Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4769/2022 06.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İddiaçı oğlunun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron 1 saylı Dövlət Notariat Kontoruna qarşı «mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və həmin müddətin uzadılması» iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun X1ndan miras qalmış Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81A (yeni qaydalarla AZ1118, ünvan 1 ünvanda yerləşən sahəsi 46,6 kv.metr daşınmaz əmlaka dair mirasın qəbulu müddətinin ötürülməsinin üzürlü hesab edilməsi və həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlunun vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı oğlu, mərhum X1ndan miras qalmış Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81A (yeni qaydalarla AZ1118, ünvan 1 ünvanda yerləşən sahəsi 46,6 kv.metr daşınmaz əmlaka dair mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi və müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini zəruri hesab edir. İddiaçının atası xx.xx.2019-cu il tarixdə, iddiaçının anası X5 isə xx.xx.2021-ci il tarixdə dünyalarını dəyişmişlər. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası ƏN 15 Saylı Notariat Ofisinə nənəsindən miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etmişdir. AR ƏN Abşeron rayon 1 sayli Dövlət Notariat Kontorunu notariusu Bahadur İslamovun 26 iyul 2022-ci il tarixli, 2923 saylı məktubuna əsasən, mirasın qəbul edilmə müddətini ötürüldüyü bildirilmiş və mirasın qəbulu müddətinin bərpası üçün məhkəməyə müraciət edilməsi hüququ izah edilmişdir. Mirasın qəbulu müddətinin ötürülməsi iddiaçının savadsızlığı və mirasın qəbulu üçün notariat orqanına müraciət etməli olduğunu bilməməsi səbəbindən olmuşdur. İddiaçı bu müddət ərzində əmlaka faktik sahibliyi həyata keçirmiş və əmlakı idarə etmiş, yalnız əmlakla bağlı icarə müqaviləsi bağlanılmasına zərurət yarandıqdan sonra əmlakın öz adına sənədləşdirməli olduğunu bilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs” tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** saylı daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81A (yeni qaydalarla AZ1118, ünvan 1 ünvanda yerləşən sahəsi 46,6 kv. metr daşınmaz əmlak tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlak əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli AZ-İİ 021405 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Laçın rayon vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi tərəfindən verilmiş xx.xx.1975-ci il tarixli XVİİ-JQ 349743 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı oğlu xx.xx.1975-ci il tarixdə Laçın rayonu Malıbəy kəndində doğulmuşdur, X1, anası X3r. xx.xx.2021-ci il tarixli AZ-İİ 214592 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 sayli Dövlət Notariat Kontorunun xx.xx.2022-ci il tarixli 2923 saylı qərarı ilə İddiaçı oğlu qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi haqqında ərizə ilə qanunda nəzərdə tutulmuş müddət ötürülməklə verildiyi üçün, ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilmiş, müraciətdə göstərilən məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə, işin müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81A (yeni qaydalarla AZ1118, ünvan 1 ünvanda yerləşən sahəsi 46,6 kv.metr daşınmaz əmlak İddiaçı oğlunun mülkiyyətində olmuşdur. İddiaçı oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçının atasının ölümündən sonra miras əmlak İddiaçı oğlu tərəfindən faktiki qəbul edilərək idarə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İddiaçı oğlu mərhum X2 miras qalmış Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81A (yeni qaydalarla AZ1118, ünvan 1 ünvanda yerləşən sahəsi 46,6 kv. metr daşınmaz əmlaka dair mirasın qəbulu üçün müəyyən edilmiş müddəti buraxmış, lakin bu iddiaçının həmin əmlakı faktiki olaraq qəbul etməsi və sənədləşməyə zərurətin olmasının bilməməsi səbəbindən olmuşdur. Belə olan halda, mirasın qəbulu ilə bağlı buraxılmış müddət üzürlü hesab edilməklə İddiaçı oğlunun X1ndan miras qalmış Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81A (yeni qaydalarla AZ1118, ünvan 1 ünvanda yerləşən sahəsi 46,6 kv.metr daşınmaz əmlaka dair mirasın qəbulu müddətinin ötürülməsi üzürlü hesab edilməklə həmin müddət bərpa edilməlidir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 2 ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını münkün hesab etdi. Şahid qismində cəlb edilmiş X6 məhkəmə iclasında ifadəsində bildirdi ki, İddiaçı oğlu onun doğma qardaşıdır. Onlar ailədə 4 bacı, 2 qardaş olmuşlar. Onların ataları 2019-cu ildə rəhmətə getmişdir. İddiaçı təxminən 10 ildir ki, Qazaxıstanda yaşayır. Onun atasının əvvəllər obyekti olmuşdur, lakin hazırda obyekt işləmir. Odur ki, onun atasının adına heç bir əmlak olmamışdır. Şahid qismində cəlb edilmiş X10 məhkəmə iclasında ifadəsində bildirdi ki, İddiaçı oğlu onun əmisidir. Əmisi 29 ildir ki, Qazaxıstanda yaşayır. Babası isə rəhmətə getmişdir. Babasına məxsus obyektdən başqa babasının adına başqa heç bir əmlak olmamışdır. İş materiallarında olan XVİİ-ЖГ № 349743 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı oğlu 15 iyun 1975-ci ildə anadan olmuşdur. X1, anası isə X3r. İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” X13 tərəfindən verilmiş AZ-İİ № 021405 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 15 may 2019-cu ildə ölmüşdür. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 214592 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 09 sentyabr 2021-ci ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81A (yeni qaydalarla AZ1118, ünvan 1 ünvanda yerləşən sahəsi 46,6 kv.metr daşınmaz əmlak tam mülkiyyət hüququ üzrə ********** reyestr nömrəsi ilə xx.xx.2019-cu il tarixində X4 adına daşınmaz əmlak əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 sayli Dövlət Notariat Kontorunun xx.xx.2022-ci il tarixli 2923 saylı qərarından görünür ki, İddiaçı oğlu qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi haqqında ərizə ilə qanunda nəzərdə tutulmuş müddət ötürülməklə verildiyi üçün, ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilmiş, müraciətdə göstərilən məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və şahidlərin ifadəsini dinləyib,iş materiallarını araşdırıb,hesab edir ki,iddia tələbi rədd edilməlidir. Belə ki,məhkəmə iclasında sübutların tədqiqatı zamanı işin müəyyən edilmiş faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81A (yeni qaydalarla AZ1118, ünvan 1 ünvanda yerləşən sahəsi 46,6 kv.metr daşınmaz əmlak tam mülkiyyət hüququ üzrə ********** reyestr nömrəsi ilə xx.xx.2019-cu il tarixində X4 adına daşınmaz əmlak əmlakın dövlət reyestrində qeydiyyata alınmış, X7 15 may 2019-cu ildə ölmüş, bu hal Sumqayıt “ASAN Xidmət” X13 tərəfindən verilmiş AZ-İİ № 021405 saylı ölüm haqqında şəhadətnamə ilə təstiq olunur, İddiaçı oğlu mərhum X4 övladı olaraq birinci növbə vərəsəsidir və iddiaçı miras qalmış Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81A (yeni qaydalarla AZ1118, ünvan 1 ünvanda yerləşən sahəsi 46,6 kv.metr daşınmaz əmlaka dair mirası AR Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət ərzində qəbul etməmişdir.İddiaçı iddia ərizəsində atasının öldüyü gündən sözügedən miras əmlaka faktik sahibliyi həyata keçirdiyini, əmlakı faktiki qəbul edilərək idarə etdiyini, yalnız əmlakla bağlı icarə müqaviləsi bağlanılmasına zərurət yarandıqdan sonra əmlakın öz adına sənədləşdirməsi üçün notariat orqanına müraciət etməli olduğunu bildiyini,bu səbəbdən notariat orqanına vaxtında müraciət etmədiyni və bunların onun hüquqi savadsızlığından irəli gəldiyindən buraxılmış müddətin üzürlü hesab edilərək həmin müddətin uzadılması xahiş etmiş və iddiaçının nümayəndəsi də məhkəmə iclasında izahatında iddia ərizəsində göstərilən hallara istinad edərək iddianın təmin olunmasını xahiş etmişdir. Lakin,məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı oğlunun sözügedən miras əmlakı faktiki qəbul edilərək idarə etdiyini təstiq edən,yəni sonuncunun vərəsə olaraq miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirməsi, ona sahib durması,həmçinin AR MM-in 1248.1-ci maddəsi ilə nəzərdə tutulmuş buraxılmış müddətin üzürlü hesab edilməsi ilə bağlı nümayəndənin izahatından başqa hər hansı bir sübut müəyyən edilməmiş,başqa sözlə iddia ərizəsində və nümayəndənin məhkəmə iclasında göstərdikləri digər mötəbər süburlarla təstiqini tapmamışdır.Digər tərəfdən iddiaçı Qazaxıstan Respublikasının vətəndaşı olması,şahidlərdən birinin dediyinə görə iddiaçının 29 il,digərinin dediyinə görə isə 10 ildən çox bir müddətdi ki, Azərbaycan Respublikasında yaşamaması barədə verdikləri ifadələri məhkəməyə nümayəndənin izahatına tənqidi yanaşmağa kifayət qədər əsas verir. Həmçinin şahidlər də ifadələrində İddiaçı miras əmlakı faktiki idarə etməsi və buraxılmış müddətin üzürlü hesab edilməsi ilə bağlı hər hansı bir halı göstərə bilməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinin tələbinə görəişdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli qərarında Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mülki Məcəllənin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Məhkəmə iddiaçı tərəfin qanunu bilməməsi səbəbindən buraxılmış müddətin üzürlü hesab edilməsi barədə mövqeyi ilə də razılaşmır,hesab edir ki,bu hal da kifayət qədər inandırıcı görsənmir və MM-in 9.3-cü maddəsinə əsasən müddətin üzürlü hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 9.3-cü maddsinəgörə qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron 1 saylı Dövlət Notariat Kontoruna qarşı onun X1ndan miras qalmış Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81A (yeni qaydalarla AZ1118, ünvan 1 ünvanda yerləşən sahəsi 46,6 kv.metr daşınmaz əmlaka dair mirasın qəbulu müddətinin ötürülməsinin üzürlü hesab edilməsi və həmin müddətin uzadılması barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4769/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4769/2022
06.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver