Məhkəmə qərarları › İş №e-2(012)-4563/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4563/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4563/2023 16.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə sadələşdirilmiş və yazılı icraat qaydasında Xırdalan şəhərində məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1128,10 manat pulun və 31,29 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 14/0766 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəcisi arasında qazın alqı-satqısı müqaviləsi imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********01060 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) tələblərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Cavabdehin 2020-ci ilin apreldekabr ayları üzrə 170 manat sərfiyyat borcu və limitdən əlavə 49,80 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 346,50 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 423,60 manat sərfiyyat borcu və limitdən əlavə 11,40 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfin 4,20 manat sərfiyyat borcu, 2023-cü ilin yanvarmart ayı üzrə 164,88 manat sərfiyyat borcu və limitdən əlavə 13,92 manat sərfiyyat borcu, cəmi 1184,30 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin aprel ayından 2023-cü ilin mart ayına qədər cavabdeh 56,20 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda Abonentin saldosu üzrə ümumi 1128,10 manat təşkil edir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. İş materiallarında olan İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində bağlanmış 14/0766 qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəcisi arasında qazın alqı-satqısı müqaviləsinə əsasən İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. İş materiallarında olan **********01060 nömrəli abonentin saldosundan görünür ki, Cavabdeh İddiaçınə 2020-ci ilin aprel-dekabr ayları üzrə 170 manat sərfiyyat borcu və limitdən əlavə 49,80 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 346,50 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 423,60 manat sərfiyyat borcu və limitdən əlavə 11,40 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfin 4,20 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-mart ayı üzrə 164,88 manat sərfiyyat borcu və limitdən əlavə 13,92 manat sərfiyyat borcu, cəmi 1184,30 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin aprel ayından 2023-cü ilin mart ayına qədər cavabdeh 56,20 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarındakı abonentin saldosu üzrə məlumatlardan görünür ki, Cavabdeh İddiaçınə 2020-ci ilin aprel-dekabr ayları üzrə 170 manat sərfiyyat borcu və limitdən əlavə 49,80 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 346,50 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 423,60 manat sərfiyyat borcu və limitdən əlavə 11,40 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfin 4,20 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-mart ayı üzrə 164,88 manat sərfiyyat borcu və limitdən əlavə 13,92 manat sərfiyyat borcu, cəmi 1184,30 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin aprel ayından 2023-cü ilin mart ayına qədər cavabdeh 56,20 manat məbləğində ödəniş etmişdir. Bununla belə, saldo məlumatlarından göründüyü kimi, abonentə akt əsasında 2022-ci il ərzində 4,20 manat cərimə tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, həmin borc sərfiyyat kateqoriyasına aid olmadığından hazırki iddia ərizəsinə əsasən abonentdən tələb edilə bilməz. Beləliklə, abonentin Birliyə 1123,90 (170+346,5+423,6+164,88+49,8+11,4+13,92- 11,2-40-5) manat borcunun olduğu müəyyən olunur. Bu borc istehlak edilmiş təbii qazın dəyəri olduğundan həmin vəsait Cavabdeh tutulub iddiaçıya ödənilməli, iddia qismən təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş 31,29 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı İB-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (abonent kodu **********01060) debitor borc üzrə 1123,90 manat və dövlət rüsumu kimi 31,29 manat pul tutularaq İddiaçı İB-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar