Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-446/2023 10.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X7 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X2 qarşı cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılması tələbi barədə iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X2 qarşı cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılması tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızının və X3 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə, dalan 1 ünvanında yerləşən 25 nömrəli (yeni ünvan ünvan 2ə olan istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş Cavabdeh1 məxsus, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə, dalan 1 ünvanında yerləşən 25 nömrəli (yeni ünvan ünvan 2ə Abşeron Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(012)-150/2021 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 08 avqust 2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş 26 noyabr 2014-cü il tarixli arayışından göründüyü kimi, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə, dalan 1 ünvanında yerləşən 25 nömrəli (yeni ünvan ünvan 2də Cavabdeh1, Cavabdeh3 və X5 qeydiyyatda olmaqla yaşayırlar. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. Odur ki, iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı ASC-nin nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehlərdən Cavabdeh1 və X5 iddia tələbini qəbul etməmiş və bildirmişlər ki, onlara məxsus mənzil xəbərləri olmadan dəyərindən çox ucuz banka satılmışdır, hərracdan xəbərləri olmamışdır. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, sonuncu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-150/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X6 8092.45 manat əsas borc, 3998.86 manat faiz borcu, 260 manat cərimə, 790.85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 13.142,16 manat (on üç min yüz qırx iki manat on altı qəpik), habelə məhkəmə xərci üçün 20 manat (iyirmi manat) məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə dalan 1 ünvanında yerləşən, 2 otaqlı, 25.8 kv.m yaşayış, 26.6 kv.m yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 36000 manat müəyyən edilməsi, tələb ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə dalan 1 ünvanında yerləşən, 2 otaqlı, 25.8 kv.m yaşayış, 26.6 kv.m yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə dalan 1 ünvanında yerləşən, 2 otaqlı, 25.8 kv.m yaşayış, 26.6 kv.m yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evi açıq hərracdan satılması və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməsi, məhkəmə xərci olaraq İddiaçı ASC-dən 100 manat və X6 100 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-2431/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-150/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, Hacıyev X12 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə dalan 1 ünvanında yerləşən, 2 otaqlı, 25.8 kv.m yaşayış, 26.6 kv.m yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evində qeydiyyatdadır. Daimi qeydiyyatda olanlar: Cavabdeh1, Cavabdeh3 və X4r. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 136/22 №-li X10 barədə protokoldan görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə dalan 1 ünvanında istifadəsində olan 0.006 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı 25.8 kv.m yaşayış, 26.6 kv.m yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evini 22950 (iyirmi iki min doqquz yüz əlli) manat məbləğində İddiaçı ASC tərəfindən alınmışdır. ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, İslam Səfərli küçəsi, dalan 1, ev 25 ünvanında yerləşən ümumi sahəsi 52.40 kv.m olan əmlak xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən İddiaçı ASC Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə dalan 1 ünvanında istifadəsində olan 0.006 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı 25.8 kv.m yaşayış, 26.6 kv.m yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evi açıq hərracdan satılması yolu ilə qanunauyğun qaydada əldə etmiş, bunun nəticəsi olaraq daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisinin mülkiyyət hüququna xitam verilərək onun bu hüququ İddiaçı ASC-yə keçmiş, lakin buna baxmayaraq fərdi yaşayış evinin açıq hərracdan satılması yolu ilə qanunauyğun qaydada əldə edilməsinə baxmayaraq cavabdehlər oradan çıxmırlar, istifadə etməkdə davam edirlər. Bununla da İddiaçı ASC-nin mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək onun bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4. maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddiaçının mülkiyyət hüququ toxunulmaz olduğundan, cavabdehlərin həmin evdən çıxamaması mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırır, ona görə də iddia əsaslıdır və iddia tələbi əsaslı olduğundan təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızı və X3 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə, dalan 1 ünvanında yerləşən 25 nömrəli (yeni ünvan ünvan 2ə istifadə hüquqlarına xitam verilməli, onlar həmin mənzildən çıxarılmalı, yaşayış sahəsi boşaldılmalı və banka təhvil verilməli, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızı və X3 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə, dalan 1 ünvanında yerləşən 25 nömrəli (yeni ünvan ünvan 2ə istifadə hüquqlarına xitam verilsin, onlar həmin mənzildən çıxarılsınlar, həmin ev boşaldılsın və İddiaçı ASC-yə təhvil verilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızı və X1 ( hər birindən 33,3 manat olmaqla) tutularaq iddiaçıya ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-446/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-446/2023
10.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver