Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4628/2022 21.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 3416,54 manat borc və ödənilmiş 54,56 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, bildirmişdir ki, məhkəməyə təqdim edilmiş saldo üzrə (abunə haqqında məlumat) cavabdehin iddia ərizəsi verilən günə "xxxx" ASC qarşısında ümumilikdə 3787,50 manat borcu vardır, lakin iddiaçı olaraq Səhmdar Cəmiyyət cavabdehdən 2015-ci ildən sonrakı borcu tələb edir. Qeyd etmək istəyir ki, tələb edilən borc məbləğinin 417,66 manatı elektrik enerjisinin pozulmasına görə tətbiq edilmiş aktlar üzrə hesablanmış cərimə məbləğidir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********01214 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 3416,54 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin o, müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 3416,54 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, iddiaçı "xxxx" ASC-nin ona qarşı borc tələbinə dair iddiası ilə qəti şəkildə razılaşmır. İddiaçının ona qarşı borc tələbinə dair iddiasını poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə əldə etmişdir. 10 iş günü müddətini ötürməyərək, əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədlərimi məhkəməyə göndərir. O, bildirmək istəyir ki, hər ay sərf etdiyi elektrik enerjisinə görə ödənişləri etmişdir. 3416,54 manat məbləğində borcun isə necə və hansı səbəbdən yaranması ona məlum deyildir. Bildirmək istəyir ki, maddi cəhətdən sərf etdiyi elektrik enerjisinin pulunu gecikdirən zaman qapılarına xəbərdarlıq bildirişi göndərilir. İddiaçının ondan tələb etdiyi 3416,54 manat məbləğə görə isə birbaşa ona məlumat verilərək, 3416,54 manat məbləğində borcunun olduğu bildirilmişdir. İddiaçı tərəfindən ondan tələb olunan 3416,54 manat məbləğində pul həqiqəti əks etdirmir və həddən artıq çox şişirdilmişdir. O, fəhləlik edərək, ailəsini dolandıran bir vətəndaşdır. 3416,54 manat məbləğində pulu ödəmək üçün o, gecəgündüz işləməli və ailəsinə bir manatda pul xərcləməyərək, toplamalıdır. O, sərf etmədiyi enerjiyə görə və iddiaçı tərəfindən şişirdilmiş və əsassız şəkildə tələb olunan pulu ödəməli deyildir. İddiaçı iddiasında qeyd etmişdir ki, guya hər ay onun qapısına gələrək, ona borc barədə xəbərdarlıq etmişdirlər. Lakin bu yalandır. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli abunə haqqında cədvəldən görünür ki, **********01214 saylı abunə kodu üzrə sərf olunan elektirik enerjisinə görə abonentin 3787,50 manat borcu yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, "xxxx" ASC tərəfindən abonent kodu **********01214 olan Cavabdeh ümumilikdə 3787,50 manat borc hesablamış,həmin borcdan 417,66 manatı elektrik enerjisinin pozulmasına görə tətbiq edilmiş aktlar üzrə hesablanmış cərimə məbləği 2015-ci il də daxil olmaqla həmin dövrə qədər əhatə etdiyindən nəzərə alınmadığı üçün, iddiaçı "xxxx" ASC cavabdehdən 2015-ci ildən sonrakı 3416,54 manat borcu tələb etmişdir. Bundan başqa İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş icra vərəqəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" ASC-yə elektrik enerjisi üzrə 17 iyul 2021-ci il tarixli, 231130 saylı akt əsasında tərtib edilmiş icra vərəqinə əsasən 2288 manat cərimə hesablanmışdır. Lakin iddiaçı təşkilatın nümayəndəsi 2288 manat cərimənin hesabat müddətinin 84 gün qəbul edilməklə hesablanmasını məhkəmədə əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi "xxxx" ASC-nin vəzifəsi olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir. (2288 : 84 gün = 27,24; 27,24 x 30 gün = 817,20 manat). Odur ki, "xxxx" ASC tərəfindən Cavabdeh yaşadığı abonent kodu-**********01214 olan, Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış işıq sayğacına görə 17 iyul 2021-ci il tarixli, 231130 saylı akt üzrə hesablanmış 2288 manat borcdan 817,20 manat saxlanılmaqla, qalan borc, yəni 1470.80 manat silinməlidir. Bundan əlavə Cavabdeh məxsus abonent kodu **********01214 olan fərdi yaşayış evindəki sayğaca baxış keçirilərkən elektrik sayğacın ekranının oxunmaması səbəbilə 08 aprel 2021-ci il tarixli, 212875 saylı akt tərtib edilmiş və iddaçıya 188,87 manat cərimə hesablanmışdır. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, abonent kodu **********01214 olan fərdi yaşayış evindəki sayğac, fərdi yaşayış evinin daxilində yox, xaricində yerləşmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, sayğacın işlək vəziyyətdə saxlanılmasına "xxxx" ASC məsuliyyət daşıdığından abonent kodu **********01214 olan sayğac üzrə hesablanmış 188,87 manat məbləğində borc vətəndaşdan tələb edilə bilməz. Beləliklə,məhkəmə tədqiq edilmiş sübutlar əsasında Azərişıq» ASC tərəfindən abonent kodu **********01214 olan Cavabdeh hesablanmış 3416,54 manat borcdan ümumilikdə 1659.67 manatın silinməsi nəticəsinə gəldiyindən Cavabdeh 1756.87 manat tutularaq "xxxx" ASC-in hesabına ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinin tələbinə görə (müdafiə üçün məhkəməyə müraciət etmək hüququ) bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddədə isə qeyd edilir ki, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 54,56 manatın iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 28 manat məbləği cavabdehdən tutularaq iddiaçı təşkilatın hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tələb olunan 3416,54 manat borcdan 1659.67 manatın silinməklə 1756.87 manat və ödənilmiş 28 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4628/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4628/2022
21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver