bunun müqabilində o da mülkiyyətçidən obyektə çəkdiyi xərci tələb edir. Ona görə ki, obyekti öz hesabına təmir etdirərək yararlı hala gətirmişdir. Buna görə də qarşılıqlı iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Nümayəndə ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, iddia ərizələrini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 87,88 kv.metr qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 3 ədəd xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 87,88 kv.metr olan qeyri-yaşayış sahəsinin 20 kv.metr hissəsini hər ay 400 manat ödənilməklə 1 il müddətinə X8 icraəyə vermişdir. İş materiallarında olan 2020-ci ilin yanvar ayında tərtib edilmiş 8 ədəd qaiməfakturalardan görünür ki, fiziki şəxs X2 1117,1 manatlıq mal-material alınmışdır. İşdən görünür ki, tərəflər İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 87,88 kv.metr olan qeyri-yaşayış sahəsinin 20 kv.metr hissəsinin hər ay 350 manat olmaqla icarəyə verilməsi barədə razılığa gəlmişlər. Bu razılaşma şifahi qaydada olmuşdur. İşin bu halı mübahisəsizdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X6 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 700-cü maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 705-ci maddəsinə görə əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Qeyd edildiyi kimi tərəflərin hər ikisi etiraf edir ki, onlar İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 87,88 kv.metr olan qeyri-yaşayış sahəsinin 20 kv.metr hissəsinin hər ay 350 manat olmaqla icarəyə verilməsi barədə razılığa gəlmişlər. İddiaçı qeyd edir ki, bu məbləğin 2022-ci ilin may ayından 400 manat olması və müqavilənin bağlanması barədə təklifi Cavabdeh qəbul etməmişdir. Eyni zamanda Cavabdeh da qeyd edir ki, bu mağazanın hər ay gəlir vermə məbləğinə görə ayda 400 manat icarə haqqının verilməsi rentabelli deyildir. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, mübahisəli 20 kv.metrlik daşınmaz əmlak İddiaçı mülkiyyətində olduğundan və icarəçi Cavabdeh tərəflər arasında razılaşma əsasında icarəyə götürdüyü bu sahə üçün icraə haqqını ödəmədiyindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 87,88 kv.metr olan qeyri-yaşayış sahəsinin 20 kv.metr hissəsindən Cavabdeh əşyaları ilə birlikdə çıxarılmalıdır. Eyni zamanda, işdən görünür ki, 2022-ci ilin may ayından qətnamə qəbul edilən vaxtadək (8 ay) hər ay 350 manat (tərəflərin hər ikisinin etiraf etdiyi məbləğ) olmaqla cəmi 2800 manat pul Cavabdeh İddiaçı xeyrinə tutulmalı, beləliklə də, ilkin iddia qismən təmin edilməlidir. Qətnamənin qəbul edildiyi tarixdən icra edildiyi tarixə kimi olan icarə haqqı isə sonradan mülkiyyətçi tərəfindən tələb edilə bilər, çünki icra prosedurunun nə qədər vaxt alacağı hazırda bilinmir, qüvvədə olan prosessual qanunvericiliyə görə isə məhkəmə yalnız konkret tələblər üzrə qərar qəbul edə bilər. Qarşılıqlı iddia tələbinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 701.2.3-cü maddəsinə görə icarəçi ləvazimatı təsərrüfatın lazımınca aparılmasına uyğun gələn vəziyyətdə saxlamalı və uyğun gələn həcmdə daim əvəz etməlidir. Onun əldə etdiyi obyektlər ləvazimata birləşdirildikdən sonra icarəyə verənin mülkiyyəti olur. Həmin Məcəllənin 701.2.4-cü maddəsinə görə icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. İcarəyə verən icarəçinin əldə etdiyi və təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarəyə götürülmüş obyekt üçün lüzumsuz və ya həddindən artıq qiymətli olan ləvazimat obyektlərini qəbul etməkdən imtina edə bilər; imtina edilmiş obyektlərə mülkiyyət hüququ imtina anında icarəçiyə keçir; Həmin Məcəllənin 701.2.5-ci maddəsinə görə əgər qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi qiymətləndirmə dəyərləri arasında fərq vardırsa, o, pulla kompensasiya edilir. Qiymətləndirmə dəyərləri üçün icarəyə xitam verildiyi məqamda qüvvədə olan qiymətlər əsas götürülməlidir. İş materiallarında mübahisəli əmlakda 4000 manatlıq təmir işlərinin aparılması, bu təmir işlərinin görülməsi barədə əmlakın mülkiyyətçisinin razılığı barədə hər hansı mötəbər sübut mövcud deyil. Cavabdeh nümyəndəsi tərəfindən təqdim edilmiş qaimə-fakturalara gəlincə, həmin sənədlərdən bu malların kimin alması, onlardan məhz mübahisəli əmlakın təmir işlərində istifadə edilməsi görünmür. Başqa sözlə, Cavabdeh qarşılıqlı iddiasının əsaslı hesab edilməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən, məhkəmə onun iddiasının təmin edilməməsi nəticəsinə gəlir. Beləliklə, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsindəki Cavabdeh məxsus əşyalar onun hesabına boşaldılmalı və Cavabdeh 8 ay üçün ödənilməmiş icarə haqqı kimi cəmi 2800 manat pul tutularaq İddiaçı ödənilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılsın və həmin qeyri-yaşayış sahəsindəki Cavabdeh məxsus əşyalar onun hesabına boşaldılsın. Cavabdeh 8 ay üçün ödənilməmiş icarə haqqı kimi cəmi 2800 manat pul tutularaq İddiaçı ödənilsin. Qalan hissədə ilk iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-4398/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4398/2022
20.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver