Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4635/2025 30.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı xitam verilmiş əmək müqaviləsinin etibarsız hesab edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və işdən azad olunduğu tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxma dövrü üçün aylıq əmək haqqının tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı xitam verilmiş əmək müqaviləsinin etibarsız hesab edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və işdən azad olunduğu tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxma dövrü üçün aylıq əmək haqqının tutulması tələbinə dаir iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin olunması, işə bərpa olunmasını, qanunsuz və xəbəri olmadan xitam verilmiş əmək müqaviləsinin etibarsız hesab edilməsini, əmək müqaviləsinin müddətsiz hesab edilməsini və əmək müqaviləsinin ləğvi tarixindən xəbəri olmadığı üçün işdən qanunsuz azad olunduğu tarixdən işə bərpa olunana qədər dövr üçün məcburi iş buraxma dövrü üçün aylıq əmək haqqının cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, icraatda olan 2(012)-4635/2025 saylı mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olduğundan həmin işin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 izahatında ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, o, vəsatəti qəbul etmir. Belə ki, AR MPM-nin 36-cı maddəsinə əsasən, iddiaçı həm cavabdehin qeydiyyat ünvanı üzrə, həm də öz yaşayış yeri üzrə məhkəməyə müraciət edə bilər. Odur ki, o, hazırki işin baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı öz vəkili və nümayəndəsinin sözləri ilə razı olduğunu bildirdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, cavabdehin ərizəsini, mülki iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin hüquqi ünvanı ünvan 1 Prosessual Məcəlləsinin: 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Məhkəmə hazırki iddia ərizəsini icraata götürmüşdür. Lakin məhkəmə prosesinin gedişatında məlum olmuşdur ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatda cavabdehin ünvanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin hüquqi ünvanı ünvan 2ddəsinə istinad edərək, məhkəmə hesab edir ki, hazırki iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin: 40.1. maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizə təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı xitam verilmiş əmək müqaviləsinin etibarsız hesab edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və işdən azad olunduğu tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxma dövrü üçün aylıq əmək haqqının tutulması tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4635/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4635/2025
30.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver