Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-455/2021 03.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “miras paylarının naturada bölünməsi” tələbinə dair mülki işə 03 may 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 (Yeni qaydalarla Vüqar Əvəzov küçəsi, ev 41) ünvanında yerləşən 70,6 kv.metr ölçülü fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0,018 ha ölçülü torpaq sahəsinin ona məxsus ½ hissəsi olan payın Cavabdeh məxsus ½ paydan naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında 03.08.2006-cı il tarixdə nikah rəsmi nikah bağlanmışdır. Şəki Rayon Məhkəməsinin 22.04.2019-cu qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında olan 03.08.2006-cı il tarixli nikaha xitam verilmişdir. Tərəflərin birgə nikahından olan uşaqları X2, X3 və Əzizli Aydan qızı anaları İddiaçı yanında saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 04.11.2019-cu il tarixli, 2(012)-4080/2019 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 70.6 kv.metr ölçülü fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0,018 ha ölçülü torpaq sahəsinin Vİ hissəsinə İddiaçı pay hüququ müəyyən edilmişdir. Həmin qətnamədən apelyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş elektron çıxarışdan da görünür ki, ünvan 1 ünvanında (Yeni qaydalarla Vüqar Əvəzov küçəsi ev 41) yerləşən 70.6 kv.metr ölçülü fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0,018 ha ölçülü torpaq sahəsinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh məxsusdur. Evin qiyməti azı 70000 manat təşkil edir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, evdə həyat yoldaşı və anasıyla yaşayır. Evi satıb pulunu verəcəkdir. İddiaçının özü ilə danışmışdır. O, evə makler gətirəndə makler evin 57000 manat olduğunu demişdir. Pulun 2%-ni maklerə verəcəkdir. Asan Xidmətdə də xərci çıxacaqdır. O, evi 5 il əvvəl 60000 manata almışdır. O, 670 maaş alır və evə pul götürən tək odur. O, özü də evi baha satmaq istəyər. Onun qalacaq başqa yeri yoxdur. İddiaçının valideynlərinin qalacaq evi var. İddiaçı 30000 manat pul versə evdən çıxacaqdır. Evdə anasıyla bacısı da qeydiyyatdadırlar. Ev 2017-ci ildə alınmışdır və həmin vaxtdan anasıyla bacısı evdə qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 0,018 ha ölçülü torpaq sahəsinin üzərində tikilən ünvan 1 (Yeni qaydalarla Vüqar Əvəzov küçəsi, ev 41) ünvanında yerləşən 70,6 kv.metr ölçülü fərdi yaşayış evi hüquq sahibləri olan Cavabdeh adına ********** qeydiyyat nömrəsi, 27.02.2018-ci il qeydiyyat tarixi ilə, İddiaçı adına ********** qeydiyyat nömrəsi, 02.06.2020-ci qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır və hüquq sahiblərinin hər birinin həmin əmlaka payları 1/2 hissədə müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3911 saylı, 16 mart 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 (Yeni qaydalarla Vüqar Əvəzov küçəsi, ev 41) ünvanında yerləşən 70,6 kv.metr olan fərdi yaşayış evinin yerləşdiyi və fərdi yaşayış evinin yerləşdiyi 0,018 ha ölçülü torpaq sahəsinin İddiaçı məxsus ½ hissəsi olan payının, Cavabdeh məxsus ½ hissəsi olan payının naturada ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2-ci, 2.4-cü, 2.9-cu bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb və bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2(012)-3557/2020 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3911 saylı, 16 mart 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 (Yeni qaydalarla Vüqar Əvəzov küçəsi, ev 41) ünvanında yerləşən 70,6 kv.metr olan fərdi yaşayış evinin yerləşdiyi və fərdi yaşayış evinin yerləşdiyi 0,018 ha ölçülü torpaq sahəsinin İddiaçı məxsus ½ hissəsi olan payının, Cavabdeh məxsus ½ hissəsi olan payının naturada ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2-ci, 2.4-cü, 2.9-cu bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Hazırki işdən görünür ki, tərəflərin mübahisələndirdiyi ünvan 1 (Yeni qaydalarla Vüqar Əvəzov küçəsi, ev 41) ünvanında yerləşən 70,6 kv.metr ölçülü fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0,018 ha ölçülü torpaq sahəsi paylara uyğun olaraq naturada, təcrid olunmuş mənzil şəkilində bölünməsi mümkün deyildir. Qanun isə paylı mülkiyyətin mülkiyyətçisinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək hüququnun olmasını, əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malik olmasını təsbit edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı ünvan 1 (Yeni qaydalarla Vüqar Əvəzov küçəsi, ev 41) ünvanında yerləşən 70,6 kv.metr ölçülü fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0,018 ha ölçülü torpaq sahəsinin ona məxsus ½ hissəsi olan payın Cavabdeh məxsus ½ paydan naturada ayrılması barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-455/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-455/2021
03.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver