Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-471/2024 21.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “AAAF-İnşaat MMC”) qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən və 07 dekabr 2021-ci il tarixdə **********17 reyestr nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasında onun mülkiyyətində olan 0,05 ha torpaq sahəsində qanunsuz olaraq inşa etdiyi hasar və tikililərin onun hesabına sökülməsi və torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən və onun mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə 07 dekabr 2021-ci il tarixdə **********17 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə naturada müəyyən edilərək tanıdılmışdır. Mülkiyyətində olmasına baxmayaraq, Cavabdeh bir müddət əvvəl torpaq sahəsinin 0,0104 ha hissəsini qanunsuz olaraq zəbt etmiş, həmin hissəni hasarla bağlamış və orada tikililər inşa etmişdir. Cavabdehin bu əməli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-1-0082-35 saylı məktubda da öz əksini tapmışdır. Bununla da, cavabdeh onun hüquqlarını və qanunla qorunan maraqlarını kobud surətdə pozmuşdur. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin 0,0104 ha hissəsini qanunsuz olaraq zəbt etməklə, orada hasar və tikililər inşa etdiyi üçün həmin hasar və tikililər cavabdehin hesabına sökülməli və torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, torpaq sahəsini 2014-cü ildə alqı-satqı müqaviləsi əsasında almışdır. Dəfələrlə həmin əraziyə gedib baxmış, cavadeh tərəfindən ona məxsus ərazidə tikinti aparıldığını gördükdən sonra bu barədə qarşı tərəfə ismarıc göndərmiş, lakin qarşı tərəf həmin ərazini hazır vəziyyətdə aldığını bildirmişdir. O, qonşudan qarşı tərəfin mobil nömrəsini alaraq zəng etmiş, bu barədə razılığa gəlməyi qarşı tərəfə təklif etmiş, lakin qarşı tərəf onunla görüşə gəlməmiş, cavabdehin işçisi onun təklifini cavadeh tərəfindən qəbul edilmədiyini, qanunla hara müraciət etmək lazım olduğunu ona demişdir. Bu barədə o, Cavabdeh özünə deməmiş, lakin cavabdehin bu barədə məlumatı olmuşdur. Dəfələrlə məhkəmə iclaslarında da, izahatında qeyd etmişdir ki, o, həmin torpaq sahəsini alqı-satqı yolu ilə cavabdehdən qabaq almışdır. O, torpaq alarkən həmin ev heç hələ tikilməmişdir. Ev tikilərkən də bu barədə qarşı tərəfə iradını bildirmiş, həmin vaxt məhkəməyə müraciət etməməsinin səbəbi isə qarşı tərəfin ona yerinin koordinatarının həmin ərazi olmasını deməsi olmuşdur. Həmin vaxtda da qarşı tərəflər aralarında heç bir razılaşma olmamış, nə də o, qarşı tərəfə tikintini aparması üçün razılıq verməmişdir. Bundan sonra Əmlak Komitəsinə ərizə ilə müraciət etmiş, həmin idarədən əməkdaş gələrək onun torpaq sahəsi ölçülərək koordinatları müəyyən edilmiş və ona yazılı məktub təqdim olunmuşdur. Həmin məktubda qeyd edilmişdir ki, cavabdehin istifadəsində olan yaşayış evi və daravaza onun mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşmişdir. Artıq həmin vaxt ev tikimiş vəziyyədə olmuşdur. Həmin evin təmiri, qazı, suyu və işığı da yoxdur. Bu barədə onda evin şəkilləri vardır. Cavabdehin bildirdiyinə görə həmin ev şirkət tərəfindən tikilmiş, bu səbəbdən də cavabdeh həmin tikili ilə bağlı şirkətdən pulunu geri tələb edə bilər. Ona görə də iddiasının təmin edilməsinin hasarın və evin onun torpaq sahəsinə düşən hissəsində sökülməsini tələb edir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkili iddianı qəbul etməyərək onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “AAAF- İnşaat MMC” məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -X1 (Satıcı) ilə İddiaçı (Alıcı) arasında 06 may 2014-cü il tarixdə Abşeron rayonu 2 saylı dövlət notariat kontorunda bağlanaraq reyesterdə 4Ə-05-1367 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin ********* qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli **********17 reyestr nömrəli çıxarışa əsasən özünə məxsus olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,05 ha torpaq sahəsini 5000 manata İddiaçı satmışdır. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,05 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 07 dekabr 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. -DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı məxsus 0,05 ha torpaq sahəsinin 0,0104 ha hissəsinin başqa şəxs tərəfindən idarə edilməsi müəyyən edilmişdir. -AAAF-İnşaat MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2015-ci il tarixli A(M)/0001 saylı torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, satıcı Abşeron rayonu Masazır qəsəbəsində özünə məxsus AAAF-Park yaşayış massivindəki 0,05 ha torpaq sahəsində 2 mərtəbəli, 213.0 kv.m evi satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. -Kağız daşıyıcısında olan şəkillərdən görünür ki, iddiaçıya məxsus torpaq sahəsində hasar və ev tikililəri mövcuddur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki eksperizasının 22 aprel 2024-cü il tarixli 10/1356 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Torpağa mülkiyyət hüququna dair” 07 dekabr 2021-ci il tarixdə **********17 reyestr nömrəli çıxarışa əsasən X2 mülkiyyətinə verilmiş Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsinin, baxış zamanı təqdim olunan torpaq sahəsi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, “Torpağa mülkiyyət hüququna dair” 07 dekabr 2021-ci il tarixdə **********17 reyestr nömrəli çıxarışa əsasən X2 mülkiyyətinə verilmiş Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsinin qərb tərəfdən 97,3 m2 hissəsinin cavabdeh tərəfindən, cənub tərəfdən 35 m2 hissəsinin isə digər qonşu tərəfindən hasara alınaraq istifadə olunduğu müəyyən edilmişdir. Həmçinin qeyd olunur ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin bir hissəsinin iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 (Satıcı) ilə İddiaçı (Alıcı) arasında 06 may 2014-cü il tarixdə Abşeron rayonu 2 saylı dövlət notariat kontorunda bağlanaraq reyesterdə 4Ə-05-1367 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin ********* qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli **********17 reyestr nömrəli çıxarışa əsasən özünə məxsus olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,05 ha torpaq sahəsini 5000 manata İddiaçı satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.05 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə 07 dekabr 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı cavabdehin onun torpağında hasar və digər tikililər tikdiyini iddia edərək həmin tikililərin cavabdehin hesabına sökülərək torpaq sahəsindən çıxarılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi onun mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.05 torpaq sahəsində qanunsuz olaraq inşa edilmiş hasar və tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması ilə bağlıdır. Nəzərə alınmaldır ki, mübahisəli torpaq sahəsi ehtiyat fondu torpaqları olmaqla mülkiyyət hüququ üzrə xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Bu, işin mübahisəsiz halıdır, ona görə iddiaçı mülkiyyətçi olaraq hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur. Mübahisə üzrə düzgün hüquqi nəticəyə gəlinməsinin təmin olunması, yəni iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin plan-ölçüsünün yerində (naturada) koordinatlarının üst-üstə düşüb-düşməməsinin, müsbət halda hansı həcmdə düşməsinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin mütəxəssisləri cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Müvafiq mütəxəssisin rəyi əsasında verilmiş eksperiza rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı adına xx.xx.2021-ci il tarixdə **********17 reyestr nömrəli çıxarış əsasında onun xüsusi mülkiyyətində olan 0,05 ha ha torpaq sahəsinin, baxı zamanı tədqiq olunan torpaq sahəsi ilə eynilik təşkil etdiyi, həmin torpaq sahəsinin qərb tərəfdən 97,3 kv.m hissəsinin cavabdeh tərəfindən, cənub tərəfdən 35 kv.m hissəsinin isə digər qonşu tərəfindən hasara alınaraq istifadə olundu müəyyən edilmişdir. Həmçinin, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin bir hissəsinin iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iş üzrə müəyyən və tədqiq olunmuş sübutları bir-biri ilə əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, İddiaçı adına olan, xx.xx.2021-ci il tarixdə **********17 reyestr nömrəli çıxarış əsasında onun mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsinin qərb tərəfdən 97,3 kv.m hissəsinin Cavabdeh tərəfindən zəbt edilməsi barədə məhkəmə tikintitexniki ekspertizasının verdiyi rəy digər sübutlarla birlikdə, mötəbər sübut kimi qəbul edilir. İlk növbədə qeyd edilməlidir ki, aparılan məhkəmə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı həmin torpaq sahəsini notarial qaydada 2014-cü ildə alqı-satqı yolu ilə əldə etmiş və həmin torpaq sahəsinə dair adına dövlət reyestrindən çıxarış alaraq mülkiyyətinə keçirmişdir. Ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş müəyyən tikililər mövcuddur, iddiaçının mülkiyyətində olan torpaq sahəsi isə yerində (naturada) üst-üstə düşür. Həmçinin, İddiaçı ona məxsus torpaq sahəsinin müəyyən hissəsi cavabdeh tərəfindən zəbt edildiyi üçün torpaq sahəsindən çıxarılma tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus hasarın və tikililərin ona məxsus Abşeron rayon, Masazır kəndində yerləşən 0.05 ha torpaq sahəsindən hasar tikilisinin və digər tikililərin sökülərək cavabdehin hesabına çıxarılmasını tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli10/1356 nömrəli ekspert rəyinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.05 ha torpaq sahəsinin qərb tərəfdən 97,3 m2 hissəsinin cavabdeh tərəfindən hasara alınaraq istifadə olunduğu müəyyən edilmişdir. Həmçinin qeyd olunur ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin bir hissəsinin iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin daxilində yerləşdiyi də müəyyən olunmuşdur. Göründüyü kimi tikinti hasar tikilisi və yaşayış evin bir hissəsi olmuşdur ki, iddiaçı isə iddia ərizəsində hasarın və tikililərin sökülməsi tələbini qoymuşdur. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən əsas sübut növü kimi qiymətləndirib hesab edir ki, iddia tələbi işin araşdırılan hallarına qismən uyğun gəldiyindən, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixdə **********17 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan, Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 0,05 ha torpaq sahəsinin qərb tərəfdən 97,3 kv.m hissəsində cavabdeh tərəfindən inşa edilmiş hasar tikilisi onun öz vəsaiti hesabına sökülərək ərazidən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddianın cavabdehin evinin sökülməsi hissəsində isə iddia təmin edilə bilməz. Belə ki, işin arşdırılan hallarından, şəkillərdən məlum olduğu kmi cavabdehə məxsus ev təmir olmasa da, tam tikilib hazır olmuşdur və tikintinin iddiaçının torpağına düşən hissəsinin sökülməsi evin tamamilə uçub məhv olmasına səbəb ola bilər. Belə ki, iddiaçının izahatına görə o torpağı alqı-satqı müqaviləsi əsasında alanda cavabdehə məxsus orada tikililər olmamışdır. Göründüyü kimi cavabdeh tərəfindən tikilən hasar və ev sonradan tikilmişdir ki, həmin zaman iddiaçı tikintilərə etiraz etməli, mümkün olmadıqda isə məhkəməyə müraciət edilməli idi. İddiaçı tikililərdən xəbəbəri olmamsını bildirsə belə mülkiyyətində olan torpağa nəzrət etməli, onu yan təsirlərdən qorumalı idi. Cavabdeh tikinti işlərinə 2021-ci ildən başlamış, iddiaçı tikintidən məlumatlı olmuş, tikintiyə etiraz etmiş olsa da belə, qarşı tərəf buna razılıq verməmiş, bunu isə iddiaçı cavabdehlə razılığa gələbiləcəyi ilə izah etmişdir. Buna baxmayaraq iddiaçı 2021-cü ildə hüquqlarının pozulması ona aşkar olduqdan 2 il sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının tikilinin sökülməsinin cavabdehin evinin düşən hissəsindəki tələbini qanundan sui-istifadə kimi qiymətləndirir və təmin edilməməsi qərarına gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən . Beləliklə, məhkəmə işin faktiki müəyyən olunmuş hallarına və istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, iddia tələbi yuxarıda əsaslandırıldığı qaydada, qismən təmin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehə məxsus olan 2 mərtəbəli fərdi yaşayış evinin bir hissəsi iddiçının mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşdiyindən, həmin ərazi ilə bağlı iddiaçının cavabdehdən kompensasiya almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertizanın keçirilməsinə sərf edilmiş xərc iddia tələbinin yönəldiyi cavabdehdən tutulmalıdır. İnsan hüquqlarının və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış Abşeron rayonu, Masazır kəndində yerləşən 0.05 ha torpaq sahəsinin qərb tərəfdən 97,3 kv.m hissəsində Cavabdeh tərəfindən inşa edilmiş hasar tikilisi cavabdehin hesabına sökülərək, ərazidən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 manat pul Cavabdeh tutulub "xxxx" MMCnin hesabına (VÖEN **********, KOD: 201218, Hesab AZ53AİİB********************) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-471/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-471/2024
21.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver