Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-44/2024 19.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı fərdi yaşayış evinin boşaldılması və yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilərək mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı fərdi yaşayış evinin boşaldılması və yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilərək mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin boşaldılması, Cavabdeh1 Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qeyd edilən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verərək oradan çıxarılmaları və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, xx.xx.2024-cü il tarixdə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Abşeron rayon Məhkəməsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməisinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin boşaldılması, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qeyd edilən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qeyd edilən yaşayış sahəsindən çıxarılmaları və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında imzalanmış 12 dekabr 2014-cü il tarixli BAKU1-25613-10714 saylı Kredit Müqaviləsinə (12 dekabr 2014-cü il tarixli BAKU1-25613-10714/1 və 12 dekabr 2014-cü il tarixli BAKU1- 25613-10714/2 saylı Razılaşmalar daxil olmaqla) əsasən illik 17 % faizlə, 30 ay müddətində qaytarılmaq şərtilə ümumilikdə 110000 ABŞ dolları kredit verilmiş və təminat kimi Cavabdeh4 məxsus daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeyd edilən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evi ipoteka hüququ ilə yüklü edilmişdir. Borclu Cavabdeh1 kredit öhdəliklərini vaxtlı vaxtında yerinə yetirmədiyi üçün, "xxxx" MMC borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsi 25 oktyabr 2018-ci il tarixli 2(005)-53/2018 saylı qətnaməsi ilə iddia tələbini qismən təmin etmiş, cavabdehlərdən borcun tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsi 20 fevral 2019-cu il tarixli 2(103)- 2338/2019 saylı iş üzrə çıxartdığı qətnamə ilə tutulacaq dəbbə pulu 200 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan Cavabdeh1 kassasiya şikayəti vermiş, lakin AR Ali Məhkəməsi MİÜMK 2(102)- 5398/2019 saylı iş üzrə 01 avqust 2019-cu il tarixli qərarı ilə şikayəti təmin etməmiş, qətnaməni isə dəyişdirmədən saxlamışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və Abşeron Rayon İcra Şöbəsi tərəfindən icra edilmişdir. Abşeron Rayon İcra Şöbəsinin sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən keçirilmiş “Hərracın yekunlarına dair Protokolla Cavabdeh4 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli Fərdi yaşayış evi satılmadığına görə "xxxx" MMC tərəfindən əldə edilmiş və hazırda mülkiyyət hüququna dair Çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh Musayev X2 rayon məhkəməsində iddia qaldıraraq “Hərracın nəticələrinin etibarsız hesab edilməsi” ni tələb etmiş, lakin məhkəmənin 27 may 2021-ci il tarixli 2(005)-1851/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Hal-hazırda Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evi ƏMDK DƏDRXnin xx.xx.2021-ci il tarixli, ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən "xxxx" MMC-nin mülkiyyətindədir. İddiaçı 28 mart 2022-ci il tarixli 884 №-li “Xəbərdarlıq və Təklifə əsasən cavabdehlərə mənzildən əvəzli istifadə müqabilində aylıq məbləği vergilər və digər ödənclər daxil olmadan 1500 manat ödəməklə “mənzil kirayə müqaviləsi” bağlamaq təklif etmiş, əks-halda fərdi yaşayış evini xx.xx.2022-ci il tarixinədək boşaltmağı tələb etmişdir. Lakin cavabdehlər bu günə kimi mənzili tərk etməmişlər və qeydiyatdan çıxmamışlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq) 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. -"xxxx" MMC ilə Cavabdeh1 arasında imzalanmış 12 dekabr 2014-cü il tarixli, BAKU1-25613-10714 saylı kredit müqaviləsinə (12 dekabr 2014-cü il tarixli BAKU1-25613- 10714/1 və 12 dekabr 2014-cü il tarixli BAKU1-25613-10714/2 saylı Razılaşmalar daxil olmaqla) əsasən illik 17 % faizlə, 30 ay müddətində qaytarılmaq şərtilə borcluya ümumilikdə 110000 ABŞ dolları kredit verilmiş, bu müqavilənin təminatı kimi Cavabdeh4 məxsus daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeyd edilən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evi ipoteka hüququ ilə yüklü edilmişdir. -Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(005)-53/2018 saylı qətnaməsinə əsasən, iddia tələbini qismən təmin etmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 borcun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(103)-2338/2019 qətnaməsinə əsasən, Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(005)-53/2018 saylı qətnaməsinə münasibətdə dəbbə pulu 200 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli, 2(102)- 5398/2019 saylı qərarına əsasən, kassasiya şikayəti təmin etməmiş, Bakı Apellyasiya Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(103)-2338/2019 qətnaməsi isə dəyişdirmədən saxlamışdır. -Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2772/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh4 cavabdehlər "xxxx" MMC-yə və Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolunun etibarsız sayılması və çıxarışın ləğvi” tələbinə dair mülki işi üzrə iddia rədd edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6881/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh4 apellyasiya şikayəti təmin edilməmiş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 2772/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışa əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evi xx.xx.2021-ci il tarixində, ********** qeydiyyat nömrəsi ilə "xxxx" MMC-nin mülkiyyətindədir. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, ev 17, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, ev 17, mənzil 15 və Cavabdeh3 ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında imzalanmış 12 dekabr 2014-cü il tarixli BAKU1-25613-10714 saylı Kredit Müqaviləsinə (12 dekabr 2014-cü il tarixli BAKU1-25613-10714/1 və 12 dekabr 2014cü il tarixli BAKU1-25613-10714/2 saylı Razılaşmalar daxil olmaqla) əsasən illik 17 % faizlə, 30 ay müddətində qaytarılmaq şərtilə ümumilikdə 110000 ABŞ dolları kredit verilmiş və təminat kimi Cavabdeh4 məxsus daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeyd edilən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evi ipoteka hüququ ilə yüklü edilmişdir. Borclu Cavabdeh1 kredit öhdəliklərini vaxtlı vaxtında yerinə yetirmədiyi üçün, "xxxx" MMC borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsi 25 oktyabr 2018-ci il tarixli 2(005)-53/2018 saylı qətnaməsi ilə iddia tələbini qismən təmin etmiş, cavabdehlərdən borcun tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsi 20 fevral 2019-cu il tarixli 2(103)- 2338/2019 saylı iş üzrə çıxartdığı qətnamə ilə tutulacaq dəbbə pulu 200 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan Cavabdeh1 kassasiya şikayəti vermiş, lakin AR Ali Məhkəməsi MİÜMK 2(102)-5398/2019 saylı iş üzrə 01 avqust 2019-cu il tarixli qərarı ilə şikayəti təmin etməmiş, qətnaməni isə dəyişdirmədən saxlamışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və Abşeron Rayon İcra Şöbəsi tərəfindən icra edilmişdir. Abşeron Rayon İcra Şöbəsinin sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən keçirilmiş “Hərracın yekunlarına dair Protokolla Cavabdeh4 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli Fərdi yaşayış evi satılmadığına görə "xxxx" MMC tərəfindən əldə edilmiş və hazırda mülkiyyət hüququna dair Çıxarışla rəsmiləşdirilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2772/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh4 cavabdehlər "xxxx" MMC-yə və Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolunun etibarsız sayılması və çıxarışın ləğvi” tələbinə dair mülki işi üzrə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6881/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh4 apellyasiya şikayəti təmin edilməmiş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 2772/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evi ƏMDK DƏDRX-nin xx.xx.2021-ci il tarixli, ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən "xxxx" MMC-nin mülkiyyətindədir. Mənzilin mülkiyyətçisi qismində çıxış edən iddiaçı mülkiyyətində olan torpaq sahəsi və üzərində yerləşən mənzildə qeydiyyatda olan şəxslərin istifadə hüquqlarının qalmaları iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırdığından iddiaçı istifadə hüquqlarına xitam verilməsi və əşyaları ilə birlikdə çıxarılaraq mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Mülki Məcəllənin 139-1.1.2. maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 42.8. maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən iddiaçı "xxxx" MMC Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evini qanunauyğun qaydada əldə etmiş, bunun nəticəsi olaraq daşınmaz əmlakın dövlət reyestrində mənzilin əvvəlki mülkiyyətçisinin mülkiyyət hüququna xitam verilərək onun bu hüququ "xxxx" MMCyə keçmiş, lakin buna baxmayaraq mənzilin qanunauyğun qaydada əldə edilməsindən sonra həmin mənzildən istifadə edən cavabdehlərin həmin mənzildə yaşamaları iddiaçı "xxxx" MMC-nin mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək onun bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Mülki Məcəllənin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Məhkəmə iddiaçı "xxxx" MMC-nin iddia tələbinin mənzilin boşaldılması hissəsinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, İpoteka haqqında Qanunun: 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Başqa sözlə qanunun mənasına görə ipoteka qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Qanunun tələblərinə istinad edərək məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC qarşısında ipoteka ilə yüklü edilmiş, hazırda sonuncunun mülkiyyətində olan fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüquqları məhdudlaşdırıldığından, cavabdehlər- Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, ev 17, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, ev 17, mənzil 15 və Cavabdeh3 ünvan 3 ünvanında qeydiyyatda olmaqla istifadə hüquqları olduğundan həmin şəxlərin istifadə hüquqlarına xitam verilməlidir Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək və qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddiaçının mülkiyyət hüququ toxunulmazdır, cavabdehlərin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində formal olaraq istifadə hüquqlarının qalması isə mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırır, ona görə də iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qeyd edilən yaşayış sahəsində qeydiyyatda olmaqla istifadə hüquqları olduğundan onların istifadə hüquqlarına xitam verilməli, iddiaçı "xxxx" MMC-nin mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evi boşaldılmalı, Cavabdeh1 Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qeyd edilən yaşayış sahəsindən çıxarılmalıdırlar. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Belə ki, mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı "xxxx" MMC-nin mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evi boşaldılsın, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qeyd edilən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilsin, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qeyd edilən yaşayış sahəsindən çıxarılsınlar. Mülki iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov